Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə18/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   175
1 Multikulturalizmə giriş 2019

Eksperiment
Eksperiment
(latın dilindən tərcümədə- təcrübə)
-
empirik tədqiqatın 
elə bir metodudur ki, o, bu və ya digər müddəanın həqiqiliyini yoxlamaq 
məqsədilə müşahidə situasiyası yaradaraq nəzarət və idarə olunan şəraitdə 
əşya və hadisələri tədqiq edir. Eksperiment müşahidə, ölçü və tədqiq olunan 
obyektlərə fiziki təsirdən ibarətdir. Müşahidədən fərqli olaraq eksperiment 
zamanı tədqiq edilən şərait əvvəlcədən mövcud olmur. O, xüsusi məqsədlə 
yaradılır. Digər empirik tədqiqat metodlarından fərqli olaraq eksperiment tədqiq 
olunan obyektin gedişatına müdaxilə etməyi nəzərdə tutur. Eksperiment zəruri 
şərtlərin yaradılmasına maneçilik törədən bütün təsirlərin və faktorların aradan 
götürülməsini, müvafiq texniki qurğularla müşahidənin və ölçünün aparılmasını 
ehtiva edir. Başqa sözlə desək, eksperiment obyekti dərk etmək məqsədilə 
həmin obyektə və ya onu əhatə edən mühitə bilavasitə fiziki təsiri nəzərdə tutan 
dərketmə metodudur.
Elmi idrakın tədqiqat metodu olan eksperimentin əsas xüsusiyyəti ondadır 
ki, burada məqsədyönlü şəkildə süni situasiya yaradılır. Belə bir situasiyanın 
yaradılmasında zərurət isə obyektin daha dərindən öyrənilməsidir. Tədqiqatçı 
məqsədyönlü şəkildə yaratdığı situasiyaya müdaxilə edərək faktorlarla 
manipulyasiya edir və tədqiq olunan obyektin davranışında baş verən müvafiq 
dəyişiklikləri qeydə alır. 
Eksperiment elmi idrakın metodları arasında aparıcı rol oynayır və bir çox 
hallarda elmi biliyin həqiqiliyinin meyarı funksiyasını yerinə yetirir. Eksperiment 
vasitəsilə biliyin həqiqi olub-olmaması müəyyən edilir. Onun bu rolu özünü 
xüsusilə təbiət elmlərində göstərir. Lakin eksperimentin sözügedən funksiyası 
ictimai elmlərdə, o cümlədən “Multikulturalizmə giriş” fənnində də öz ifadəsini 
tapır. İctimai elmlər sahəsində müxtəlif eksperimentlər vasitəsilə cəmiyyətdəki 
hadisələr arasında səbəb-nəticə əlaqələri müəyyən edilir və yaxud tədqiq olunan 
hadisələrə müəyyən əlamətin xas olub-olmaması yoxlanılır. Məsələn, konkret 
bir ölkədə etnik və dini ayrı-seçkiliyin olub-olmamasını yoxlamaq məqsədilə bir 
eksperiment keçirtmək olar. Eksperiment zamanı respondentlər üçün nəzarət və 


MULTİKULTURALİZMƏ GİRİŞ
28
idarə olunan müşahidə situasiyası yaradaraq onlara müəyyən suallar verməklə, 
qarşılarına müəyyən praktik seçim etmək məsələsini qoymaqla qeyd olunan 
müddəanın həqiqiliyini eksperimental yolla sübuta yetirmək mümkündür.
İnduksiya 
İnduksiya (latın dilindən tərcümədə- yönəltmək) - bir tədqiqat metodu 
kimi biliyin konkret faktlardan ümumi müddəalara doğru hərəkətini ifadə edir. 
İnduktiv metod vasitəsilə konkret faktlar toplanır və ümumiləşdirilir. Nəticədə 
ümumiləşdirilmiş yeni bilik alınır. 
İnduksiya - məqsədi biliyin fərdi hökmdən ümumi hökmə doğru hərəkətini 
təhlil etməkdən ibarət olan tədqiqat metodu olmaqla yanaşı müəyyən məntiqi 
forma kimi də çıxış edir. O, düşünülən məzmunun elə bir sabit əlaqəsidir ki, 
orada fikir xüsusi məddəalardan ümumi müddəalara tərəf yönəlmişdir. Aristotel 
əqli nəticənin bir forması kimi induksiyanın böyük idraki əhəmiyyətini qeyd 
etmişdir. Aristotelin fikrincə, induksiyanın müşahidə və eksperimentlə sıx bağlı 
olması, induktiv ümumiləşdirmənin yoxlanılması onu deduktiv əqli nəticə ilə 
müqayisədə daha sadə və geniş istifadə olunan edir.
İnduktiv metod “Multikulturalizmə giriş” fənnində çox istifadə olunan 
metodlardan biridir. Fənnin bir çox nəzəri müddəaları induktiv metodla alınmışdır. 
Məsələn, cəmiyyətdə dini ekstremizmin yayılmasında savadsızlığın böyük rol 
oynaması müddəası induktiv yolla əldə olunan faktların ümumiləşdirilməsdir.
Ümumi biliyin əldə edilməsində bütün faktlar istifadə olunursa, induksiya 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin