Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 103
13.
Heç kimin hüququnu pozmamaq;
14.
Fikirləri ümumiləşdirib nəticə çıxarmaq.
Dərs müddətində diqqətli olmaq, müəllim danışarkən, mövzunu izah edərkən onu
səbrlə dinləmək şagirdlərin əsas vəzifəsidir. Dərs danışmaq, suallara cavab vermək
istədikdə, sağ əli qaldırmaqla icazə istəmək əsas qaydalardandır. Yerində cavab verərkən,
yazı lövhəsinin qarşısına çıxarkən özünü qaydaya salmaq vacibdir.
Sinifdə, dərsdə stulu stola çox yaxın çəkmək məsləhət deyil. Belə halda dərslikləri
stolun üstünə qoyarkən yanaşı oturanlara mane olur, ümumi mənzərəni, ahəngdarlığı
pozur.
Sinif otağı şagirdlərin sevimli məkanlarındandır. Şagird oturduğu partanı həmişə
təmiz və səliqəli saxlamalı, onun üstünü yazmamalı və başqalarına da icazə verməməlidir.
Dərs başa çatdıqda zəng vurulan kimi yerindən qalxmaq, hay
-
küy salmaq yaxşı hal
deyil. Yerindən qalxmaq, tənəffüsə çıxmaq üçün müəllimin icazəsi gözlənilməlidir. Tənəffüs
zamanı dəhlizlərdə sürətlə qaçmaq, qışqırmaq, hərəkətli oyunlar oynamaq, divarlardakı
stendlərə, məlumat göstəricilərinə toxunmaq, onları qoparmaq, başqalarını narahat etmək
ətrafdakılara hörmətsizlik sayılır.
Məktəb kitabxanasından münasib vaxtlarda istifadə edilir. Oradan marağa, anlaq
səviyyəsinə və müəllimlərin tapşırıqlarına uyğun kitab alınır. Kitablar təmiz saxlanmalı,
səhifələri yazılmamalı, şəkilləri silinməməli, əzilib büzülməməlidir. Əgər kitablarda cırılan
və qopan vərəqlər varsa, onları yapışdırmaq lazımdır.
Dərsdə ümumi davranış qaydalarına gəldikdə onlara aiddir:
•
Dərs zamanı şagird, dərs cədvəlinə uyğun olaraq müvafiq kabinetdə öz yerində
olmalıdır.
•
Dərs zamanı şagirdlər diqqətlərini dərsə cəmləməli, digər uşaqların diqqətini
dərsdən yayındırmamalıdırlar. Səs salmaq, kənar söhbətlər aparmaq, musiqiyə
qulaq asmaq, dərsə aid olmayan işlərlə məşğul olmaq yolverilməzdir.
•
Dərs zamanı müəllimlərə yemək (o cümlədən saqqız və konfet) yeməyə, içməli su və
dərmanlar istisna olmaqla, həmçinin mobil telefonlardan istifadə etməyə icazə
verilmir.
•
Dərs zamanı şagirdlərə qida (o cümlədən saqqız və konfet) qəbuluna, içməli su və
dərmanlar istisna olmaqla icazə verilmir, həmçinin mobil telefonlardan, elektron
oyunlardan istifadə etməyə, musiqiyə qulaq asmağa və ya filmə baxmağa,
dərslərdən yayındıran işlərlə məşğul olmağa icazə verilmir.
Məktəbin ayrı
-
ayrı otaqlarında (kompüter sinfi, idman zalı, kitabxana, fənn
kabinetləri), müəllimlər və
şagirdlər xüsusi müəyyən edilmiş davranış qaydalarına riayət
etməlidirlər.
•
Tənəffüs zamanı şagird öz iş yerini səliqəyə salmalı, növbəti dərsə lazım olan hər bir
şeyi hazırlamalıdır, mərtəbə üzrə növbətçilərin tələblərinə tabe olmalı, digər
şagirdlərin istirahətinə mane olmamalıdır.