1.4. ”Multikulturalizmə giriş” fənninin əhəmiyyəti
Yeni tədris fənnini öyrənməyə başlayarkən qarşıya çıxan əsas
məsələlərdən biri fənnin əhəmiyyətinin müəyyən edilməsidir. İnformasiya
bolluğu şəraitində çoxlu sayda təklif olunan fənlər arasında düzgün seçimin
edilməsi, daha vacib olan fənlərin öyrənilməsi praktiki cəhətdən önəmlidir.
Fənnin əhəmiyyətini müəyyən etməklə onun öyrənilməsinin nə dərəcədə vacib
olduğunu göstərmək olar.
Hər bir fənnin, elmin əhəmiyyəti onun funksiyalarından irəli gəlir.
Bunu nəzərə alaraq ”Multikulturalizmə giriş” fənninin əhəmiyyətini onun
funksiyalarını göstərməklə müəyyən edək.
”Multikulturalizmə giriş” fənninin beş əsas funksiyası vardır: nəzəri-
idraki, praktiki, siyasi-ideoloji, proqnozlaşdırıcı və mənəvi-tərbiyəvi.
Nəzəri-idraki funksiya
Yuxarıda ”Multikulturalizmə giriş” fənninin fəlsəfə, tarix, sosiologiya,
kulturologiya, hüquq, politologiya ilə münasibəti təhlil olunarkən onun qeyd
olunan ictimai fənlərin müddəalarına əsaslandığını göstərmişdik. Lakin bu, o
demək deyil ki, ”Multikulturalizmə giriş” fənni tədqiq etdiyi obyekt haqqında
heç bir yeni bilik, müddəa irəli sürmür. Qeyd olunduğu kimi, ”Multikulturalizmə
giriş” fənninin öz predmeti vardır. O, predmetinin öyrənilməsi çərçivəsində
nəzəri-idraki funksiyanı yerinə yetirir. Başqa sözlə desək, ”Multikulturalizmə
giriş” fənni öyrəndiyi obyekt haqqında, yəni çoxmədəniyyətlilik, etnik, irqi, dini
və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və
mədəni dəyərlər haqqında, onların qorunması yollarına dair yeni biliklərin əldə
edilməsinə kömək edir.
Praktiki funksiya
”Multikulturalizmə giriş” fənninin nəzəri-idraki funksiyasının nəticəsində
əldə olunan yeni biliklər, nəzəri müddəalar cəmiyyətdəki etnik, irqi, dini və
mədəni müxtəlifliklərin düzgün idarə olunması, tənzimlənməsi işində istifadə
olunur. Daha konkret desək, ”Multikulturalizmə giriş” fənni cəmiyyətdəki etnik,
37
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
irqi, dini və mədəni müxtəlifliklərin, bu müxtəlifliklərin əsasını təşkil edən etnik,
dini və mədəni dəyərlərin qorunmasının yollarına dair praktiki əhəmiyyət kəsb
edən tövsiyələr verir.
Siyasi-ideoloji funksiya
Birinci yarımfəsildə qeyd olunduğu kimi, sözün dar mənasında multikulturalizm
termini cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə
münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin
əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur.
Cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəliflikləri tənzimləmək məqsədilə
multikulturalizmi siyasət modeli kimi istifadə edən dövlətlər ona ideologiyanın
tərkib hissəsi kimi yanaşırlar. Məsələn, Azərbaycan Respublikası multikulturalizmi
dövlət siyasəti kmi istifadə edən dövlətlərdən biridir.
Proqnozlaşdırıcı funksiya
Müasir qloballaşma şəraitində xalqların etnik-mədəni dəyərlərini,
mədəniyyətlərini xarakterizə edən, onların dünyagörüşü və fəaliyyətlərinin
əsasını təşkil edən etnik, dini və mədəni müxtəlifliklərin hər bir xalqın həyatında
əhəmiyyətli rol oynadığını nəzərə alaraq cəmiyyətin sonrakı inkişafını müəyyən
dərəcədə bu müxtəlifliklərin vəziyyəti ilə proqnozlaşdırmaq mümkündür. Əgər
bu və ya digər çoxmədəniyyətli ölkədə etnik-mədəni müxtəliflik dövlət tərəfindən
düzgün təmzimlənirsə, həmin ölkənin inkişaf üçün potensialı var. Əks halda,
sözügüdən ölkədə etnik və/ və ya dini zəmində münaqişə təhlükəsi yarana bilər.
Mənəvi- tərbiyəvi funksiya
”Multikulturalizmə giriş” fənninin mənəvi-tərbiyəvi funksiyası ilk
növbədə bu fənnin predmetindən irəli gəlir. İkinci yarımfəsildə qeyd olunduğu
kimi, ”Multikulturalizmə giriş” fənni cəmiyyətdəki etnik, irqi, dini və mədəni
müxtəlifliklərin, bu müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni
dəyərlərin qorunması yollarını öyrədir. Müasir dövrdə bir çox ölkələrdə, hətta
inkişaf etmiş Qərb ölkələrində islamofobiyanın, antisemitizmin, ksenofobiyanın
MULTİKULTURALİZMƏ GİRİŞ
38
və ayrıseçkiliyin digər formalarının sürətlə yayıldığını, etnik və dini zəmində
qanlı toqquşmaların baş verdiyini nəzərə alaraq, cəmiyyətdəki etnik, irqi, dini
və mədəni müxtəlifliklərin qorunması yollarını öyrədən ”Multikulturalizmə
giriş” fənninin böyük mənəvi və tərbiyəvi əhəmiyyəti vardır. Bu fənnin tədrisi
öyrəncilər arasında tolerantlıq və multikulturalizm ideyalarını yayaraq onları
xalqlar arasında ayrıseçkiliyin bütün formalarına qarşı mübarizə ruhunda
tərbiyə edir.
Dostları ilə paylaş: |