Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə145/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   141   142   143   144   145   146   147   148   ...   175
1 Multikulturalizmə giriş 2019

Marin Le Penin 
2012-ci il Prezident seçkilərində namizədlər 
arasında üçüncü (seçicilərin 17,90%), 2017-ci il Prezident seçkilərində isə ikinci 
(seçicilərin 21,4%) yer tutması olmuşdur.
Müasir dövrdə Avropada islamofobiyanı məqsədyönlü şəkildə yayan 
təşkilatlardan biri 9 noyabr 2017-ci ildə Fransada təsis olunan Avropa 
Müqavimətinin Milli Şurası (frans. “Conseil national de la résistance européenne”) 
adlı siyasi təşkilatdır. Bu təşkilatı öz antisemit və islamofob baxışları ilə tanınan 
fransalı yazıçı Renaud Kamyus və Fransada Əlcəzair əsilli müsəlman ailəsində 
doğulmuş, katolikliyi qəbul etmiş, 2017-ci il Prezident seçkilərində Marin Le 
Peni dəstəkləyən hüquqşünas Kərim Oçik təsis etmişlər. Avropa Müqavimətinin 
Milli Şurasına Fransadan, eləcə də bir sıra digər Avropa ölkələrindən olan, 
əsasən ultra sağçı mövqedə duran tanınmış siyasi xadimlər (məsələn, Çexiyanın 
Almaniyada müsəlmanlar əleyhinə mitinq.


MULTİKULTURALİZMƏ GİRİŞ
354
keçmiş prezidenti Vatslav Klaus.- Red.) üzvdürlər. Şuranın üzvləri həyəcan hissi 
ilə bəyan edirlər ki, Yaxın Şərq, Şimali Afrika və digər region ölkələrindən olan 
miqrantların, xüsusilə müsəlmanların Avropaya köçmələri nəticəsində Avropanın 
xristian əhalisinin sayı azalır, müsəlmanların isə sayı çoxalır. Nəticədə fransız 
mədəniyyəti, ümumilikdə isə Avropa sivilizasiyası böyük təhlükə ilə üzləşir. 
Avropada islamofobiyanı təbliğ edən bəzi qruplar tərəfindən müsəlmanların 
Avropa İttifaqı ölkələrinə kütləvi axınının nəticələrinin proqnozlaşdırılmasına 
dair 
“Avrabia”
(Eurabia- iki sözün - Avropa və Ərəbistan- birləşməsi. –Red.) adlı 
yeni bir termin siyasi leksikona daxil edilmişdir. Bu termini ilk dəfə 2000-ci illərin 
əvvəlində 
Bat Yeor
işlətmişdir. Onun 2005-ci ildə nəşr etdirdiyi kitabın adında bu 
termin əks olunmuşdur - “Avrabia: Avro- ərəb oxu”. Sonralar Avrabia termini 
intensiv şəkildə istifadə olunaraq konspirativ nəzəriyyə formasını almışdır. 
Avrabia nəzəriyyəsi Avropanın gələcək inkişaf ssenarisini təqdim edir. 
Bu nəzəriyyəyə əsasən, Avropa yaxın gələcəkdə islamlaşacaqdır. Avropaya 
müsəlmanların axını və onlar arasında doğum səviyyəsinin yüksək olması XXI 
əsrin sonlarında burada müsəlmanların çoxluq təşkil etmələri ilə nəticələnəcəkdir. 
Müsəlmanlar Avropada hökmranlıq edəcəklər. İslamlaşan Avropa tədricən 
öz mədəni dəyərlərini itirəcəkdir. Onun ABŞ və İsraillə mövcud əlaqələrini 
zəifləyəcəkdir. 
Konspirativ nəzəriyyə olan Avrabia nəzəriyyəsi Avropanın islamlaşması 
prosesini Avropa İttifaqı təşkilatı tərəfindən planlaşdırıldığını və həyata 
keçirildiyini iddia edir. Buna görə də bu nəzəriyyə islamofobiya ilə yanaşı 
avroskeptisizmə də əsaslanır. Heç təsadüfi deyil ki, Avropada fəaliyyət göstərən 
ultra sağçı qüvvələr, populist siyasətçilər irqçiliyi, ayrı-seçkiliyi təbliğ edən 
Avrabia nəzəriyyəsini müdafiə və təbliğ edirlər. Göründüyü kimi, bu nəzəriyyə 
öz mahiyyətinə görə irqçiliyi, islamofobiyanı, müsəlmanlara münasibətdə nifrəti 
təbliğ edir. Onun əsas məqsədi müsəlmanların Avropaya gəlmələrinin qarşısını 
almaqdır
Beləliklə, islamofobiya müasir dövrdə Qərb ölkələrinin üzləşdiyi əsas 
problemlərdən biridir. İslamofobiya dözümsüzlüyün, ayrı-seçkiliyin bir forması 
kimi Qərb ölkələrinin təbliğ və müdafiə etdikləri demokratik dəyərlərə, insanın 
hüquq və azadlıqlarına ziddir. İslamofobiya cəmiyyətdə inteqrasiya proseslərinə 
qarşı yönəlmişdir. İslamofobiyanın cəmiyyətdə yayılması etnik-dini zəmində 
baş verən münaqişələrə səbəb olur. Bu isə öz növbəsində ölkənin sosial-iqtisadi 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
355
inkişafına ciddi şəkildə mane olur. Bundan başqa islamofobiya nifrət əsasında 
törədilən cinayətlərin digər növləri kimi adi cinayətlərlə müqayisədə cəmiyyətə 
daha çox ziyan gətirir. Çünki islamofobiya əsasında törədilən cinayətdən 
bilavasitə zərər çəkən şəxslə yanaşı bu qrupa daxil olanlar, yəni müsəlmanlar 
dolayısı yolla olsa da zərər çəkirlər. Başqa sözlə desək, müəyyən ölkədə 
islamofobiya zəminində nəticəsində törədilən cinayət ən azı həmin ölkədə 
yaşayan bütün müsəlmanlara toxunaraq cəmiyyətdə qarşıdurma yaradır. Bəzən 
islamofobiyanın əks sədası hətta ölkənin hüdudlarından kənara da yayılır. Belə 
olan halda müsəlman ölkələri bu və ya digər ölkədə baş verən islamofobiya 
aktına öz etirazlarını bildirir. Bu isə artıq qarşıdurmanın ölkədaxili müstəvidən 
beynəlxalq müstəviyə çıxması deməkdir. Bütün bu qarşıdurmalara yol 
verməmək üçün dünya ictimaiyyəti islamofobiyanın, eləcə də dözümsüzlüyün, 
ksenofobiyanın və ayrı-seçkiliyin bütün formalarının qarşısını almalıdır.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin