Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə115/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   111   112   113   114   115   116   117   118   ...   175
1 Multikulturalizmə giriş 2019

Multikulturalizmin zəif və güclü formaları
Cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına 
istiqamətlənən multikulturalizm siyasəti müxtəlif formalarda həyata keçirilə 
bilər. Bununla bağlı bu siyasətin 2 əsas formasını göstərmək lazımdır: zəif və 
güclü forma
larını.
Multikulturalizmin bu formaları arasında mühüm fərqli 
cəhətlər vardır.
Multikulturalizmin 
zəif forması
etnik-milli azlıqlara öz etnik-mədəni 
dəyərlərini qorumaq üçün imkan yaradır. Lakin azlıqlar öz imkanları ilə etnik-
mədəni dəyərlərini qorumaq iqtidarında olmadıqlarına görə yaranmış situasiyada 
cəmiyyətdəki hakim etnik-mədəni dəyərlərin qəbul edilməsini ən optimal çıxış 
yolu kimi dəyərləndirirlər. Başqa sözlə desək, onlar elə bir vəziyyətə düşürlər ki, 
onlara xarici təzyiq olmadan, öz istəkləri ilə titul xalqın etnik-mədəni dəyərlərini 


265
MULTİKULTURALİZM ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN 
TƏNZİMLƏNMƏSİNİN SƏMƏRƏLİ SİYASƏT MODELİ KİMİ
qəbul etmək sərf edir. Öz mədəni kimliyini, etnik-mədəni dəyərlərini qorumaq 
isə çətin olur. Mövcud vəziyyətdə azlıqların başqa çıxış yolu olmadığına görə, 
onlar könüllü şəkildə etnik-mədəni dəyərlərini qorumaq fikrindən tamamilə 
də olmasa müəyyən dərəcədə əl çəkirlər və bununla da yaşadıqları cəmiyyətə 
inteqrasiya
olunmağı praktiki cəhətdən daha əlverişli hesab edirlər. Məsələn, 
multikulturalizmin zəif forması çoxmillətli Sovet İttifaqında müşahidə olunurdu. 
SSRİ-nin tərkibində olan bütün qeyri-rus ittifaq respublikalarının ərazilərində öz 
dillərini, ədəbiyyatlarını, mədəniyyətlərini qorumağa və inkişaf etdirməyə geniş 
imkanları olsa da, onlar daha çox rus xalqının etnik-mədəni dəyərlərini, tarixini 
öyrənməyə, rus dilində təhsil almağa üstünlük verirdilər. Çünki bu, onlara şəxsi 
karyeralarını qurmaqda, yaşadıqları cəmiyyətin bütün sahələrində nailiyyətlər 
əldə etməkdə kömək edirdi.
Müasir dövrdə təxminən oxşar vəziyyət bir çox Qərb ölkələrində (ABŞ, 
Kanada, Niderland, Böyük Britaniya, Avstriya və b.) müşahidə olunur. Bu 
ölkələrdə yaşayan milli azlıqların nümayəndələrinə onların etnik-mədəni 
dəyərlərinə münasibətdə tolerantlıq nümayiş etdirilir. Belə bir münasibətin 
nəticəsində milli azlıqların nümayəndələrinə yaşadıqları Qərb dövlətlərində 
öz adət-ənənələrini qorumaq, ana dillərində qəzet və jurnal çıxarmaq, hətta 
ana dilində məktəb açmaq hüquqları verilmişdir. Professor Çandran Kukatasın 
qeyd etdiyi kimi, bu dövlətlərdə liberalizmə yaxud liberal dəyərlərə hətta uyğun 
gəlməyən müxtəlif mədəniyyətlərin yaxud adət-ənənələrin olmasına dözümlülük 
nümayiş etdirilir. Onun fikrincə, klassik liberal cəmiyyət qeyri-liberal elementləri 
ehtiva edə bilər. Liberal cəmiyyətlərin milli azlıqların nümayəndələrinə nümayiş 
etdirdiyi tolerantlıq azlıqların etnik-mədəni dəyərlərini nə assimilyasiya edir, nə 
də ki, onu təcrid edir. Lakin Qərb dövlətlərində milli azlıqların nümayəndələrinə 
və onların etnik-mədəni dəyərlərinə münasibətdə bu cür dözümlüyün nümayiş 
etdirilməsinə baxmayaraq, onlar yaşadıqları cəmiyyətdəki mövcud imkanlardan 
bəhrələnmək üçün titul etnosun etnik-mədəni dəyərlərini öyrənməklə, onun dilini, 
müəyyən adət-ənənələrini mənimsəməklə həmin cəmiyyətə inteqrasiya olunmağı 
daha vacib hesab edirlər. Çünki bu yolla onlar yaşadıqları cəmiyyətin bütün 
sahələrində fəal iştirak etmək imkanı əldə edirlər. Buna görə də milli azlıqların 
nümayəndələri bir sıra Qərb dövlətlərində mövcud olan multikulturalizmin zəif 
formasının yaratdığı imkanlardan könüllü şəkildə imtina edirlər.
Multikulturalizmin zəif formasından fərqli olaraq onun 
güclü forması 
milli 


MULTİKULTURALİZMƏ GİRİŞ
266
azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı 
onların yaşadıqları cəmiyyətin bütün sahələrində fəal iştirak etmələri üçün hər cür 
şəraitin yaradılmasını tələb edir. Multikulturalizmin güclü forması cəmiyyətdəki 
etnik-mədəni müxtəlifliyə münasibətdə dözümlülüyün nümayiş etdirilməsi ilə 
kifayətlənmir. O, bu müxtəlifliyin dövlət tərəfindən qorunmasını və inkişaf 
etdirilməsini, onun maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini vacib 
hesab edir. Bununla əlaqədar multikulturalizmin tanınmış tədqiqatçılarından olan 
kanadalı professor Vil Kimlika göstərir ki, dövlət onun ərazisində yaşayan bütün 
etnik, dini və irqi qrupların hüquqlarını tanımalı və onların mədəniyyətlərinin 
qorunması istiqamətində xüsusi proqramlar təklif etməlidir. Onun fikrincə, 
dövlətin bu müdaxiləsi azlıqların mədəni müstəqilliklərinin saxlanılmasına 
kömək edəcəkdir. Bununla belə Kimlika hesab edir ki, milli azlıqlar yaşadıqları 
cəmiyyətin qanunlarına hörmətlə yanaşmalıdırlar.
Beləliklə, müəyyən tarixi dövrlərdə, həmçinin müasir dövrdə də tətbiq 
olunan assimilyasiya, izolyasiya və izolyasiyanın variantı olan aparteid 
siyasət modellərindən fərqli olaraq multikulturalizm siyasəti etnik-mədəni 
müxtəlifliyin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına yönəlmişdir. 
Bu, multikulturalizm siyasət modelinin digər siyasət modellərindən başlıca 
üstünlüyüdür. Belə ki, multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərini 
nə assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin 
inkişafından təcrid edir. Multikulturalizm titul etnos ilə milli azlıqların etnik-
mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla onların mədəniyyətlərinin 
qarşılıqlı təsiri üçün zəmin yaradır.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin