Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə103/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   99   100   101   102   103   104   105   106   ...   175
1 Multikulturalizmə giriş 2019

“Etnogenez və Yerin biosferi”
adlı 
əsərində etnosun yaranmasını onu əhatə edən landşaftla əsaslandırmağa cəhd 
etmişdir. Onun fikrincə, yeni etnoslar əsasən müxtəlif landşafların sərhədlərində 
bir-birindən asılı olmayaraq yaranır. Eynicinsli landşaflarda məskunalaşan 
xalqlar etnik və sosial baxımdan daha dayanıqlı olurlar. Dağlıq ərazidə formalaşan 


239
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
etnoslar dəyişkən və azsaylı olurlar. Etnosun formalaşmasında cöğrafi mühit 
faktoru mühüm rol oynayır. Ərazinin xüsusiyyəti, relyefi, iqlimi və landşaftı 
orada yaşayan xalqların adət-ənənəsinə, dünyagörüşünə, məşğuliyyətinə, hətta 
geyim tərzinə öz təsirini göstərir. 
Etnik kimlik - özünütəşkil prinsipi kimi təzahür edən bir fenomendir. O, 
ilk növbədə hər hansı etnosa mənsubiyyətlə və tarixən onun mədəni dəyərlərinə 
xas olan davranış dəstləri - nitq, jestikulyasiya
 
(lat. gesticulatio - bədən 
hərəkəti.- Red.)
,
spesifik temperamentin müxtəlif halətləri və s.
 
ilə ifadə olunur. 
Şəxsiyyətin bu xassələri onun sosiallaşması prosesinin erkən mərhələsində 
ortaya çıxır. 
Etnik kimlik 
şəxsiyyətin sosial kimliyinin əsas tərkib hissəsi kimi 
təzahür edir. O, psixoloji kateqoriya qismində insanların konkret etnik birliyə 
mənsubiyyətlərinin dərk olunması kimi qiymətləndirilir.
Müasir dövrdə isə etnosların formalaşmasına təbii mühitlə yanaşı sosial, 
iqtisadi, siyasi və digər amillər də təsir edir. Hazırda etnosların yaranma 
imkanları ilə bərabər onların sıradan çıxma səbəbləri də çoxdur. Geniş ərazidə 
yayılma nəticəsində bir-birindən uzaq düşmə, hərbi müdaxilə, ekololi fəlakətlər, 
iqtisadi gerilik bu səbəblər sırasındadır. 
Etnoslar sıradan çıxma ərəfəsində özlərini bərpa edib yenidən inkişafa 
da nail ola bilərlər. Qumilyovun fikrincə, etnosun özünübərpası passionarlıqla 
əlaqəlidir. Passionarlıq etnosun ətraf mühitdən daha çox enerji qəbul edərək 
onu fəaliyyət üçün istifadəsinə deyilir. Bu fəaliyyət isə adətən güclü, enerjili 
şəxsiyyətlərin-
passionarların 
vasitəsi ilə həyata keçirilir. Passionarlar elm, 
siyasət, din, incəsənət, təhsil və s. sahədə fəaliyyət göstərə bilərlər. Məsələn 
tarixi şəxsiyyətlər olan Atilla, Makedoniyalı İsgəndər, Çingizxan, Napoleon
Atatürk, Heydər Əliyev, elm sahəsində Eynşteyn, Nyuton və b. passionarlardır.
Etnik kimliklərin daha təkmil forması “milli kimlik” hesab olunur. Milli 
kimlik (ing. 
national identity),
yaxud milli özünüdərk insan kimliyinin əsas 
elementi qismində, onun konkret etnosa, yaxud millətə mənsubiyyət hissini 
ifadə edir. Milli kimlik fenomeninə milliyyət və vətəndaşlıq kimi elementlər 
ciddi təsir göstərsə də, onlar mütləq şəkildə eynilik təşkil etmir.
Milli müəyyənlik,
bir qayda olaraq, tarixi, sosial-iqtisadi inkişafla, siyasi 
mənsubiyyətlə, etnik mədəniyyətlə, vətəndaşlıqla, vətənpərvərliklə və s. 
elementlərlə bağlı olan dəyərlər sistemidir. O, cəmiyyətin bütövlüyü və dövlətin 
suverenliyi problemlərilə bilavasitə əlaqəlidir. Belə ki, cəmiyyətin bütövlüyü 


MULTİKULTURALİZMƏ GİRİŞ
240
insanların ümumi ərazi, ümumi əcdadlar, ümumi tarix, mədəniyyət normaları və 
qanunlar haqqında olan təsəvvürlərindən asılıdır. Bu təsəvvürlər isə son nəticədə 
cəmiyyətin, dövlətin və millətin ümumi və vacib rəmzlərinin yaranmasına və 
möhkəmlənməsinə səbəb olur. Məsələn, dünya xalqlarının çoxlu sayda rəmzləri 
mövcuddur ki, onlar da insanlara öz mədəniyyətlərini dərk etməyə və kimliklərini 
təyin etməkdə yardımçı olur. Lakin kimliyi mütləq şəkildə təyin etmək üçün bu 
kifayət deyil. Milli kimliklərin təmsil olunduğu dövlətin ərazi baxımdan böyük, 
yaxud kiçik olmasından asılı olmayaraq, onun vətəndaşlarının əksəriyyəti üçün
(məşhur, görkəmli şəxsiyyətlər nəzərə alınmadan) biri-biriləri haqqında nəyi isə 
bilmək az əhəmiyyətlidir. Lakin onların hər birinin təxəyyülündə, zəkasında daim 
dövlətin simvollarının, ölkənin sərhədlərinin, şəhər və kəndlərinin, yollarının, 
digər əsas infrastrukturlarının, tarixi və müqəddəs məkanlarının ümumi obrazı 
yaşayır. Beləliklə, etnik, yaxud milli fərd özünü, yuxarıda sadalanan külliyyatın 
ayrılmaz hissəsi kimi təsdiq edir. Bu ideya onun təfəkküründə çox dərin kök 
salır. Sözügedən ideya sistemli şəkil alanda milli maraqlar kimi təzahür edir. Bu 
isə vahid millətin yaranması üçün ən başlıca tarixi şərt hesab olunur. Çoxmillətli 
ölkələrdə bu proses fərqli şəkildə cərəyan edir və çoxlu sayda müxtəlif kimliklərin 
vahid siyasi məfkurə əsasında birləşməsini nəzərdə tutur.
Milli müəyyənlik anlamının məzmununda 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin