TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə55/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   51   52   53   54   55   56   57   58   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
57 

Dərs nəticə ilə yekunlaşır.
5.
Təkrarlama dərsi:

Təhsilləndirici, tərbiyəedici, inkişafedici vəzifələr qarşıya qoyulur;

Əsas anlayışların, biliklərin, mühüm bacarıqların, fəaliyyət üsullarının təkrarına 
istiqamətlənmiş ev tapşırıqları yoxlanılır;

Keçirilmiş dərsdəki mövzular
təkrarlanmaqla yeni müvafiq ev tapşırıqları seçilir;

Təkrarın nəticələri ümumiləşdirilir, dərsdə tədris işinin nəticələri yoxlanılır.
6.
Biliklərin yoxlanılması üzrə dərs:

Burada sakit və işgüzar bir şərait yaradılır;

Dərsin nəticələri ümumiləşdirilir;

Şagirdlərin yaxşı işləri seçilir, onlar tərəfindən buraxılmış səhvlər təhlil edilir, iş 
lövhə üzərində aparılır.
7.
Bilik, bacarıq və vərdişlərin təsdiqi üzrə dərs:

Dərsin başlanğıcı təşkil (şagirdlərin psixoloji əhval
-
ruhiyyəsi) olunur;

Bacarıqların formalaşdırılması üçün zəruri olan yeni biliklər öyrənilir;

Dəyişkən şəraitdə tətbiq edilən bilik və bacarıqlar üzrə tapşırıqlar verilir;

Bilik və bacarıqlar yaradıcı şəkildə tətbiq olunur;

Vərdişlər üzrə tapşırıqlar verilir;

Dərsin nəticəsi kimi şagirdlər tərəfindən aparılmış işlər qiymətləndirilir.
8.
Təkrarlama
-
ümumiləşdirici dərs:

Şagirdlər tərəfindən fərdi və kollektiv şəkildə müxtəlif tipli ümumiləşdirici və 
sistemləşdirici xarakterli şifahi və yazılı tapşırıqlar yerinə yetirilir;

Yerinə yetirilmiş işlər yoxlanılır və korrektə edilir;

Öyrənilmiş materialla bağlı nəticələr formalaşdırılır;

Dərsin nəticələri qiymətləndirilir.
9.
Qarışıq dərs:

Ev tapşırığın yoxlanılır;

Biliklər, praktik və zehni bacarıqlar aktuallaşdırılır;

Bilik və bacarıqlar ümumiləşdirilir və
sistemləşdirilir;

Dərsin nəticələri müəyyənləşdirilir.



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin