Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Fransada etnik-mədəni müxtəlifliyin tənzimlənməsi



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə155/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   151   152   153   154   155   156   157   158   ...   175
1 Multikulturalizmə giriş 2019

10.4.5. Fransada etnik-mədəni müxtəlifliyin tənzimlənməsi
Fransada etnik-mədəni müxtəlifliyin azad ifadə edilməsi və tanınması 
ətrafındakı müzakirələr 1980-ci illərdə başlamışdır. Həmin vaxt Avropadakı 
millətlərarası inteqrasiya və immiqrasiya problemlərinin həlli istiqamətində 
Fransa siyasi dairələrində müxtəlif nəzəriyyələrin irəli sürülməsi bu mövzularda 
dərin fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur.
Fransa dövləti dini və etnik rəngarənglik baxımından diqqəti cəlb edən, 
Avropada ən çox immiqrant qəbul edən ölkələrdən biridir. Xüsusilə, XX 
əsrdə buraya Əlcəzair və Mərakeşdən böyük miqrasiya axınları baş vermişdir. 
Məsələn, 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi hesabata 
əsasən, ölkədə təxminən 5-6 milyon müsəlman (ümumi əhalinin təxminən 
8%-i və ya 10%-i) yaşayırdı. Miqrantların mövcud ictimai-siyasi quruluşa 
inteqrasiyasını nəzərdə tutan və getdikçə multikulturalizmdən uzaqlaşan fransız 
modeli, əsasən assimilyasiya strategiyasını icra etməyə çalışmışdır. Belə ki, bu 
model immiqrasiya ilə formalaşan etnik-dini birliklərin qarşılaşdığı problemləri 
fransız mədəniyyətinə inteqrasiya etməklə həll etməyi nəzərdə tuturdu. Başqa 
sözlə desək, etnik birliklərə mənsub olanları hakim mədəniyyətinə inteqrasiya 
etdirərək bərabərhüquqlu fransız vətəndaşına çevirmək bu siyasətin prioritet 
istiqamətidir. 
Yuxarıda qeyd olunanlardan aydın olur ki, Fransada etnik-mədəni 
müxtəlifliyin tənzimlənmə modeli mədəni müxtəlifliyin birlikdə varlığını 
qoruyub saxlayan və bu müxtəliflikləri inkişaf etdirən multikulturalizmdən 
fərqlidir. Fransada respublikaçı dünyəvi ideologiyanın hələ də əhəmiyyətini 
qoruduğunu söyləmək mümkündür. Bu ideologiyaya görə, Fransa cəmiyyətinin 
hər bir üzvü etnik mənşəyindən asılı olmayaraq, bərabərhüquqlu və azad fransız 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
377
vətəndaşıdır. İctimai rəy soruğuları onu göstərmişdir ki, Fransa cəmiyyəti açıq 
şəkildə özünü multikultural cəmiyyət kimi görmür. Bunun da ən böyük səbəbi 
respublikaçı ideologiyanın reallaşdırılması və millət-dövlət siyasi quruluşudur. 
Fransa millət-dövlət modeli, bərabər (təktipli) fransız vətəndaşı ideyası üzərində 
qurulmuşdur. 
Fransada etnik-mədəni müxtəlifliyin tanınması düşüncəsi respublika 
vətəndaşlığının universal və hürriyətçi olması, eləcə də dövlətin dünyəvilik 
(
laicite
) prinsipi ilə ziddiyyət təşkil edir. Dövlət və dinin ayrılığını nəzərdə 
tutan və respublikaçılığın əsas prinsiplərindən biri olan dünyəvilik haqqında 
qanun Fransada 1905-ci ildə qəbul edilmişdir. Bu qanun vətəndaşların dini 
etiqad azadlıqlarını təmin etməklə yanaşı, ölkədə hər hansı bir dini cərəyana 
rəsmi status verilməsini və ya xüsusi dini kimliklərin rəsmi olaraq tanınmasını 
məhdudlaşdırır. Buna baxmayaraq, 1990-cı illərdə Fransada etnik-mədəni 
müxtəlifliyin tənzimlənməsinin özünəməxsus modelinin yaradılması təklifləri 
irəli sürülmüşdür. Bu dövrdə Fransa siyasi düşüncəsində respublikaçı 
ideologiyanın assimilyasiya və ya milli inteqrasiya istiqamətində davam 
etdirilməsinin mümkünlüyü və respublikaçılığın mədəni müxtəliflik əsasında 
formalaşmış sosial demokratiya ilə yer dəyişdirməsinin doğru olub-olmaması 
kimi məsələlər ciddi müzakirə edilmişdir. Bunu da qeyd etmək lazımdır ki, Fransa 
dövləti üçün mədəni müxtəlifliyin tənzimlənməsi yeni bir məsələ deyildir. Belə 
ki, Fransa Şimali Afrikada hökmranlıq etdiyi müstəmləkələrində mədəni və irq 
müxtəlifliyinə söykənən siyasət təcrübəsinə malik olmuşdur.
1980-ci illərdən etibarən keçmiş müstəmləkələrdən Fransaya miqrantların 
axını prosesi mədəni müxtəlifliyin tənzimlənməsi üçün yeni çağırışlar 
yaratmışdır. Bu problemin həlli istiqamətində 1993-cü ildə Tarif və Ticarət üzrə 
Baş Sazişdə (GATT) Fransa tərəfindən xüsusi bir strategiya irəli sürülmüşdür. 
Bu siyasi strategiya mədəni müxtəlifliyin istisna təşkil etdiyi ideyasından çıxış 
edərək (cultural exception) etnik-mədəni müxtəlifliyin qorunmasını nəzərdə 
tuturdu. Lakin bu siyasət özünü doğrulda bilməmişdir. Fransada müasir dövrdə 
“regional pozitiv diskriminasiya” (ZUS) siyasəti müxtəlif yerlərdə zəif və az 
təmsil olunmuş sosial qrupların önə çəkilməsini nəzərdə tutur. Bu siyasət bir 
çoxları tərəfindən respublikaçılıqdan uzaqlaşma və multikulturalist siyasətə 
doğru atılan yeni bir addım kimi qiymətləndirilmişdir. 
Başqa yanaşmalara görə isə, Fransa dövləti heç vaxt tam multikulturalizm 


MULTİKULTURALİZMƏ GİRİŞ
378
siyasətini həyata keçirməmişdir. Çünki respublikaçı-milli inteqrasiya modeli və 
dövlət təhsil müəssisələrində tətbiq olunan dünyəvilik prinsipi dövlətin rəsmi 
siyasətinin istiqamətini müəyyənləşdirən əsas amillər kimi çıxış edir. Bu siyasət 
özəl kimliklərin tanınması və ya inkişafına deyil, ictimai sferanın bərabərliyi və 
bitərəfliyini təmin etməyə yönəlmişdir. Məsələn, Fransada dövlət məktəblərində 
dini simvolların daşınmasının qadağan edilməsi və ictimai sferada xüsusi mədəni 
kimliklərin tanınması tələblərinin qəbul edilməməsi milli inteqrasiya modelinin 
və dövlətin dünyəvilik siyasətinin tərkib hissəsini təşkil edir.
Beləliklə də bir çox Avropa ölkəsində olduğu kimi, Fransada da milli və 
dini azlıqların, eləcə də miqrantların gündən-günə çoxaldığı bir dövrdə etnik-
milli müxtəlifliyin tənzimlənməsi məsələsində mövcud tendensiya, təəssüflə 
qeyd edilməlidir ki, multikulturalizmdən uzaqlaşma istiqamətində inkişaf edir.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin