Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə121/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   117   118   119   120   121   122   123   124   ...   175
1 Multikulturalizmə giriş 2019

“Regional və ya Azlıqların Dilləri 
üzrə Avropa Xartiyası”
nı Avropa Şurasının bir neçə ölkəsi indiyədək ratifikasiya 
etməmişdir. Həmin ölkələrin sırasında hətta Belçika, Fransa, İrlandiya, 
Portuqaliya, Yunanıstan, Bolqarıstan, Estoniya, Litva və Latviya kimi Avropa 
İttifaqının üzvləri də vardır. 
“Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”nın bəzi ölkələr 
tərəfindən ratifikasiya edilməməsi bu sənəddə olan bir sıra müddəalarının həmin 
ölkələrin milli maraqlarına, xüsusilə ictimai–siyasi, iqtisadi sabitliklərinə, ərazi 
bütövlüklərinə ciddi təhlükə törədə biləcəyi ilə əsaslandırılır. Daha konkret 
desək, bu sənəddə elə tələblər əks olunmuşdur ki, onların həyata keçirilməsi 
ölkədə milli zəmində separatçılıq hərəkatının baş qaldırmasına, ölkə ərazisinin 
parçalanmasına gətirib çıxara bilər. Məsələn, sözügedən sənədin III hissəsinin 
“İnzibati orqanlar və dövlət qulluğu”
adlı 10-cu maddəsində yer alan bəzi 
məqamlar cəmiyyətdə dezinteqrasiya meylərinin yayılması, etnik separatizmin 
yaranması təhlükəsini özündə saxlayır. Sözügedən maddənin tələbinə əsasən, 
milli azlıqların çoxluq təşkil etdiyi dövlətin inzibati ərazi dairələrində dövlət 
müəssisələri, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları vətəndaşlarla 
iş apararkən azsaylı xalqların dillərindən istifadə etməli, habelə yazılı ərizələr, 


MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ, 
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
279
inzibati və kargüzarlıqla bağlı digər rəsmi xarakterli sənədlər etnik azlıqların 
dillərində tərtib olunmalıdır. 
Bundan başqa “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası”nda 
elə müddəalar var ki, onların icra olunması dövlətin böyük həcmdə lüzumsuz 
maliyyə xərclərinə səbəb ola bilər. Məsələn, Xartiyanın 
“İqtisadi və ictimai 
həyat”
adlı 13-cü maddəsində iqtisadi və ictimai həyatda regional dillərin geniş 
istifadəsinə şəraitin yaradılması, o cümlədən maliyyə və bank sənədlərinin, 
şirkətlər və özəl müəssisələr tərəfindən bağlanılan müqavilələrin, şirkətdaxili 
sənədləşmə işinin, qiymətli kağızların, ödəmə çeklərinin və digər bu kimi 
sənədlərin, habelə məhsulların istifadəsi və mexanizmlərin istismarı üzrə 
təlimatların etnik azlıqların dillərində tərtibinə və hazırlanmasına icazənin 
verilməsi tələbi irəli sürülür.
Milli azlıqların hüquq və azadlıqlarının təmin olunmasının mühüm 
göstəricilərindən biri onların dillərində qəzet və jurnalların nəşr olunması, 
televiziya və radio verilişlərinin aparılması, orta və ali məktəblərdə tədrisin 
təşkil olunmasıdır. Bütün bunlar cəmiyyət daxilində inteqrasiya proseslərini 
möhkəmləndirir. Bu isə öz növbəsində ümumilikdə ölkənin sosial-iqtisadi 
inkişafına, əhalinin həyat səviyyəsinin qalxmasına səbəb olur.
Yuxarıda qeyd etdiyimiz kimi, multikulturalizmin daxili siyasətin tərkib 
hissəsi olmasının ikincisi göstəricisi ölkə daxilində dövlət-din münasibətlərinin 
yüksək səviyyədə olmasıdır. 
Ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə olması dedikdə nə 
nəzərdə tutulur? 
Dövlət-din münasibətlərinin yüksək səviyyədə olması ilk növbədə ölkə 
daxilində dini etiqad azadlığının təmin edilməsi deməkdir. Məlum olduğu kimi, 
dini etiqad azadlığı insan hüquqlarının tərkib hissəsidir. Buna görə də dini etiqad 
azadlığının təmin olunması hər bir demokratik inkişaf yolu seçmiş dövlətin 
daxili siyasətinin prioritet istiqamətlərindən biridir. 
Dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasının digər mühüm 
göstəricisi ölkə ərazisində mövcud olan dinlərin və dini məzhəblərin qanun 
qarşısında bərabər olmasıdır. 
Dünya ölkələrinin praktikası göstərir ki, dini etiqad azadlığını təmin 
edən hər bir ölkə dinlərin və dini məzhəblərin qanun qarşısında bərabərliyinə 
zəmanət vermir. Bunu hətta aparıcı Qərb ölkələrinin təcrübəsi də təsdiq edir. 


MULTİKULTURALİZMƏ GİRİŞ
280
ABŞ, Kanada və Qərbi Avropa ölkələrində dinlər və dini məzhəblər arasında 
bərabərlikdən danışmaq mümkün deyil. Bu ölkələrdə dini etiqad azadlığı olsa da, 
orada hakim dinə, yəni titul xalqın mənsub olduğu dinə münasibətdə digər dinlər 
və dini məzhəblər, xüsusilə də İslam dini de-fakto aşağı mövqedədir. Dövlət-
din münasibətlərinin yüksək səviyyədə olmasının mühüm göstəricilərindən olan 
dinlərin və dini məzhəblərin qanun qarşısında bərabər olmasını təmin edən ölkə 
azdır. Məsələn, Azərbaycan Respublikası belə ölkələrdən biridir. Azərbaycanın 
əhalisinin 96 faizini müsəlman olmasına baxmayaraq, dövlət dinlər arasında 
heç bir ayrı-seçkiliyə yol vermir. Ölkə Konstitusiyasının 18-ci maddəsinin 1-ci 
bəndində göstərilir ki, Azərbaycanda 
“bütün dini etiqadlar qanun qar
şısında 
bərabərdir”. 
Dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından danışdıqda 
dövlət tərəfindən bütün dini qurumlara maddi-maliyyə köməyinin göstərilməsini 
də qeyd etmək lazımdır. Belə köməyin göstərilməsi ilk növbədə milli azlıqlara 
mənsub olan və fəaliyyətlərində maliyyə çətinlikləri ilə üzləşən dini qurumlar 
üçün əhəmiyyətlidir. Bu yardımın əhəmiyyətli hissəsi dini ibadət obyektlərinin 
tikintisinə, təmirinə, eləcə də dini qurumların fəaliyyətlərinin təmin olunmasına 
yönəldilir. 
Bir sıra ölkələrin təcrübəsi göstərir ki, dini azadlıqların təmin edilməsi, 
bütün dinlərin və dini məzhəblərin qanun qarşısında bərabər olması, dövlət 
tərəfindən dini icmalara maddi dəstəyin göstərilməsi ölkə daxilində dinlərarası 
münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına səbəb 
olur. Ölkə daxilində fəaliyyət göstərən müxtəlif dinlər və dini məzhəblər 
arasında münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması isə 
öz növbəsində, dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas 
indikatorlarından biri kimi qəbul oluna bilər. Çünki dünya ölkələrinin təcrübəsi 
göstərir ki, ölkə daxilində müxtəlif dinlər və dini məzhəblər arasında dözümlülük, 
qarşılıqlı hörmət və əməkdaşlıq münasibətləri dövlət tərəfindən məqsədyönlü 
şəkildə aparılan multikulturalizm siyasəti həyata keçirildikdə formalaşır.
Beləliklə, ölkədə yaşayan milli azlıqların etnik-mədəni dəyərlərinin 
qorunması, eləcə də ölkə daxilində dövlət-din münasibətlərinin yüksək səviyyədə 
olması multikulturalizmin daxili siyasətin tərkib hissəsi olmasını göstərir.
Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə yönələn, 
səmərəli siyasət modeli olan multikulturalizm dövlətin daxili siyasəti ilə yanaşı 


MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ, 
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
281
onun xarici siyasətinin də tərkib hissəsi, mühüm bir istiqaməti kimi çıxış edir. 
Multikulturalizm daxili siyasətin tərkib hissəsi kimi ölkə daxilindəki etnik, irqi, dini 
və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına 
səbəb olursa, ölkələrarası münasibətlərdə o, müxtəlif mədəniyyətlərə və 
sivilizasiyalara mənsub olan ölkələrlə qarşılıqlı əhəmiyyət daşıyan əlaqələrin 
inkişafını nəzərdə tutur. Lakin qeyd etmək lazımdır ki, multikulturalizm daxili 
siyasətin tərkib hissəsi olmadan ölkənin xarici siyasətində özünü büruzə verə 
bilməz. Bu, daxili və xarici siyasət arasında olan münasibətdən irəli gəlir. Bu 
münasibətdə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. 
Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü və beynəlxalq 
hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə ölkədaxili 
vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinin təcavüzkar 
olmasına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait 
yaradan əsas səbəblərdən biridır. Daxili siyasətin xarici siyasətə münasibətdə 
müəyyənedici rol oynamasını əsas götürərək deyə bilərik ki, əgər ölkə daxilində 
etnik, dini zəmində heç bir qarşıdurma yoxdursa, müxtəlif xalqların, dinlərin 
arasında dözümlülük, dialoq və əməkdaşlıq münasibətləri mövcuddursa, bu 
dövlətin xarici siyasəti sülhyönümlü olaraq dünyada dinlər və mədəniyyətlərarası 
dialoqa və əməkdaşlığa yönələcəkdir. Dinlər və mədəniyyətlərarası dialoqa və 
əməkdaşlığa yönələn dövlətin xarici siyasəti isə öz növbəsində onun beynəlxalq 
aləmdə multikulturalizm siyasətini təbliğ edən dövlət kimi nüfuzunu qaldıraraq 
daxili siyasətində multikulturalizm istiqamətini daha da gücləndirəcəkdir. Bu, 
xarici siyasətin daxili siyasətə əks təsirini nümayiş etdirməklə daxili və xarici 
siyasət arasındakı münasibəti qar
şı
lıqlı xarakter daşıdığını göstərir.
Beləliklə, multikulturalizmin ölkənin daxili və xarici siyasətin tərkib 
hissəsi, mühüm istiqaməti kimi çıxış edir. Multikulturalizmin daxili siyasətin 
tərkib hissəsi olması onun xarici siyasətin istiqaməti olmasını müəyyən edir. 
Lakin multikulturalizmin ölkənin xarici siyasətində də özünü büruzə verməsi 
onun daxili siyasətdə daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.


MULTİKULTURALİZMƏ GİRİŞ
282

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin