MULTİKULTURALİZMƏ GİRİŞ
400
18.
Niyə semit xalqlarına yəhudilərlə yanaşı ərəblər, assuriyalılar, aramilər və
digər xalqlar da aid olduqları halda, müasir dövrdə antisemitizm anlayışı
yalnız yəhudilərə qarşı ayrı-seçkiliyin və dözümsüzlüyün bir forması
hesab olunur?
19.
Əksər alimlərin fikrincə, yəhudilərə qarşı ilk kütləvi qırğın hansı şəhərdə
baş vermişdir?
20.
Orta əsrlərdə Avropada sadə və kasıb əhalinin yəhudilərə qarşı nifrəti
nədən qaynaqlanırdı?
21.
XVI əsrdən başlayaraq bir çox Avropa dövlətlərində yəhudilərin məcburi
şəkildə məskunlaşdırıldığı və təcridetmə zonasına
çevrildiyi xüsusi
məhəllələr necə adlanırdı?
22.
Çar Rusiyasında “Oturaqlıq hüdudları”nın yaradılma məqsədi nədir?
23.
“Qanlı iftiralar” nədir? Bu haqda danışın və misallar göstərin.
24.
Birinci dünya müharibəsindən sonra Almaniyada antisemitizmin tüğyan
etməsinin səbəbi nə idi?
25.
“Holokost” sözünün bir soyqırım aktı kimi tərifini verin.
26.
Müasir dövrdə Ermənistanda antisemitizmin geniş vüsət almasına dair
misallar göstərin.
27.
Kanada hökuməti tərəfindən aparılan multikulturalizm siyasətinin əsas
məqsədi nədir?
28.
Multikulturalizm siyasəti çərçivəsində Kanada hökuməti hansı təşəbbüsləri
irəli sürmüşdür?
29.
Kanada hökumətinin bu ölkədə multikulturalizm siyasətinin inkişafına
yönəlmiş “cəmiyyətin bütün sahələrində iştirak etmək üçün burada
yaşayan bütün xalqların nümayəndələrinə
mədəni baryerləri aşmaqda
yardım göstərmək” təşəbbüsünü necə başa düşürsünüz?
30.
1980-ci illərdə Kanadada meydana gələn bərabərlik multikulturalizmi
dövrünün əsas xüsusiyyətləri nədən ibarətdir?
31.
Kanada multikulturalizminin 1990-cı illərdə başlanan yeni dövrünün əsas
xüsusiyyətləri nədən ibarətdir?
32.
Kanada hökumətinin 2008-ci ildə qəbul etdiyi “İcmaların Tarixi
Tanınması” adlı proqramın məqsədi nədən ibarətdir?
33.
Ağ Avstraliya siyasəti nədir?
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
401
34.
Avstraliyada aparılan multikulturalizm siyasətinin
əsas istiqamətləri
hansılardır?
35.
Avstraliyada yaşayan miqrantlar hansı ölkələrdən bura köçmüşlər?
36.
Hansı faktorlar Avstraliyanın multikultural mühitini zənginləşdirir?
37.
Avstraliyada multikulturalizm siyasəti konsepsiyasının prinsipləri nədən
ibarətdir?
38.
Avstraliyada qəbul olunmuş “Harmoniyada Yaşamaq” adlı proqramın
əsas məqsədi nədən ibarətdir?
39.
Avstraliyada yaradılmış “İmmiqrasiya və Sərhəd Mühafizə” departa
-
mentinin funksiyaları nədən ibarətdir?
40.
2016-cı ildə Avstraliyada təsis olunmuş “Sosial Birlik, Harmoniya və
Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planı”nın əsas məqsədi nədir?
41.
2010-cu ildə Avstraliyada qəbul olunmuş “Müxtəliflik
və Sosial Birlik
Proqramı”nın əsas məqsədi nədir?
42.
Hansı fakta əsasən, müasir dövdə ABŞ dünyanın ən çoxmədəniyyətli
ölkələrindən biri hesab olunur?
43.
ABŞ-da yaşayan xalqlar neçə qrupa bölünür? Onlar hansılardır?
44.
Niyə bəzi analitiklər ABŞ-ı “Protestant xalq” və ya “Protestanlıq prinsipləri
ilə qurulan dövlət” adlandırırlar?
45.
ABŞ-da tətbiq olunan “əridən qazan” yanaşması
üzərində qurulan
siyasətin əsas məqsədi nədir?
46.
ABŞ-ın multikulturalizm siyasətinin əsas hədəfi nədir?
47.
Müasir dövrdə Avropa multikulturalizm siyasətinin dinamikasını təşkil
edən amillər hansılardır?
48.
Böyük Britaniyada etnik-mədəni müxtəlifliyin təmin edilməsi
konsepsiyasının əsas elementləri nədir?
49.
Böyük Britaniya multikulturalizm siyasətini Avropa multikulturalizmindən
fərqləndirən cəhətləri təhlil edin.
50.
Fransada etnik-mədəni müxtəlifliyin tənzimlənməsi konsepsiyasının əsas
dinamikası nədən ibarətdir?
51.
Fransanın respublikaçı ideologiyası ilə multikulturalizm arasındakı
münasibətləri şərh edin.
52.
Fransada multikulturalizm siyasəti və dünyəvilik prinsipi arasındakı
MULTİKULTURALİZMƏ GİRİŞ
402
ziddiyətlər nədən ibarətdir?
53.
Avropada multikulturalizm siyasətinin iflasa uğramasının əsas səbəblərini
izah edin.
54.
Almaniyada etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin əsasında niyə
immiqrantlar dayanır?
55.
Almaniyada yerli milli azlıqlar qrupuna hansı xalqlar daxildir?
56.
Almaniyada hansı dinlərin nümayəndələri yaşayır?
57.
Almaniyanın Daxili İşlər, İnşaat və İcma üzrə
Federal Nazirliyi milli
azlıqların hansı xüsusiyyətlərini qeyd edir?
58.
Almanyanın kansleri Angela Merkel multikulturalizmin bu ölkədə if
-
lasının səbəbini nədə görür?
59.
Müasir dövrdə Almaniyanın ictimai rəyində müsəlmanlara münasibət
necədir?
60.
Hollandiyada miqrantlar üçün əlverişli şəraitin olması nə ilə izah olunur?
61.
Azlıqlara dair siyasət sənədinin (
Dostları ilə paylaş: