ABŞ nümunəsində:
ABŞ Ədliyyə Departamentinin İcma Əlaqələri
Xidməti cəmiyyətdə irq, rəng və milliyyət fərqliliyindən yaranan münaqişə və
gərginliklərin aradan qaldırılmasında “sülhyaratma” rolunu oynayır. Bu xid
-
mət 1964-cü ildə Mülki Hüquqlar haqqında Aktın qəbulu ilə yaradılmışdı. Əsas
məqsədi icma daxilində baş verən irqi və etnik gərginliklərin, ictimai asayişin
MULTİKULTURALİZMƏ GİRİŞ
372
pozulmasının qarşısının alınmasına, eləcə də mədəniyyətlər arasında sabitliyə
və harmoniyaya nail olmaq üçün dövlətə, yerli idarəetmə orqanlarına, özəl və
dövlət təşkilatlarına kömək etmək idi. Əlbəttə, burada əsas məqsəd multikultur
-
alizmi gücləndirmək və ya təşviq etmək olmamışdır. Sözügedən xidmətin əsas
fəaliyyəti qaradərililərlə ağdərililər arasında münasibətlərin tənzimlənməsində
vasitəçi rolu oynamaq idi. Daha sonra bu xidmət ağdərililərlə ərəblər, eləcə də
ərəblərlə müsəlman amerikalılar arasında eyni rolu oynamışdır.
2.
Multikulturalizmin məktəb tədris proqramına daxıl edilməsi;
ABŞ nümunəsində:
Bu siyasət ştatlara görə dəyişir, lakin federal hö
-
kumətin bu istiqamət üzrə hər hansı siyasi mandatı və təlimatı mövcud deyil.
Milli standartların hazırlanması, bu sahədə müvafiq məlumatların toplanması və
təhsil müəssisələrinə maliyyə yardımlarının ayrılması ilə bağlı siyasi gündəli
-
yin müəyyən edilməsi ABŞ Təhsil Departamenti vasitəsilə federal hökumətin
səlahiyyətinə daxil olsa da, məktəb proqramlarını hazırlamaq ştatların idarəet
-
mə səlahiyyətinə daxildir. Multikulturalizmin tədrisi bir çox ştatın məktəb pro
-
qramına, xüsusilə miqrant əhalinin çox olduğu Kaliforniya, Nyu York, Texas
və Florida ştatlarının məktəb proqramlarına daxil edilmişdir. Kolleclərdə və ali
təhsil müəssisələrində multikulturalizm fənni tədris edilmir, lakin həmin müəs
-
sisələrdə tədrisi həyata keçirən pedaqoqlara multikultural sinifdə dərs keçmə
bilikləri öyrədilir.
3.
Etnik təmsilçiliyin/həssaslığın dövlət mediasına və ya media
lisenziyalaşdırmasına daxil edilməsi;
ABŞ nümunəsində
: Bu tələb ABŞ-da qismən yerinə yetirilir. Belə ki,
dövlətə məxsus media vasitələrində etnik təmsilçiliyə dəstək verilsə də, özəl me
-
dia şirkətlərinin lisenziyalaşdırılması zamanı bu tələb gözardı edilir. Tənqidçilər
hesab edir ki, Federal Kommunikasiya Komissiyası lisenziya alan özəl media
şirkətlərinə belə tələb qoysa da, bu tələb sözdə qalır.
4.
Qanunla və ya məhkəmənin qərarı ilə qəbul olunmuş geyim for-
malarından azadolmaların tətbiq edilməsi;
ABŞ nümunəsində
: 1984-cü ilə qədər ABŞ ordusunda xidmət edən
siqhlərə başlarına “dastar” (türban) qoymağa və saqqal saxlamağa icazə ver
-
ilirdi, ancaq daha sonra bu icazə ləğv olunmuşdur. 2009-2010-cu illərdə ABŞ
ordusuna təqaüd vasitəsilə işə götürülən biri həkim, digər isə stomatoloq olan iki
siqhə geyim istisnasının tətbiq olunmasını nümunə kimi göstərmək olar.
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
373
5. İkili vətəndaşlığa icazə verilməsi;
Dostları ilə paylaş: |