Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
68
Tapşırığın yerinə yetirilməsi müddəti göstərilir.
Əşyaların qeyri
-
adi istifadəsi texnikasında əşyaların qeyri
-
adi istifadəsi hər hansı
əşyanın yeni funksiyada işlənilməsinin göstərilməsidir. Qeyri
-
adi
istifadə bütün siniflə
aparılır. Şagirdlər dairəvi şəkildə əyləşirlər. Müəllimin əlində top olur. O,
təlimatda qeyd
edir ki, indi topu atıb kiməsə əşya adı çəkməklə növbəti işimizə başlayacağam. Top çatan
şəxs həmin əşyadan istifadənin 3 qeyri
-
adi üsulunu söyləməlidir.
Məsələn, topu ataraq mən
deyəcəyəm «çəkic». Əsas vəzifəsindən başqa çəkicdən masanın üstündəki kağızların
dağılmasının qarşısını almaq məqsədilə (basma) kimi, ona ip
bağlayaraq inşaat işlərində
şaqul kimi də istifadə edilə bilər kimi xüsusiyyətlər deyilməlidir.
«Nə olar əgər…»
kimi proqnozlaşdırma cütlərlə aparılır. “Günəş itsə nə olar?”,
“Uşaqlar məktəbdə oxumasalar nə olardı?”, “Havada oksigen qazı olmasa nə baş verərdi?”
suallarına cavablar düşünülür. Bu mövzuda inşa yazmaq
və ona şəkillər çəkmək də
mümkündür.
Dostları ilə paylaş: