Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 100
•
Məktəbdə dərslər məktəbin direktorunun təsdiq etdiyi cədvələ uyğun aparılır,
cədvəl hamının tanış olması üçün əlçatan yerdə asılır;
•
Dərslərin və tənəffüslərin müddəti, zəng cədvəli məktəb direktorunun əmri ilə
müəyyən olunur;
•
İdman seksiyaları, dərnəklər, təlim emalatxanaları məktəb direktorunun təsdiq
etdiyi cədvəl üzrə işləyirlər;
•
Sinifdənkənar tədbirlərin keçirilməsi məktəb direktorunun təsdiq etdiyi plan üzrə
həyata keçirilir;
•
Təhsil prosesi zamanı şagirdlərin məktəbin binasını tərk etməsi qadağandır;
•
Şagirdlərin məktəbli forması məktəbin Nizamnaməsi ilə müəyyən olunur, şagirdin
xarici görünüşü məktəbdə müəyyən olunan tələblərə uyğun olmayan halda,
həmçinin dərslərə gecikəndə, şagirdləri dərsə buraxmamaq qadağandır;
•
Şagirdlərin dərsdən qovulması qadağandır;
•
Dərs zamanı uşaqların məktəbdə azad, nəzarətsiz gəzməsinə yol verilmir;
•
Tənəffüs vaxtından dərs üçün istifadə edilməsi yolverilməzdir;
•
Şagirdlər, məktəbin işçiləri və valideynlər məktəbin əmlakına ehtiyatla
yanaşmalıdırlar, məktəbin binasında və onun ərazisində təmizliyə riayət
etməlidirlər;
•
Şagirdin və ya məktəb işçisinin şəxsiyyətinə və ya əmlakına dəymiş zərərə,
həmçinin məktəbin əmlakına dəymiş zərərə görə məsuliyyətin miqdarı və belə
zərərin ödənilmə qaydası Azərbaycan Respublikasının mülki qanunvericiliyinin
müddəaları ilə müəyyən edilir;
•
Məktəb ərazisinə istənilən məqsədlə silah gətirmək və istənilən üsulla ondan
istifadə etmək qadağandır. Eyni zamanda oyuncaq plastmas güllələr, kəsən və
sancan əşyalar, partlayıcı və yanğın təhlükəli maddələri, istənilən alkoqollu içkiləri,
tütün məmulatlarını, tibbi preparatları, narkotik, toksik, digər bihuşedici maddələri
və zəhərləri məktəbə gətirmək, istifadə etmək və yaymaq qadağandır;
•
Bu qaydalar haqqında məlumatlar şagirdin valideynlərinə (qanuni
nümayəndələrinə) məlumat verilməlidir;
•
Məktəbin ərazisində yiyəsiz və ya şübhəli əşyaların aşkar edilməsi haqqında dərhal
məktəbin mühafizəçisinə, müəllimlərdən hər hansı birinə və ya məktəb rəhbərliyinə
xəbər verilir;
•
Qarderoba (əgər məktəbdə qarderob varsa) təhvil verilən üst paltarın ciblərində
pul, açar, yol biletini, digər qiymətli əşyaları qoyulması tövsiyə edilmir
–
məktəb
onların itirilməsinə görə məsuliyyət daşımır;
•
Məktəbin ayrı
-
ayrı otaqlarında (kompüter sinfi, kimya, fizika və s. kabinetlər) xüsusi
davranış qaydaları müəyyən edilir.