“Bakı prosesi”
– mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini
nəzərdə tutan bir təşəbbüsdür. “Bakı prosesi” təşəbbüsünü ilk dəfə Azərbaycan
Prezidenti İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona
qonşu regionların mədəniyyət nazirlərinin
“Mədəniyyətlərarası dialoq Avropa
və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır
” mövzusunda
keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam
ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə
48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət
təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq
“Mədəniyyətlərarası dialoqun
təşviqinə dair Bakı Bəyannaməsi”
qəbul edildi. Bununla sivilizasiyalar arasında
dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam
etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq
naminə” layihəsinin əsası qoyuldu.
“Bakı prosesi”nin əsas aktorları Azərbaycan Respublikası hökuməti,
UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının
Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatıdır.
“Bakı prosesi”nin məqsədləri aşağıdakılardır:
1. Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı;
2. Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf
etdirilməsi;
3. Xalqlar arasında olan dini və mədəni gərginliyin azadılması məqsədilə
11
Azərbaycan Respublikasının “Bakı Prosesi” çərçivəsində mədəniyyətləarası dialoqa yüksək önəm verməsinin
daha bir bariz nümunəsi kimi 2019-cu il 30 iyun - 10 iyul tarixlərində Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin
43-cü sessiyasına ev sahibliyi etməsini göstərmək olar. Dünya mədəni irsi ilə bağlı məsələlərin müzakirə edildiyi
və dünyanın 180-dən artıq ölkəsindən 2500 nəfərdən artıq nümayəndənin qatıldığı 43-cü sessiyada Ümumdünya
Mədəni İrs Siyahısına salınması üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl (onlardan 28-i
mədəni, 6-sı təbiət, 2-si qarışıq abidələr olmaqla) nəzərdən keçirilmişdir. İrs Komitəsinin 43-cü sessiyasında
təqdim olunmuş 36 abidədən çoxu UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmışdır. Siyahıya salınan adidələr
sırasında Şəkinin Xan Sarayı ilə birgə onun tarixi mərkəzi də vardır.
MULTİKULTURALİZMƏ GİRİŞ
422
barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə mədəniyyətlər arasında
hörmət və qarşılıqlı anlaşmanın qurulması;
4. Mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən
etməklə, onların potensialının mədəniyyətlərarası dialoqun və əməkdaşlığın
həyata keçirilməsində daha səmərəli istifadəsi;
5. Mədəni və bədii fəaliyyətlərin dəstəkləməsi; qarşılıqlı anlaşma və
dialoqun qurulması prosesində yaradıcılıq və incəsənət adamların təkan verici
qüvvə kimi tanınması;
6. Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə, səlahiyyətli
beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.
“Bakı prosesi” əvvəlcə regional təşəbbüs kimi yaranmışdır. 2010-cu ildə
BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsini elan etdi. Bu hadisə “Bakı prosesi”nin
regional
təşəbbüsdən qlobal hərəkata çevrilməsinə
səbəb oldu.
Azərbaycan Respublikası tərəfindən irəli sürülən “Bakı prosesi”
təşəbbüsünü BMT-nin Baş Katibi Antonio Quterreş yüksək qiymətləndirərək
onu 2008-ci ildən bəri bütün dünyada mədəniyyətlər arasında dialoqun
təşviq olunmasındə mühüm rol oynadığını qeyd etmişdir. Bundan başqa
Avropa Şurası Baş Katibinin müavini xanım Qabriella Battaini Draqoni “Bakı
prosesi”nin əhəmiyyəti haqqında aşağıdakıları söyləmişdir:
“Bəli, 2008-ci ildə
bu, bir xəyal idisə, indi “Bakı prosesi” bir reallığa çevrilib. “Bakı prosesi” və
mədəniyyətlərarası dialoq forumları bizlərə çox mükəmməl bir fürsət yaratmışdır
ki, bir yerə toplaşıb dünyamızı narahat edən məsələləri müzakirə edək... Cənab
Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutaraq
xahiş edirəm ki, “Bakı prosesi”nin mə
şə
lini heç zaman sönməyə qoymayaq.
Çünki indi dünyanın sülhə, harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı var”.
Beləliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa
dövlətlərinin başçıları bu siyasətin ölkələrində iflasa uğradığını bəyan etdikləri
bir dövrdə Azərbaycanda multikulturalizm siyasəti cəmiyyətdəki etnik-mədəni
müxtəlifliyin tənzimlənməsində ən mütərəqqi və optimal siyasət modeli kimi
çıxış edir.
423
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM
Dostları ilə paylaş: |