TəLİm və TƏRBİYƏ prosesiNİn həyata keçİRİLMƏSİ Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir


 Tərbiyə prosesində metodların tətbiqi



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə96/153
tarix01.12.2023
ölçüsü2,27 Mb.
#136960
1   ...   92   93   94   95   96   97   98   99   ...   153
2.Telim Ve Terbiye Prosesinin Heyata Kechirilmesi

2.3.1. Tərbiyə prosesində metodların tətbiqi
 
Tərbiyə şagirdin şüurunu formalaşdırmaqla insanın şüuruna təsir etmək, onda düzgün 
təsəvvürlər, inam və əqidə yaratmaq məqsədinə xidmət edir. Onların köməyi ilə uşaq və 
gənclər ictimai davranış normaları ilə tanış olur, özlərini harada və necə aparmaq lazım 
olduğunu, yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar. Bunun üçün 
əxlaqi söhbətlər, əxlaqi mövzuda məruzə və mühazirələr, disputlar, bədii əsərlərin 
(filmlərin) müzakirəsi, nümunəvi işlər həyata keçirilir. Əxlaqi söhbətlər müəyyən əxlaqi
siyasi, estetik keyfiyyətlərin mahiyyəti, məzmununu, şərtlərini izah etmək məqsədi daşıyır. 
Belə söhbətlər iki növdə olur: kollektiv və fərdi söhbətlər.
Tərbiyənin tərkib hissələri
Tərbiyə işində insanın hissi aləmi də mühüm rol oynayır. Rəğbət
-
nifrət, sevinc
-
kədər, 
xeyirxahlıq
-
bədxahlıq, humanizm
-
eqoizm, həzz
-
ikrah hissləri davranış və rəftarı 
stimullaşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq yaranır 
və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq, 
laqeydlik, habelə bir çox nəfs xəstəlikləri
-
paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva 
salır və insanı xoşagəlməz yollara çəkir. Bu mənada tərbiyə işi həm insanın psixi
-
şüur 
fəaliyyətinin, həm davranış, rəftar və ünsiyyət fəaliyyətinin təşkilini, həm şüur və davranışı 
stimullaşdırmağı,
həm də prosesə nəzarəti təmin etməlidir. Bu baxımdan tərbiyə işi 
şagirdlərin nizam
-
intizam qaydalarına əməl edilməsi ilə sıx əlaqədardır.
Tərbiyə:
1. Şagirdlərin şüurunu formalaşdırır;
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdırır;
3. Fəaliyyət və davranışı stimullaşdırır;
4. Davranışda nəzarət və özünənəzarəti təmin edir.
Tərbiyə fəaliyyətin təşkili və ictimai təcrübəsini formalaşdıraraq insanda müsbət 
adətlər yaratmaq və iradəni möhkəmləndirməklə düzgün davranış təcrübəsini 
genişləndirir. İnsan qəbul etdiyi mənəvi ideyanı, öz əqidə və inamını gündəlik davranış və 
rəftarında tətbiq edir, müəyyən fəaliyyətə alışır. Bunun üçün aşağıdakılara diqqət edilir:
1.
İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin 
formalaşmasında böyük rol oynayır;
2.
Tərbiyələndirici situasiyaların yaradılmasına müxtəlif fəaliyyət növləri vasitəsilə 
uşağı xüsusi təşkil edilmiş tərbiyəedici situasiyaya salınması lazım gəlir;
3.
İnsanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu 
ilə düzgün davranış təcrübəsini formalaşdırmaq üçün ona müxtəlif tələblər verilir;
4.
Tələbin kollektiv forması ictimai rəy olub, müəyyən şəxs və hərəkətlə bağlı 
kollektivin ümumi rəyini, qiymətini ifadə edir;
5.
Təmrin (məşq) hərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət 



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin