Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Miqrant inteqrasiya siyasəti indeksi (MİPEX)



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə134/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   130   131   132   133   134   135   136   137   ...   175
1 Multikulturalizmə giriş 2019

9.4. Miqrant inteqrasiya siyasəti indeksi (MİPEX)
2018-ci ilin statistikasına əsasən, Avropada yaşayan 512.4 milyon əhali
-
nin 22.3 milyonu (4.4%) miqrantların payına düşür. Bu məqamda əsas sual 
Avropanın miqrasiyanı qəbul edib-etməməsi yox, miqrantların Avropa cəmi
-
yyətlərinə inteqrasiya olmalarını idarə etməkdir. Dövlətlərin multikulturalizm 
siyasətinin miqrantlarla bağlı istiqamətini ölçmək üçün Miqrant İnteqrasiya Si
-
yasəti İndeksi əsas alətlərdən biridir. 
Miqrant İnteqrasiya Siyasəti İndeksi - MIPEX (The Migrant Integra
-
tion Policy Index) 2004-cü ildə ilk dəfə Avropa Sivil Vətəndaşlıq və İnklüziv 
İndeksi kimi dərc edilib. MİPEX vasitəsilə ilk dəfə olaraq Avropa İttifaqının 
(Aİ) 15 ölkəsində (Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Almani
-
ya, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, İs
-
paniya, İsveç, Böyük Britaniya) immiqrantlara dair siyasətin qısa, şəffaf və 
müqayisə oluna bilən formatda təqdim edilmişdir. 2004-cü il İndeksi hədəf 
auditoriya tərəfindən - QHT-lər, hökumətlər, alimlər, mətbuat və Avropa 
Komissiyası və Avropa Parlamenti kimi Avropa institutları tərəfindən müsbət 
qəbul olundu. Daha sonra 2007, 2011 və 2015-ci illərdə MİPEX nəşr edildi. 
Ötən müddət ərzində ölkələrin sayı artaraq 38-ə çatdı. Hal-hazırda MİPEX 
Aİ-nın bütün üzv ölkələri, Avstraliya, Kanada, İslandiya, Yaponiya, Şimali 
Koreya, Yeni Zelandiya, Norveç, İsveçrə, Türkiyə və ABŞ-da miqrantların 
inteqrasiyasına istiqamətlənən siyasətləri ölçən etibarlı vasitədir. Siyasətçilər, 
QHT-lər, tədqiqatçılar, Avropa təşkilatları və bir sıra beynəlxalq təşkilatlar 
milli inteqrasiyanı anlamaq və müqayisə etmək üçün bu indeksin məlumat
-
larından istifadə edirlər. MİPEX miqrantların cəmiyyətə qatılma imkanlarının 
dəyərləndirə bilmək üçün 8 istiqamət üzrə 167 göstəricini əsas götürür. 2004-
cü ildən bəri ölkələrin miqrasiya və inteqrasiya siyasətləri haqqında məlumat
-
ları toplayan bu indeks analiz edilən ölkələrdə miqrantların inteqrasiyasını 
təşviq etmək üçün hökumətlərin nə etdiklərini dəyərləndirmək və müqayisə 
etmək üçün lazımlı bir vasitədir.
Miqrant İnteqrasiya Siyasəti İndeksi ölkələrdə inteqrasiya siyasətini bu 
istiqamətlər üzrə təhlil edir.
1. Əmək bazarının mobilliyi;
2. Ailə birləşməsi;


MULTİKULTURALİZMƏ GİRİŞ
326

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin