Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 67
Təlimdə oyun texnikaları tətbiq edildikdə bir sıra fəaliyyətlər həyata keçirilir:
•
Oyun texnikası tədris edilən mövzunun məqsədlərinə yönəlir və iştirakçıların sosial
kontekstdə fəaliyyətini təmin edir.
•
Oyun texnikası pedaqoji model olaraq didaktik (öyrədici) və tərbiyəedici
məqsədləri reallaşdırır. Şagirdlərin müvafiq bacarıq və vərdişlər sistemini
genişləndirir.
•
Oyun texnikasının qaydaları sadə variantda modelləşdirilmiş real proses və
hadisələrin xüsusiyyətlərini əks etdirir. Oyunun qaydalarına (reqlamentin
gözlənilməsi; diskussiya xarakterli suallar, informasiyaların aktiv formalarda
təqdim edilməsi və s.) şagirdlərin tabe olmasını əsaslandırır.
•
Oyun texnikası qəbul edilmiş qərarlara nəzarəti, özünənəzarəti, oyun
iştirakçılarının fəaliyyətini və fərdi keyfiyyətlərini qiymətləndirməyi, iştirakçı
qrupların işinin rasional gedişini təmin edir. Oyun texnikası faktik nəticələri
şərtləndirən səbəblərin təhlili və ümumiləşdirilməsi ilə başa çatır.
Oyun texnikası tətbiq edildikdə onun metodik təchizatına, təlim vasitələrinin əldə
edilməsinə ciddi yanaşılmalıdır. Oyun texnikası üçün təlimin texniki vasitələrindən, xüsusilə
kompüterdən istifadə edilməsi vacibdir.
1.6.2. İbtidai siniflərdə daha çox tətbiq olunan oyun texnikaları Tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən oyun texnikaları. Bu texnikalardan
istifadə edilməsi şagirdlərin tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirir. Bunlardan ən
geniş yayılanı «Danışan əşyalar» rollu oyunudur. Bu texnika bir neçə variantda həyata
keçirilir. Cansız obyektlərin adından hekayə və ya səhnəcik, lətifə yazmaq texnikası
mətbəxdə, sinif otağında, şkafda, penalda və başqa yerlərdə olan əşyaların adından
yazmaqla həyata keçirilir. Qənd qabındakı, yağlı bulkanın üstündəki, masaya səpələnmiş
şəkər tozu və sair, belə parçalar işləmək mümkündür.
Ətrafınızdakı obyekt və hadisələrin
adından qısa monoloq deyilməsi də bu texnikanın bir variantıdır. Şagirdlər ətrafdakı hər
hansı bir əşyanı seçir, onun adından qısa monoloq hazırlayır. Bütün iştirakçılar hazır
olduqdan sonra ardıcıllıqla monoloqlar dinlənilir. Belə texnikalardan biri səhnələşdirmə və
vəziyyətin müxtəlif nöqteyi
-
nəzərdən qiymətləndirilməsidir. Müxtəlif obyektlər, hadisənin
iştirakçıları, əşyalar, canlılar üzrə səhnəcik hazırlanır, şagirdlər tərəfindən rollar ifadə edilir.