Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 90
ə
h
əmiyyətlidir:
•
Tarix
-
diyarşünaslıq;
•
Müharibə və sülh;
•
Şəhidlər;
•
Məktəbin tarixi;
•
Azərbaycanın görkəmli ictimai və elm xadimləri;
•
Azərbaycanın ekologiyası və s.
İbtidai siniflərdə təşkil edilən “Debat
-
oyun”, “Debat
-
nağıl” məşğələləri də maraqlı
sinifdənkənar məşğələlərdir. “Debat” proqramını, bir metodologiya kimi də
qiymətləndirmək olar, çünki o, kompleks və sistemli təlim metodları toplusuna və onlardan
istifadə yollarına malikdir. “Debat” həm də forma və məzmun baxımından maraqlı formatı,
qaydaları, prinsipləri, reqlamenti olan intellektual bir oyundur.
Uşaqların kiçik məktəb yaşı dövrü bir neçə xüsusiyyətə malikdir, onlardan ən əsası
oynamaq arzusu və «rollu oyun» vasitəsilə öyrənmək istəyidir. Uşaqların bu arzusunu
məktəbdə debat
-
oyun keçirməklə reallaşdırmaq mümkündür. Bu məşğələdə təlim uşaqların
hərəkət etmək, oynamaq («modelləşdirmək» deməkdir) kimi arzularının əsasında qurulur.
Beləliklə, onlar müxtəlif həyati situasiyaları modelləşdirərək maksimal şəkildə reallığa
«yaxınlaşırlar». Məqsəd uşaqlar üçün elə mehriban və işgüzar atmosfer (iqlim, ab
-ha
va)
yaratmaqdır ki, hər biri özünü psixoloji cəhətdən rahat hiss etsin və digərlərinin dəyərini,
özünəməxsusluğunu, təkrarsız olduqlarını dərk etsin.
Təbii ki, uşaqların bu yolda ilk
addımları «qəribə» və «nöqsanlı» da ola bilər. Tədricən onlar dünyanı daha geniş anlamağa
başlayacaqlar və tək öz oxuduqları siniflərin problemləri ilə kifayətlənməyəcəklər.
Dərslərdə müşayiət olunan son dərəcə açıq (şəffaf) və mehriban ab
-
hava uşaqlara ailədə,
həyətdə, sinifdə, məktəbdə olan, gələcək yetkin həyatlarında rast
gələ biləcək arzuolunmaz
davranış stereotiplərindən azad olmağa kömək edir. Debat
-
nağıl məşğələsi təlimin sosial
-
əxlaqi (mənəvi) yönümü sosial əhəmiyyətli və vətəndaşlıq (“icma”, “cəmiyyət”) baxımından
dəyərli anlayışların öyrənilməsini nəzərdə tutur. Belə müasir sinifdənkənar tədbirlərə
asudə vaxtlarda geniş yer verilməsi məsləhətdir.
Sinifdənkənar tədbirlərin biri olan dərs
-
ekskursiyalar təlimin elə təşkil formasıdır ki,
o, şagirdləri müxtəlif obyektlərlə tanış edir, onlarda müşahidəçilik qabiliyyətinin inkişafına,
təkmilləşməsinə xidmət göstərir. Sinfə və ya məktəbə gətirilməsi mümkün olmayan
obyektlərlə şagirdləri ətraflı və dərindən tanış etmək məqsədilə təşkil edilən təlim
formasına ekskursiya deyilir. Ekskursiya dərslərində bir neçə zəruri didaktik
vəzifələr
yerinə yetirilir:
•
Təlimin əyanilik prinsipi reallaşdırılır;
•
Elmi həqiqətə inam artır və onun həyatla, təcrübə ilə əlaqəsi möhkəmlənir;
•
Şagirdlərin texnoloji görüş dairəsini genişləndirir, onları real istehsalatla tanış edir,
biliklərinin sənaye və kənd təsərrüfatı istehsalatına tətbiq olunmasına şərait
yaradır;
•
Məktəbdə peşə seçmədə mühüm rol oynayır.