MULTİKULTURALİZMƏ GİRİŞ
384
qiymətləndirilməsi və yeni siyasətin hazırlanması üçün hökumət yenə Dövlət
siyasəti üzrə Elmi Şuraya müraciət etdi.
Şuranın 1989-cu ildə hazırladığı Allochtenenbeleid (İmmiqrant siyasəti)
adlı sənəddə göstərilirdi ki, hökumət birinci sənədin həyata keçirilməsi zamanı
multikulturalizmin tətbiqinə daha çox yer vermiş, immiqrantların geniş mənada
cəmiyyətdə iştirakının və sosio-iqtisadi inkişafının təmin edilməsi ilə arxa plana
keçmişdir. Şuranın qənaətinə görə, azlıqlar siyasətinin davam etdirilməsi etnik
azlıqları dövlətdən asılı vəziyyətə salmaqla onları daha da marginallaşdıracaq.
Alternativ olaraq təklif edilirdi ki, dövlət diqqətini daha çox təhsil, məşğulluq və
Holland dili kurslarının tədrisi siyasətinə yönəltsin.
Hökumət bu sənədi qəbul etməkdə maraqlı görünməsə də, sənəd ciddi
elmi və siyasi müzakirələrə səbəb oldu. Elmi müzakirələrin mahiyyətində
miqrantların ana dilində təhsil almalarının onların cəmiyyətə inteqrasiyasına
mane olması dayanırdı. Siyasi debatları isə Hollandiyanın o dövrdəki parlament
Dostları ilə paylaş: