Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 99
V
-
VIII sinif şagirdləri nisbətən böyük olduqlarından “Davranış qaydaları”nda onların
qarşısına qoyulan tələblər də dəyişir. IX
-
XI sinif şagirdləri isə artıq müstəqil həyata
hazırlaşdıqlarından, dünyagörüşləri genişləndiyindən bir qədər də mürəkkəbləşir.
Unutmaq olmaz ki, “Davranış qaydaları”nda şagirdlərin vəzifələri xatırladılır. Bu
qaydaların müddəalarında müəyyən qadağanedici normalar vardır. “Bunu etmək olmaz”
fikrini həmişə yadda saxlamaq lazımdır. Çünki elə hərəkətlər var ki, yaşından asılı
olmayaraq onu etmək heç bir insana başucalığı gətirmir.
Şüurlu intizama yiyələnmiş uşağın davranışında dəqiqlik, icraçılıq, səliqəlilik,
nəzakətlilik, başqalarına qarşı
diqqətli olmaq, onlara qayğı göstərmək və s. kimi əlamətlər
təzahür edir. İntizamlı uşaq müəyyən edilmiş qaydalara yalnız məktəbdə deyil, evdə, ictimai
yerlərdə də eyni səy və təmkinlə əməl edir. Uşağın intizamlı olması təlim tapşırıqlarının,
ictimai vəzifələrin, şəxsi və ictimai davranış qaydalarının yerinə yetirilməsində özünü
göstərir. İntizam tərbiyəsinin səviyyəsi tədricən artmağa başlayır, intizam qaydalarının
şüurlu icrasına qədər yüksəlir. Belə bir intizam ailədə asanlıqla əldə edilmir. Bir çox
val
ideynlər hələ də intizam tərbiyəsi ilə ciddi məşğul olmur, hər hansı bir intizamsız hərəkət
baş verdikdə uşaqlarla intizam barədə söhbət etməklə işlərini bitmiş hesab edirlər.
Uşaqların şüurlu intizamını tələb olunan səviyyədə təşkil etmək üçün intizamın mahiyyəti
və əhəmiyyətini bilmək azdır. Bunun üçün şüurlu intizam tərbiyəsinin optimal sistemini
təmin edən şərtləri bilmək və həmin şərtlərə əsaslanaraq intizam tərbiyəsini həyata
keçirmək lazımdır.
Daxili intizam qaydaları şagirdlərin həyat və sağlamlığının qorunmasına, tədris
prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə hər bir şagirdin uğurlu təliminə köməklik
edən, normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə
edilməsinə, davranış mədəniyyətinin və ünsiyyət bacarıqlarının inkişafına
istiqamətlənmişdir.
Daxili intizam qaydaları məktəbə buraxılış qaydalarını və məktəb ərazisində davranış
qaydalarını müəyyən edir.
Daxili intizam qaydaları Azərbaycan Respublikasının Təhsil
Qanunu, təhsil məsələləri üzrə digər normativ aktların, Ümumtəhsil məktəbinin
Nizamnaməsi əsasında qəbul olunmuşdur.
Hazırkı qaydaların təsiri bütün şagirdlərə,
onların valideynlərinə (qanuni nümayəndələrə, onları əvəz edən şəxslərə), həm dərs
zamanı, həm dərsdənkənar vaxtlarda məktəbin ərazisində olan digər vətəndaşlara aiddir.
Daxili intizam qaydaları hamının tanış ola bildiyi yerdə asılır,həmçinin müəssisənin saytında
yerləşdirilir. Onun ümumi müddəalarına aiddir:
•
Şagirdlər və məktəb işçiləri məktəbin Nizamnaməsinin tələblərini, Daxili Intizam
Qaydalarını, məktəb rəhbərliyinin əmr və göstərişlərini (vəzifə səlahiyyətləri
çərçivəsində) məktəbin digər lokal aktlarını yerinə yetirməlidir;
•
Şagirdlər, onların valideynləri və məktəbin işçiləri bir
-
birlərinə hörmət etməlidir,
şəxsiyyətin şərəf və ləyaqətini alçaldan hərəkət və ifadələrə yol verməməlidirlər;
•
Məktəbdə təhsil prosesinin təşkili tədris proqramları və dərs cədvəlinə uyğun
həyata keçirilir.
Dərs cədvəlində şagirdlərin qidalanması üçün kifayət qədər davam
edən tənəffüs nəzərdə tutulur;