Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi
82
T
ələbələr üçün fəaliyyətlər
1.
Təlimdə diferensial yanaşmanın əhəmiyyətini şərh edin.
2.
Təlimdə diferensial yanaşmanın formalarını sxemlə ümumiləşdirin.
3.
Diferensial təlimdə inklüziv yanaşmanın zəruriliyini izah edin.
4.
Diferensial yanaşma ilə təlim keyfiyyəti arasındakı asılılığı qrafikdə göstərin.
5.
İstedadlı uşaqların inkişafında müəllimin vəzifələrini ümumiləşdirin.
6.
İstənilən istiqamət üzrə diferensial yanaşmanı tətbiq edən dərs nümunəsini hazırlayın
və nümayiş etdirin.
7.
İstənilən diferensial yanaşma formasını tətbiq edən dərs nümunəsini hazırlayın və
nümayiş etdirin (6
-7-
yə diqqət et).
8.
Müəllimin istedadlı uşaqlarla işləmək bacarığına dair anketi cavablandırın və cavabları
təhlil edin:
Müəllimlər üçün anket
Təlimat
. Hər bir suala üç cavabdan
1
birini seçin:
Hə (+)
Yox (
-)
Bilmirəm (0)
1.
Uşağa həddindən artıq tez oxumağı
öyrətmək olmaz, hətta o özü
buna can atsa belə.
2.
Qabiliyyətlərin inkişaf etdirilməsi üçün yaddaş ən önəmlidir.
3.
Hələ ki uşaq balacadır, ona heç bir ciddi tələb irəli sürmək olmaz.
4.
İstedadlı uşağı eyni ilə adi uşaq kimi təlim etdirmək olmaz.
5.
İstedadlı uşaqlar bəzən istedadlarına
uyğun olmayan bilik və
bacarıqları çətinliklə mənimsəyirlər.
6.
Uşağa erkən yaşlarından harada mümkündürsə, seçim imkanı
verilməlidir: yeməkdə, geyimdə, gəzintidə, hətta dostların
seçimində belə.
7.
Məsuliyyət hissini həddindən artıq tez tərbiyələndirmək olmaz.
Balaca uşağa ciddi
tələblər irəli sürmək olmaz, bundan onun
şəxsiyyəti ziyan çəkər.
8.
Qabiliyyətlərin müxtəlifliyindən asılı olmayaraq 12
-
13
yaşa qədər
uşaqların hamısı riyaziyyatı kifayət qədər tam həcmdə
öyrənməlidirlər.
9.
İstedadlı
uşaqlar tez
-
tez ünsiyyət məsələlərində çətinliklə
1
Cavablar 166
-
cı səhifədə verilib