1.5. Multikulturalizmə liberalizm yanaşması və onun
nümayəndələri
Multikulturalizm müxtəlif mədəni qrupların birlikdə yaşamasını və
etnik-mədəni müxtəlifliyin qorunmasını nəzərdə tutduğu halda, liberalizm
liberal-demokratik dəyərləri, fərdlərin hüquq və azadlıqlarına hörməti və
onların müdafiəsini ön plana çəkir. Multikulturalizmə liberalizm yanaşması
multikulturalizmi liberal demokratik prinsip və dəyərlər baxımından nəzərdən
keçirməyi tələb edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, o, bir tərəfdən
dözümlülüyə sadiqdir, digər tərəfdən isə mənəvi sahədə xüsusən də mədəni və
ya dini ənənələrə bağlı fərdi seçim azadlığına
rəğbət göstərir. Amma bu iki baxışı bir araya
gətirmək asan deyil. Ona görə də liberalizm
nümayəndələri arasında multikulturalizmlə
bağlı fikir ayrılıqları və ziddiyyətlər vardır.
Siyasi
nəzəriyyəçi
Vil
Kimlika
liberal
multikuturalizmin
ən
nüfuzlu
nümayəndələrindən biri hesab olunur və
multikulturalizmə müasir liberalizm nöqteyi-
nəzərindən yanaşır. Kimlikanın əsas diqqəti
azlıqda olan qruplarla ədalətli rəftar olunması
məsələsinə cəmləşir. O, azlıqda olan qrupları iki
kateqoriya üzrə təsnif edir:
mühacir (poli-etnik)
qrupları və milli (yerli)
qruplar.
Mühacir qrupları dedikdə, ölkəyə
sonradan köçmüş qruplar nəzərdən tutulur.
Vil Kimlika
39
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
Milli azlıqlar isə tarixən ölkədə yaşamış, özünün idarəetməsi olmuş və ya
dövlətin yaradılmasında iştirak etmiş qruplar nəzərdə tutulur. Kimlika bu iki
kateqoriyaya münasibətdə fərq qoyulması fikrini irəli sürür. Onun fikrincə, milli
azlıqlar mühacir qruplarına nisbətdə daha üstün hüquqlara malik olmalıdırlar,
çünki onlar dövlətin yaradılmasında müəyyən rol oynamışdılar. Mühacir
qruplar isə ölkəyə sonradan gəlmişlər. Bu, onların üzərinə mövcud olan dövlətin
qaydalarına uyğun yaşamaq kimi müəyyən bir öhdəlik qoymuşdur.
Kimlika qrupa xas olan üç kateqoriyadan ibarət hüquqlar müəyyən edir:
təmsilçilik, özünü idarəetmə və polietnik hüquqlar. Bu üç kateqoriya hüquqlar
onun irəli sürdüyü
“Multikultural Vətəndaşlıq”
anlayışını təşkil edir. Qrupa xas
olan hüquqlardan bəhs edərkən Kimlika
daxili məhdudiyyət və kənar müdafi
ə
konsepsiyaları arasındakı fərqi göstərir.
Daxili məhdudiyyət
(buna Pis Qrup
Hüquqları deyilir) dedikdə, qrup tərəfindən onun daxilindəki münasibətlərdə
məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. Burada qrupdaxili həmrəylik
naminə qrup üzvləri arasında ayrı-ayrı fərdlərin azadlığına məhdudiyyət qoyulur.
Kənar müdafiə
(buna Yaxşı Hüquq da deyilir) isə qruplar arasında münasibətlərdə
həssas və zəif qrupların (ilk növbədə milli azlıqların) digərlərinə münasibətdə
qorunmasını nəzərdə tutur. Kimlika bildirir ki, liberal prizmadan yanaşdıqda
kənar müdafiəyə haqq qazandırıla bilər, çünki onun məqsədi bərabərliyin təmin
olunmasıdır. Amma bu müdafiə ifrat dərəcədə aparılmamalı, eləcə də təqib
səviyyəsinə qalxmamalıdır.
Kənar müdafiəyə misal olaraq, Kanadanın Kvebek bölgəsini göstərmək
olar. Kvebekdə əksəriyyət təşkil edən fransızdilli əhalinin Kanadanın ölkədə
çoxluq təşkil edən ingilisdilli hissəsinə münasibətdə öz fransız irsini, adət-
ənənəsini və mədəni kimliyini qoruyub saxlamaq istəyi kənar müdafiə anlayışı
vasitəsilə təmin olunmuşdur. Eyni zamanda kənar müdafiə anlayışı vasitəsilə
Kvebekin özündə fransızdilli çoxluğa nisbətdə azlıqda olan, amma bölgədə ilk
olaraq məskunlaşmış İnuit və Amerindlərin öz dil və mədəniyyətlərini qorumaq
və inkişaf etdirmək hüquqları tanınır. Kimlika daxili məhdudiyyyətə haqq
qazandırmır, çünki daxili məhdudiyyət fərdin azadlığını məhdudlaşdırır. Daxili
məhdudiyyətə misal olaraq, qaraçıların öz uşaqlarını məktəbdən, təhsildən
ayırmasını göstərmək olar. Qaraçılar uşağının məktəbə getməsini onların həyat
tərzinə və “dəyərlərinə” zidd sayır və qaraçı icması daxilində həmrəyliyin
pozulmasına gətirib çıxara bilər.
MULTİKULTURALİZMƏ GİRİŞ
40
Digər bir misal isə odur ki, hər hansı bir dini icmaya mənsub şəxslərdən
biri həmin icmanın dəyərlərinə və ənənələrinə zidd olan həyat tərzi sürərsə
və ya davranarsa, icma həmin fərdə qarşı məhdudiyyət tətbiq edir. Məsələn,
Fransada ictimai yerlərə, o cümlədən məktəblərdə müsəlman qızların hicab
geyməsi qadağan olunduqdan sonra bəzi ailələrin öz qız övladlarını məktəbdən
uzaqlaşdırmasını qeyd etmək olar. Fransada hicab məsələsindən bəhs edərkən
belə bir maraqlı məqam ortaya çıxır ki, müsəlmanlara münasibətdə kənar
müdafiə anlayışı tətbiq edilmir və çoxluğun iradəsi azlığa, yəni müsəlmanlara
məcburən yeridilir.
Tanınmış politoloq, London iqtisad məktəbinin professoru Çandran
Kukatasın multikulturalizmə yanaşması klassik liberalizmə əsaslanır. Bununla
da o, müasir liberalizmə söykənən Kimlikadan fərqlənir. Klassik liberalizm
hökümətin rolunu azaldaraq əsas diqqəti fərdin azadlıqları üzərində cəmlədiyi
halda, müasir liberalizm ədalət və bərabərliyə nail olmaq istiqamətində tərəqqini
sürətləndirmək üçün hökumətdən istifadə olunmasını müdafiə edir. Klassik
liberalizmdən fərqli olaraq, müasir liberalizm dövlətin müdaxilə etməməsi
prinsipini cəmiyyətin əziyyət çəkdiyi məsələlərin əlacı kimi qəbul etmir. Klassik
liberalizm fərdi azadlığı dövlət üzərinə qoyulan məhdudiyyətlərin nəticəsi kimi
qavradığı halda, müasir liberalizm dövlət tərəfindən yeni hüquqlar yaradılması
məqsədini güdür. Klassik liberalizm fərqli mədəni azliqların mövcudluğuna
daha tolerant yanaşır, çünki liberal cəmiyyətdə mədəni azlıqların olması
tamamilə məqbuldur. Buna görə də, liberalizmin əsas vəzifəsi müxtəlif
dəyərlərin daşiyicilarının dinc və münaqişəsiz yanaşı yaşamasına imkan
verən yol axtarıb tapmaqdır. Belə axtarış zamanı ziddiyyətlər və çətinliklər
meydana çıxsa da, liberal yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki,
nəyin yaxşı və düzgün olması barədə ziddiyyətlər yarandıqda, məsələ
dominant fikrin digərlərinə yeridilməsi yolu ilə həll edilmir. Belə hallarda
ziddiyyət və ixtilaflara rəğmən dinc yanaşı yaşayışa səy göstərilir. Ona görə
də liberalizm cəmiyyətdə mədəni müxtəlifliyə rəğbətlə yanaşır və insanlar bu
cəmiyyətdə hansı mədəni dəyərlərə və meyarlara uyğun yaşamağı seçməkdə
azaddırlar. Amma bir önəmli şərt var ki, insanlar həmin azadlığı digər, fərqli
mədəniyyətli insanlara da tanımalıdırlar. Məhz bu şərt liberal doktrinanı ifadə
edir. Birinin azadlığı digərinin azadlığını məhdudlaşdırmamalıdır. Bu, Con
Stuart Millin irəli sürdüyü “Zərər vurma!” prinsipinə əsaslanır. Liberalizmin
41
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
və multikulturalizmin əsaslarını təşkil edən bu prinsip Con Mill tərəfindən
aydın surətdə belə ifadə olunur: “Bir insana digər bir insanın hərəkət
azadlığına müdaxilə etmək ixtiyarı yalnız və yalnız özünümüdafiə məqsədi
ilə verilə bilər. Hər hansı bir insan üzərində onun öz iradəsinin əleyhinə olaraq
güc yalnız və yalnız başqalarına zərər vurulmasının qarşısını almaq məqsədilə
haqlı olaraq tətbiq oluna bilər”. Başqa sözlə və qısa ifadə etsək, hər kəs istədiyi
hər şeyi edə bilər, bir şərtlə ki, başqalarının azadlığını məhdudlaşdırmasın və
ya hərəkətinə müdaxilə etməsin. Multikulturalizm kontekstində bu, o anlama
gəlir ki, insan həyatını istədiyi tərzdə, istədiyi dəyərə uyğun olaraq yaşaya
bilər, yəni insan mədəni, dini və s. baxımdan seçimlərində azaddır ki, bu da
klassik multikulturalizmin əsas prinsipidir. Liberal ehkama görə, bir insanın
və ya qrupun digərinin üzərinə öz iradə və ya istəyini məcburi yeritməsi
yolverilməzdir.
Beləliklə, klassik liberalizmdə bir
tərəfdən fərdiyyətçilik ön plandadır, digər
tərəfdən isə burada tolerantlıq zərurət kimi
özünü büruzə verir. Artıq yuxarıda qeyd
edildiyi kimi, müasir liberalizmdə qruplar və
qrup hüquqları ön plandadır və Vil Kimlikanın
irəli sürdüyü “kənar müdafiə” konsepsiyası
vasitəsilə həssas və zəif olan müxtəlif qrupların,
xüsusən də mill azlıqların başqalarına
münasibətdə qorunmasının və bərabərliyinin
təmin olunmasını nəzərdə tutur. Kimlika qrup
üzvü olan ayrı-ayrı fərdlərə qarşı tətbiq edilən
daxili məhdudiyyətlərə haqq qazandırmır,
amma bununla belə o, fərdləri ön plana da
çəkmir.
London İqtisad Məktəbinin professoru
Çandran Kukatas multikulturalizmin klassik və müasir liberal yanaşmalara
əsaslanan versiyalarını müvafiq olaraq “zəif multikulturalizm” və “güclü
multikulturalizm” kimi xarakterizə edir. O, özü “zəif multikulturalizm” tərəfdarı
kimi çıxış edir və Kimlikanın nəzəriyyəsini isə “güclü multikulturalizm”
hesab edir. Bu iki yanaşma arasındakı əsas fərq ondan ibarətdir ki, zəif
Dostları ilə paylaş: |