“Dini müxtəliflik”
bölməsi
ölkəmizdə dinlər tarixi sahəsindəki boşluğu aradan qaldıracaqdır.
Bu bölmənin nəzəri əhəmiyyəti ilə yanaşı, praktiki önəmi də qeyd
edilməlidir. Belə ki, hazırda din və məzhəb zəminində münaqişələrin
artması, din pərdəsi altında çıxış edən müxtəlif ekstremist təmayüllü qrup
MULTİKULTURALİZMƏ GİRİŞ
12
və təşkilatların fəaliyyət coğrafiyasının getdikcə genişlənməsi və daha çox
ölkələri əhatə etməsi müasir dünyanın ən ağrılı problemlərindən biridir. Dini-
siyasi ekstremizm planetimizin müxtəlif regionlarında getdikcə geniş vüsət
alır və bunun nəticəsi kimi dini şüarlar altında törədilən terror aktlarının sayı
durmadan artır. Bu gün müxtəlif ekstremist qruplar dünyəvi və demokratik
dəyərlərə qarşı çıxır, insanlar arasında qorxu və xof yaratmaqla, eləcə də
zorakılıq və silahlı terror təxribatları törətməklə öz ifrat dini ideyalarını
bərqərar etməyə çalışırlar.
Müşahidələr göstərir ki, ifrat dini ideyaların təsiri altına daha çox
dini cəhətdən savadsız şəxslər düşür. Onlar nəinki başqa inanclar, hətta
təəssübkeşliyini çəkdikləri öz etiqadları barədə elementar biliklərə malik
deyillər. Bunu ABŞ Hərbi Akademiyasının elmi əməkdaşlarının apardıqları
elmi təhlillər də təsdiqləyir. Akademiyanın tədqiqatçıları özünü İslam dövləti
kimi təqdim edən İŞİD terror təşkilatına məxsus olan anket bazasını nəzərdən
keçirərək 2013-2014-cü illərdə bu qeyri-qanuni silahlı birləşmənin tərkibində
vuruşmaq üçün müraciət etmiş 4188 şəxsin ərizə-anketini təhlil etmişlər.
Məlum olmuşdur ki, həmin şəxslərin on nəfərindən yeddisi öz ərizə-anketində
İslam dini haqqında səthi biliklərə malik olduğunu göstərmişlər. Bu isə bir
daha sübut edir ki, ifrat dini ideyalar din haqqında məlumatı olmayan kəslər
arasında uğur qazanır. Odur ki, dini fanatizm və radikalizmin təzahürləri ilə
mübarizənin ən səmərəli yollarından biri dini biliklərin artırılması və düzgün
dini maarifləndirmə işinin aparılmasıdır.
Dini maarifləndirmənin başlıca məqsədi fərdə onun mənsub olduğu dinlə
yanaşı, həm də müxtəlif dinlər haqqında obyektiv elmi meyarlara cavab verən
biliyin çatdırılmasıdır. Çünki fərqli dini inanclar sistemi haqqında məlumatlılıq
fərdin dünyagörüşünü artırmaqla, onda digər dinlərin mənsublarına tolerant
münasibət formalaşdırır. Bu isə, öz növbəsində, insanda ifrat ideologiyalara
qarşı immunitet yaradır. Dinşünaslığın banisi, XIX əsrin məşhur alman alimi
Maks Müllerin təbirincə desək,
“yalnız öz dinini bilən kəs heç bir dini bilmir”
.
Bu mənada hesab edirik ki, dərsliyin
“Dini müxtəliflik”
bölməsində dini
maarifləndirmə işinin aparılması, gənclərimizdə müxtəlif dini inanclar sistemi
barədə təsəvvürün yaradılması, onlarda başqa etiqad mənsublarına hörmətlə
yanaşmaq kimi yüksək insani keyfiyyətlərin formalaşdırılması baxımından
zəruri materiallar toplanmışdır.
13
ÖN SÖZ
Dərsliyin
“Etnik müxtəliflik”
adlanan üçüncü bölməsində öz elmi
ənənələrimizə, sovet və post-sovet elmi məkanında, habelə beynəlxalq miqyasda
əldə edilmiş nəzəri müddəalara əsaslanaraq, insanların tarixi birlik formaları,
etnik kimlik və milli müəyyənlik problemi, etnik dəyərlər və milli mentalitet,
milli şüurun və milli ideyanın formalaşmasında etnik dəyərlərin rolu, etnik
müxtəliflik və onun qorunması kimi nəzəri-metodoloji məsələlər tələbə və geniş
oxucu auditoriyasına təqdim edilir.
Dərsliyin
“Multikulturalizm”
adlanan sonuncu - dördüncü bölməsində
multikulturalizm siyasət modelinin mahiyyəti və əhəmiyyəti açıqlanır,
onun assimilyasiya, izolyasiya və aparteid siyasət modelləri, eyni zamanda,
interkulturalizmlə müqayisəli təhlili aparılır, multikulturalizmin ölkənin xarici
siyasətinə təsiri, multikultural təhlükəsizlik, davamlı və inklüziv inkişafın əldə
olunmasında multikulturalizm siyasətinin rolu, multikulturalizm və gender,
multikulturalizm və media kimi bir sıra mühüm ictimai-siyasi əhəmiyyət kəsb
edən aktual məsələlər nəzərdən keçirilir.
Qeyd olunan nəzəri məsələlərlə yanaşı, bu bölmədə əksini tapan
və praktiki əhəmiyyət kəsb məqamlardan biri cəmiyyətdəki
etnik-mədəni
müxtəlifliyin qorunmasının və multikulturalizm siyasətinin səmərəliliyinin
ölçülməsi
məsələsidir. Multikulturalizm siyasətinin effektivlik səviyyəsi
konkret indikatorlar vasitəsilə müəyyən edilir. İndikatorlar bu və ya digər
çoxmədəniyyətli cəmiyyətin multikultural və tolerant olduğunu ümumi sözlərlə
deyil, konkret faktlar vasitəsilə göstərməyə imkan verir. Dərslikdə hər bir
çoxmədəniyyətli cəmiyyətdə yaşayan 3 əsas azlıq qrupunun
(avtoxton və alloxton
xalqlar, immiqrantlar)
nümayəndələri üçün ayrılıqda müvafiq indikatorlar
təqdim olunmuşdur. Bu indikatorlar hər bir azlıq qrupunun yaşadığı cəmiyyətə
inteqrasiya dərəcəsini, eyni zamanda, ölkədə multikulturalizm siyasətinin
səmərəlilik səviyyəsini göstərir.
Bu bölmənin mühüm əhəmiyyət kəsb edən
“Müasir dövrdə Qərb
ölkələrində etnik–mədəni müxtəliflik və onun tənzimlənməsi”
adlı fəslində
multikulturalizm siyasətinin meydana gəldiyi Qərb ölkələrinin bu sahədəki
təcrübəsi nəzərdən keçirilir. Burada müasir dövrdə Qərbi Avropa ölkələrində
geniş yayılan islamofobiya və antisemitizm kimi dözümsüzlük və ayrı-seçkilik
formalarından bəhs olunur. Təhlillər nəticəsində belə bir qənaətə gəlinir ki,
Qərbi Avropada multikulturalizmin iflasa uğramasının başlıca səbəbi bu
MULTİKULTURALİZMƏ GİRİŞ
14
ölkələrdə islamofobiya və antisemitizmin yayılmasıdır. Bölmədə, həmçinin,
Kanada, Avstraliya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya,
İspaniya və İtaliyada multikultural dəyərlərin qorunması və etnik-mədəni
müxtəlifliyin tənzimlənməsi təcrübəsi geniş təhqiqata cəlb edilərək qeyd olunan
Qərb ölkələrində ən səmərəli multikulturalizm siyasətinin Kanada, Avstraliya və
Hollandiyada həyata keçirildiyi göstərilir.
“
Müasir dövrdə Azərbaycanda multikulturalizm”
adlı fəsildə
multikulturalizmin Azərbaycan modeli hərtərəfli təhlil olunur. Əsası Ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulan və müasir dövrdə ölkə Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla aparılan multikulturalizm siyasətinin
əsas göstəricisi Azərbaycanda etnik və dini zəmində heç bir qarşıdurmanın
olmaması, ölkədə ictimai-siyasi sabitliyin və davamlı milli-mənəvi həmrəyliyin
hökm sürməsidir. Məhz belə bir uğurlu və düşünülmüş siyasətin nəticəsidir ki,
Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilmişdir.
Dərslikdə multikulturalizmin Azərbaycan modelinin formalaşmasının obyektiv
və subyektiv səbəbləri
,
xüsusiyyətləri nəzərdən keçirilir, multikulturalizm
siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının beynəlxalq
təşkilatlarla əməkdaşlığı barədə ətraflı məlumat verilir.
Dərslik tələbələr, magistrlər və doktorantlar, həmçinin multikulturalizmin
aktual məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə
tutulmuşdur.
Dostları ilə paylaş: |