Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 79
•
Görmə (vizual), eşitmə (auditor) və hərəki (kinestetik) vasitə ilə öyrənənlər;
•
Narazı, təlim mühitindən məmnun olmayanlar;
•
Sərbəst təlim mühitinə cəlb olun
ma
yanlar;
•
Davranışla bağlı problemləri olanlar;
•
Oxu və yazıda çətinlik çəkənlər;
•
Rəqəm və hesablamada çətinlik çəkənlər;
•
Xüsusi bilik və bacarıqlara malik qabiliyyətli və istedadlılar;
•
Diqqət zəifliyi olan hiperaktivlər:
•
Yaş, cins, din, dil, irq fərqi olanlar.
Xüsusi təlim ehtiyacları olan belə şagirdləri müəllim daim diqqət mərkəzində
saxlamalı, onları dəstəkləməli və təlim motivasiyalarının artırılması istiqamətində müvafiq
tədbirlər görməlidir. O, şagirdləri həvəsləndirən strategiyaları müəyyən etməli və tətbiqinə
nail olmalıdır, aşağıdakı fəaliyyətləri həyata keçirməlidir:
•
Tədqiqat və araşdırma aparmaq imkanının yaradılması;
•
Yüksək səviyyəli bacarıqların formalaşması üçün müvafiq məqsədlərin
müəyyənləşdirilməsi;
•
Açıq tipli, “Əgər... olsaydı nə baş verərdi?” kimi sualların verilməsi;
•
Müzakirə və debatlar üçün şəraitin yaradılması;
•
Şagirdlərin müstəqilliyinin təmin olunması.
Multikultural təlim Multikultural təhsil dünya xalqlarını maraqlandıran rasizm (irqi problemlər),
tolerantlıq, diskriminasiya, hüquqların bərabərliyi və s. məsələləri əhatə edir.
Qloballaşma prosesi müasir cəmiyyətlərin inkişaf tendensiyası kimi regionların,
ölkələrin, millətlərin inteqrasiyası, millətlərarası münaqişələrin artması, miqrasiya
problemləri ilə müşayiət olunur.
Multikultural təhsil bir sıra vəzifələri həyata keçirir:
•
Təhsilalanların müxtəlif mədəniyyətlərə mənsub olduqlarının anladılması və qəbul
edilməsi;
•
Milli
-
mədəni müxtəlifliklərin tolerantlıq səviyyəsinin müəyyənləşdirilməsi
məqsədilə sinifdə milli
-
mədəni mühitin araşdırılması və öyrənilməsi;
•
Sinifdə tolerantlıq mühitinin yaradılması;
•
Təhsilalanlar arasında münasibətlərin, ünsiyyətin hörmət, qarşılıqlı anlaşma
əsasında qurulması;
•
Münaqişələrin yaradıcı, sülh yolu ilə həll edilməsi və bunun təhsil alanlara
aşılanması.
Multikultural təhsilin əsasında daim inkişafa meyilli multikultural şəxsiyyətin
yetişdirilməsi durur.
Multikultural şəxsiyyətin əsas keyfiyyətlərinə pedaqoji nöqteyi
-
nəzərdən xüsusi məzmun və texnologiyalara, multikultural dəyər, bilik, bacarıq və