Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Böyük Britaniyada etnik-mədəni müxtəlifliyin



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə154/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   150   151   152   153   154   155   156   157   ...   175
1 Multikulturalizmə giriş 2019

10.4.4. Böyük Britaniyada etnik-mədəni müxtəlifliyin 
tənzimlənməsi
Etnik-mədəni müxtəlifliyin qorunmasını və inkişaf etdirilməsini nəzərdə 
tutan multikulturalizm siyasəti, bu siyasətin mahiyyəti və müxtəlif modelləri müasir 
dövrdə Avropa ölkələrində əsas müzakirə mövzularından birinə çevrilmişdir. Bu 
siyasət bəzi Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada etnik, dini və 
ya mədəni müxtəlifliklərin harmoniyası və birgəyaşayışın əsas təminatçısı kimi 
nəzərdən keçirilir və müxtəlif siyasi modellər vasitəsilə icra edilir. Digər tərəfdən 
isə, əsasən sağçı millətçi siyasi partiyalar tərəfindən immiqrasiya əleyhinə səslənən 
fikirlər nəticəsində multikulturalizm siyasətindən müəyyən qədər uzaqlaşma 
meydana gəlmişdir.
Böyük Britaniyada multikulturalizm, ilk növbədə, immiqrantların 
hüquqlarının təminatı ilə bağlıdır. Burada immiqrantların mədəni hüqüqlarının 
təmin edilməsi multikulturalizm siyasətinin əsas istiqamətidir. Kontinental Avropa 
multikulturalizmindən fərqli olaraq, Böyük Britaniya etnik-mədəni müxtəliflyin 
tənzimlənməsində xüsusi bir strateqiya mənimsəmişdir. Belə ki, bu inteqrasiya 
strategiyasının prioritetini etnik qruplar deyil, fərdlər təşkil edir. Bu siyasət, 
etnik müxtəlifliklər də daxil olmaqla, əsasən fərdi azadlıqların ifadə edilməsinə 
yönəlmişdir. Bu baxımdan etnik qruplara mənsub olan fərdlər özünəməxsus mədəni 
praktikalarını fərdi müstəvidə reallaşdıra bilirlər. Xüsusilə qeyd edilməlidir ki, 
Britaniya mədəniyyətinin mərkəzində xalqın çoxluğunun bölüşdüyü anqlo-sakson 
mədəniyyəti, həyat tərzi, dəyərləri, əxlaqi normaları mühüm yer turur. Buna görə 
də, “başqa” mədəniyyətə mənsub olanların hakim təbəqənin dəyərlərinə inteqrasiya 
etməsi arzuolunan hesab edilir. Burada ikili etnik və mədəni mənsubiyyət yalnız 
hakim dəyərlərin mənimsənilməsi kontekstində reallaşdırıla bilər. 
Məlumdur ki, Böyük Britaniya imperiyası müstəmləkə ölkələri idarə etdiyi 
dövrlərdə meydana gələn mədəni müxtləliflik siyasəti praktikasına malik olmuşdur. 
Yəni, mədəni müxtəlifliyin tənzimlənməsi Böyük Britaniya üçün yeni bir məsələ 
deyil. Buna baxmayraq, Böyük Britaniyanın mədəni müxtəlifliyə münasibəti 
Fransanın assimilyasiya siyasətindən fərqli olmuşdur. Bu imperiyanın hökmranlıq 
etdiyi ölkələrdə müxtəlif mədəniyyətlərin özünüidarə və mədəni kimliyini qoruma 
haqları təmin edilmişdir. 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
375
Böyük Britaniyada multikulturalizm istiqamətində ilk addımlar 1960-cı 
illərdə, müxtəlif irqlərin arasındakı münasibətləri tənzimləyən qanunların qəbul 
edildiyi dövrdə atılmışdır. 1976-cı ildə isə irqlər arasında tam bərabərliyin elan 
olunması qanunlarda öz əksini tapmışdır. Lakin bunu da qeyd etmək lazımdır ki, 
Böyük Britaniya pozitiv diskriminasiya mövzusunda ABŞ-dan fərqli yol keçmişdir. 
Belə ki, burada etnik-mədəni azlıqlara (məs., ABŞ-da Amiş icmasına verildiyi 
kimi
6
) xüsusi imtiyazlar verilməmişdir. Böyük Britaniyada etnik azlıqların mədəni 
kimliklərin ifadəsi dözümlülük prinsipinə söykənən “çoxmədəniyyətli cəmiyyət” 
konsepsiyası çərçivəsidə təmin edilir. Bu siyasət bir çox özünəməxsus etnik-
mədəni adət-ənənələri (müsəlman qızların hicab bağlaması, Siqh dinində ənənəvi 
papaqların qoyulması və s.) qanunda nəzərdə tutulan xüsusi istisnalar olaraq həyata 
keçirilir.
Çoxetniklik haqlarının (polyethnic rights) təminatı adlanan bu siyasət 
immiqrantların təşkil etdiyi etnik-mədəni və dini azlıqların xüsusi kimliklərini ifadə 
etməkdə təzahür edir. Bu siyasətin bəzi nümunələrinə aşağıdakıları misal çəkmək 
olar. Böyük Britaniyada müsəlmanlar və yəhudilər üçün heyvanların kəsilməsini 
qadağan edən qanunlarda istisnaların nəzərdə tutulması və bu qanunların onlara 
şamil edilməməsi çoxetniklik haqlarına misal göstərilə bilər. Belə ki, dini və etiqad 
azadlığının təmin edilməsi məqsədi ilə müsəlman və yəhudilər üçün qanunda 
xüsusi güzəştlər tətbiq edilir və onlar dini bayramlarında qurban ayinlərini 
yerinə yetirə bilir. Bu nümunələr arasında, həmçinin müsəlman qadınlara dövlət 
qulluğunda olarkən nizamnamədə nəzərdə tutulan geyim formasında güzəşt 
və istisnaların tətbiq edilməsini; Siqh dininə mənsub olanlar üçün yol hərəkəti 
qaydalarında ənənəvi geyimlərlə bağlı müəyyən güzəştlərin tanınmasını qeyd 
etmək mümkündür.
Böyük Britaniyada etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin digər 
subyekti də dövlət məktəbləridir. Belə ki, istər tədris proqramının mədəni 
müxtəlifliyi kifayət qədər əks etdirməsi, istərsə də məktəb müəllimlərinin 
etnik-mədəni müxtəlifliyə həssaslığını nəzərdə tutan təhsil islahatları həyata 
6 Amişlər – qatı mühafizəkarlığı ilə seçilən protestant hərəkatın ardıcıllarıdır. 1693-cü ildə Avropada meydana 
gələn, daha sonra isə Şimali Amerikada yayılan hərəkatın banisi Yakob Amman sayılır. Hazırda amişlərin əksər 
hissəsi ABŞ və Kanadada qapalı icmalar halında yaşayırlar. ABŞ-da onlar Pensilvaniya ştatının Lankaster 
mahalında yaşayırlar. Əsrlər keçməsinə baxmayaraq öz adət-ənənələrini və ənənəvi geyimlərini saxlamaqda davam 
edən amişlər zorakılığın istənilən formasını rədd edir və əski alman dilində danışırlar. Amişlər müasir texnikadan 
istifadə etmir. Məsələn, onlar elektrikdən istifadə etmədikləri üçün nə televiziyaya baxır, nə də radioya qulaq asırlar.


MULTİKULTURALİZMƏ GİRİŞ
376
keçirilmişdir. Beləliklə, bütün bunları nəzərə alaraq söyləmək mümkündür 
ki, Böyük Britaniyada ictimai və siyasi müstəvidə çoxmədəniyyətli cəmiyyət 
konsepsiyası inkişaf etmiş və pozitiv diskriminasiya praktikaları yayılmağa 
başlamışdır. Bu siyasətin səciyyəvi cəhəti ondan ibarətdir ki, burada etnik-
mədəni azlıqlar dövlət tərəfindən rəsmi olaraq tanınmasa da, hər bir vətəndaş 
fərdi müstəvidə etnik-mədəni müxtəliflikliyi, dini ənənələrini ifadə etmə 
hüquqlarına malikdir.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin