MULTİKULTURALİZMƏ GİRİŞ
390
retsklar). İşğallar, fəal müstəmləkələşmə və yerli əhalinin assimilyasiya
siyasəti nəticəsində romalılar Roma imperiyasının Avropa hissəsinin əsas
əhalisinə çevrildilər. İtaliya əyalətinin romalı əhalisi müasir italyan millətinin
formalaşmasında əsas təməl oldu.
Bu gün İtaliyada etnik qrup – köklü italyanlardır. İtaliyadakı milli
azlıqlar uzun əsrlərdən bəri müəyyən ərazidə kompakt yaşayan qruplardır.
Məsələn, Friuli-Venesiya-Culiya bölgəsində friullar, Trentino-Alto-Adice
bölgəsində onlara dil baxımından qohum olan, elə həmin ərazidə yuxarı alman
dialektlərindən birində danışan iki yüz mindən çox ladin yaşayır. Ölkənin şimal-
qərbində, Pyemontda franko-provonsalların (4,5 min) məskunlaşdığı qruplar,
keçmiş Yuqoslaviya ölkələri ilə sərhəddə sloveniyalılar və xorvatların yaşadığı
kiçik rayonlar var. İtaliyanın cənub-şərqində, Moliza bölgəsində başqa bir
kiçik xorvat qrupu (4, 5 min) da mövcuddur. Cənubi İtaliya və Sicilya adasında
albanların koloniyaları yerləşir (təxminən 80 min). Cənubi İtaliyada həmçinin
yunanlar (30 min), Sardiniyanın şimal-qərbində (Alqyero şəhərində) katalonlar
(15 min) yaşayırlar. San –Marinonun da əhalisini italyanlar təşkil edir (15 min).
Milli azlıqlara gəldikdə, mədəniyyətlərinin, dillərinin və adət-ənənələrinin
qorunması və inkişafı üçün onlara əlavə hüquqlar da verilmişdir. Konstitusiyanın
əsas prinsipi belədir:
«Bütün vətəndaşlar eyni hüquqlara malikdirlər. Gender,
irq, dil, din, siyasi inanclar, şəxsi və ya sosial status fərqi qoyulmadan onlar
qanun qarşısında bərabərdirlər».
Məsələn, İtaliya Respublikası Konstitusiyası
dil azlıqlarının hüquqlarını qoruyan az sayda Avropa dövlətlərindən biridir.
Konstitusiyanın 6-cı maddəsi (
«Müvafiq normalar vasitəsilə Respublika dil
azlıqlarını hüquqlarını qoruyur”
) xüsusi statuslu italyan bölgələrində tətbiq
edilir. Qanun həmçinin digər dil azlıqlarının (albanlar, katalonlar, yunanlar,
almanlar, slovenlər, xorvatlar, fransız dilindən istifadə edən franko-provonsallar,
friullar, ladinlər, oksitanlar, sardlar) da mövcudluğunu qəbul edir.
Qanunda bu azlıqların dillərinin tədrisi üçün məktəblərdə xüsusi
proqramlar da nəzərdə tutulmuşdur. Məsələn, Bolzano əyalətində alman dilinin
tədrisini anadilli müəllimlər həyata keçirirlər. Ladi dilində də məktəblər vardır.
Konstitusiyada həmçinin etnokonfessial xarakterli məsələlər də öz əksini
tapmışdır:
“Dövlət və Katolik kilsəsi özlərinə aid olan sahələrdə müstəqil və
suverendirlər. Onların münasibətləri Lateran müqaviləsinə əsasən tənzimlənir.
Dostları ilə paylaş: