Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə153/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   149   150   151   152   153   154   155   156   ...   175
1 Multikulturalizmə giriş 2019

ABŞ nümunəsində:
İkili vətəndaşlığa qismən icazə verilir. ABŞ Dövlət 
Departamenti bildirir ki, ikinci vətəndaşlığı qəbul etmiş amerikalı ABŞ 
vətəndaşlığını itirə bilər. Hesab olunur ki, ikinci dövlət qarşısında hər hansı öh
-
dəliyin olması ölkə üçün müəyyən problemlərə gətirib çıxarır.
6. 
Etnik qrupların təşkilatlarının və ya fəaliyyətlərinin dövlət 
tərəfindən maliyyələşdirilməsi;
ABŞ nümunəsində:
ABŞ-da belə təcrübə mövcud deyil. Miqrantlar, et
-
nik təşkilatlar və icmalarla bağlı bu kimi məsələlərdə hökumət neytral mövqe 
nümayiş etdirir.
7. 
Bilinqual və ya ana dilində təhsilin dövlət tərəfindən mali-
yyələşdirilməsi;
ABŞ nümunəsində:
Ştatların dil siyasətindən asılı olaraq dəyişir. İkidilli 
təhsil sistemi ilə bağlı siyasət daha çox ispandilli ştatlarda tətbiq olunur. Mul
-
tikulturalizmin əleyhdarı olan ştatlarda isə təhsil ancaq ingilis dilində aparılır. 
8. 
Əlverişsiz vəziyyətdə olan immiqrantlara dövlət tərəfindən 
ünvanlanmış güzəştlərin olması;
ABŞ nümunəsində:
Amerikada miqrantlarla bağlı belə təcrübə mövcud
-
dur. Belə ki, işə qəbul zamanı işəgötürənlərin qarşısına qoyulan tələblərdən biri 
də qadınlara, əlil insanlara və ixtisaslı azlıqlara üstünlüyün verilməsidir. 1964-
cü ildə qəbul edilmiş Mülki Hüquqlar Aktında işəgötürənlər tərəfindən irqinə, 
cinsinə, rənginə, dininə və milli mənsubiyyətinə əsasən ayrı-seçkilik qoyulursa, 
işəgötürən bu hərəkətinə görə məsuliyyət daşıyır. Belə hal baş verdikdə müvafiq 
Komissiya tərəfindən istintaq tədbiri həyata keçirilir. 
Beləliklə, qeyd olunan “İmmiqrant azlıqlar üzrə MKS indeksi”nin 
parametrlərinə uyğun olaraq ABŞ təcrübəsinə nəzər saldıqda görürük ki, aparılan 
multikulturalizm siyasətinin əsas hədəfi vahid amerikalı kimliyi yaratmaq 
idi. Bunu istər dil sahəsində aparılan siyasət, istərsə miqrantlara münasibətin 
müxtəlif ştatlarda fərqli təzahür etməsini göstərə bilərik. Hesab olunur ki, bu gün 
Amerika siyasi arenasında səsləndirilən millətçi ritorikalar, miqrantlara qarşı 
məhdudiyyətlərin artması və bu kimi digər məsələlər mədəniyyətlər arasında 
gərginliyə əsas səbəb aparılan uğursuz assimilyasiya siyasətinin nəticəsidir.
 


MULTİKULTURALİZMƏ GİRİŞ
374

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin