MULTİKULTURALİZMƏ GİRİŞ
414
xalqının qonaqpərvərliyi, başqa xalqların, etnik qrupların, dini icmaların
nümayəndələrinə tolerant münasibəti onun milli xüsusiyyətlərindəndir.
Yuxarıda qeyd olunduğu kimi, tarixin bütün mərhələlərində Azərbaycan
ərazisində məskunlaşmış milli azlıqlar etnik, dini, irqi mənsubiyyətlərinə,
etnik-mədəni dəyərlərinə görə ölkənin avtoxton əhalisi olan Azərbaycan
türkləri tərəfindən təqib olunmamış və ayrı-seçkiliyə məruz qalmamışdır. Bu,
multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olmasından xəbər verir.
Multikulturalizmin xalqın həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək
mərhələsini təşkil edir.
Azərbaycanda digər ölkələrdə olduğu kimi bir sosial hadisə kimi meydana
gələn multikulturalizm özünün sonrakı inkişaf mərhələrində dövlət siyasəti
müstəvisinə yerləşdirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası
multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bu
Dostları ilə paylaş: