TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə8/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   4   5   6   7   8   9   10   11   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

Ekoloji tərbiyə 

 
təbiət və cəmiyyətin qarşılıqlı münasibətlərinin tənzimlənməsi 
istiqamətlərindən biri olub, ekoloji şüurun, ekoloji təfəkkürün və ekoloji mədəniyyətin 
formalaşdırılması, məktəblilərdə təbiətə qayğıkeş münasibət göstərmək tələbatının 
yaradılması üzrə müəllimin (tərbiyəçinin) məqsədəuyğun, sistemli, planlı və fasiləsiz işidir. 
Ekoloji təribyə təbiətə münasibət mədənyiyətinin göstəricisidir.


Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 
10 
Esse (kiçik inşa testi) 

i
mtahan iştirakçılarından suallara yazılı formada cavab verməyi 
tələb edən test. Cavablar qısa, yaxud geniş formada ola bilər.
Yazılı test tapşırıqları fikri 
ifadə etmək, həmçinin fənn üzrə bilikləri tətbiq etmək bacarığını, məlumatı təşkil və təqdim 
etmək, öz fikir və nöqteyi
-
nəzərini ifadə etmək, orijinal yazı yazmaq kimi bacarıqları 
yoxlamaq məqsədi güdür.
Estetik tərbiyə

şəxsiyyətin estetik inkişafına nail olmağa, estetik şüurunu və 
mədəniyyətinin formalaşdırmağa, insanda, həyatda, incəsənətdə gözəlliyi və ülviliyi 
görmək, duymaq, qavramaq, düzgün başa düşmək, sevmək, qiymətləndirmək və yaratmaq 
bacarığının əldə olunmasına və təkmilləşdiriləmsinə yönəldilmiş tədbirlər sistemidir.
Etika 
(yunanca: 
ethos
sözündən olub, adət, xarakter deməkdir) 

əxlaq haqqında təlim.
Etibarlılıq (qiymətləndirmə) 

qiymətləndirmə nəticələrinin asılı olduğu bilik və bacarıq 
səviyyəsinin dəqiq müəyyən edilməsi. Etibarsız sayılan qiymətləndirmə həqiqi hesab edilə 
bilməz.
Ədalət prinsipi 

t
əhsildə hamı üçün ədalətli, azad təhsil siyasəti və təcrübəsi, dil, din, 
etnik mənsubiyyət, cins, yaş və s. kimi amillərdən asılı olmayaraq bərabər imkanların 
yaradılması və təminatı.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin