Modulun adı: Təlim və tərbiyə prosesinin həyata keçirilməsi 110
Ekoloji tərbiyə hazırda bir ölkənin, bir xalqın deyil, bütün dünya ölkələri və xalqlarının
zəruri problemidir. Müasir anlayışda təbiəti qoruma problemi bir sıra elmi, təbii, iqtisadi,
hüquqi, sanitar
-
gigiyenik, əxlaqi, etik aspektlərə bölünür.
Ekoloji tərbiyənin vəzifələrinə aşağıdakılar aiddir:
•
Təbiətin bitki və heyvanat aləminə qayğıkeş və humanist münasibətin aşılanması;
•
Ən yüksək bəşəri sərvət kimi təbiətin taleyi üçün cavabdehlik hissinin tərbiyə
edilməsi;
•
Təbii ehtiyatlara qənaətcil münasibət prinsiplərinin insanın şüurunda və onun
fəaliyyətində əks olunması;
•
Ətraf aləmə ziyan vurmadan təsərrüfat
-
iqtisadi vəzifələri həll etmək bacarığının
formalaşdırılması;
•
Ekoloji mədəniyyətin tərbiyə olunması;
•
Özündə təbiətə humanist münasibəti və ən yüksək milli, ümumbəşəri dəyər olan
təbiətin taleyi üçün məsuliyyət hissinin aşılanması;
•
Təbiətdən istifadə prinsiplərinin insanların şüurunda və fəaliyyətində təsdiq
olunması;
•
Gənc nəslin təbiətin mühafizəsi işinə cəlb edilməsi.
İqtisadi tərbiyənin birinci komponentini şagirdlərdə iqtisadiyyatın əsaslarına dair
biliklər təşkil edir. İqtisadi tərbiyənin ikinci komponenti qənaətcillik şüurunun və iqtisadi
təfəkkürün formalaşdırılmasıdır.
Hüquq tərbiyəsinin məzmununa hüquqi biliklər, hüquq qanunları və
normaları
daxildir.
Bunlar hər bir dövlətin əsas qanunlarında öz əksini
tapır. Hər bir ölkədə
qanunçuluğun vəziyyəti məktəbdə aparılan hüquq tərbiyəsi və təhsilindən xeyli dərəcədə
asılıdır.
Mənə
vi t
ərbiyə
dedikdə, şagirdlərin şüuruna, hiss və duyğularına, davranışına sistemli,
məqsədyönlü, mütəşəkkil təsir göstərməklə onlarda əxlaqi keyfiyyətlərin, vətəndaşlıq
yetkinliyinin, fəal həyat mövqeyinin formalaşdırılması başa düşülür.
Mənəvi tərbiyə tərbiyənin tərkib hissələri arasında son dərəcə önəmli yer tutur.
İnsanın ağlını, təfəkkürünü inkişaf etdirmək (əqli tərbiyə) nə qədər vacibdirsə, şəxsiyyətin
mənəvi aləminin, mənəviyyatının, müsbət əxlaqi keyfiyyətlərinin formalaşdırılması bir о
qədər mühüm və zəruridir. Mənəvi tərbiyənin məzmunu aşağıdakılara əsaslanır:
•
Əxlaq tərbiyəsi
-
mənəvi davranış, hiss və vərdişlərin, şüurun formalaşması;
•
Əxlaq insanların davranış normalarının, qaydalarının, onların bir
-
birilərinə,
özlərinə, cəmiyyətə qarşı müxtəlifliklərinin, xeyir və şər, yaxşı və pis, ləyaqətli və
xoş olmayan cəhətlərə qarşı olan baxış və münasibətlərin ümumiliyini nəzərdə
tu
tur;
•
Etik tərbiyə
-
düzgün davranış qaydalarının və münasibətlər mədəniyyətinin
formalaşması;
•
Vətənpərvərlik tərbiyəsi
-
öz vətəninə sevgi, məhəbbət və məsuliyyət hissinin
formalaşması, һәr an vətəninin, xalqının müdafiəsinə qalxmağa hazır olma