Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 101
Məktəbə buraxılış qaydalarına aşağıdakılar aiddir:
•
Şagirdlər üçün məktəbə girişə dərslərin başlanmasına 30 dəqiqə qalmış, kabinetlərə
giriş dərsin başlanmasına 30 dəqiqə qalmış icazə verilir;
•
Təlimləri birinci dərsdən başlamayan
şagirdlər üçün məktəbə giriş bundan əvvəlki
dərsdən sonra başlayır;
•
Dərsdən sonra şagirdlərin məktəbə girişinə, məktəb direktorunun təsdiq etdiyi
cədvələ uyğun əlavə dərslər, tədbirlər, seksiya və dərnəklər üçün icazə verilir;
•
Şagirdlərin məktəbdə olmaları saat 20.00
-
a qədər yolveriləndir;
•
Tətil zamanı şagirdlər məktəbə, məktəb direktorunun təsdiq etdiyi tədbirlər
planına uyğun buraxılır.
Məktəb üzrə növbətçilik qaydaları aşağıdakı kimi müəyyən edilmişdir:
•
Növbətçi sinif və növbətçi müəllim dərslərin başlanmasından 40 dəqiqə əvvəl
məktəbə gəlirlər;
•
Müəllimin növbətçiliyi dərslərin başlamasından 30 dəqiqə əvvəl başlayır və
məktəbdə sonuncu dərsin qurtarmasından 15 dəqiqədən sonra bitir;
•
Növbətçi sinfin növbətçiliyi dərslərin başlamasından 30 dəqiqə əvvəl başlayır və
növbətçi sinfin sonuncu dərsinin qurtarmasından 15 dəqiqə sonra bitir;
•
Növbətçi sinfin vəzifəsinə dərslərdən əvvəl və sonra, tənəffüs zamanı, həmçinin
soyunma otağında və yeməkxanada (bufetdə) şagirdlərin intizama riayət etmələri
daxildir;
•
Şagirdlər növbətçi sinfin şagirdlərinin və növbətçi müəllimin tələblərinə tabe
olmalıdırlar.
Şagirdlərin təhsil öhdəlikləri aşağıdakı kimi müəyyən edilmişdir:
•
Şagirdlər məktəbə gecikmədən, dərslərin başlanmasından əvvəl, vaxtında
gəlməlidirlər;
•
Şagirdlər məktəbə bütün lazım olan dərslikləri, dəftərləri, vəsaitləri, alətləri və yazı
ləvazimatlarını gətirirlər;
•
Şagirdlər, məktəbdə müəyyən olunmuş xarici görünüşə olan tələblərə riayət
etməlidirlər;
•
Dərs buraxan şagird onun səbəbinin üzrlü olmasını təsdiq edən sənəd
təqdim edir;
•
Şagirdlər məktəbin əmlakına ehtiyatla yanaşmalıdırlar, məktəbin binasında və onun
ərazisində təmizliyə və
intizama riayət etməlidirlər. Şagirdlərin məktəbin divarında
və mebelinin üzərində istənilən yazıları yazması və ya şəkillər çəkməsi
yolverilməzdir;
•
Şagirdlərin məktəbin əmlakına vurduğu zərərə görə maddi məsuliyyət onun
valideynlərinin (qanuni nümayəndələrinin) üzərinə qoyula bilər.