1.6. Multikulturalizmə kommunitarizm yanaşması
və onun nümayəndələri
Qədim və orta əsrlərdə ictimai kimlik ön planda idi. Həmin vaxt fərdi
kimlik anlayışı həddindən artıq zəif bir anlayış kimi qəbul olunurdu. Artıq XX
əsrdə müxtəlif mədəniyyətlərin dəyərli olduğu və mühafizə edilməsi haqqında
düşüncələr multikulturalizm müzakirələrinin liberal və kommunitarian
anlayışları ətrafında aparılmağa başlandı. Xüsusilə 1980-ci illərdən etibarən
liberal multikulturalizmin atomist fərdiyyətçi anlayışına ciddi tənqidlər
yönəldildi. Sırf fərdi azadlıqları önə çıxaran liberalizmin yetərsiz olacağı
düşüncəsi kommunitarianizmin daha geniş şəkildə yayılmasına təkan verdi.
Bu görüşə görə ilkin olaraq hər bir mədəniyyət orjinaldır və xüsusi mahiyyətə
malikdir. Kommunitarianlar fərdi dəyərlər qarşısında qrup və kollektiv dəyərləri
(community values) müdafiə edirlər.
Kommunitarian multikulturalizmin məşhur nümayəndələri olan Çarlz
Teylor, Maykl Uolzer, Alasdair Makintayr və başqaları liberalizmin insan təbiə
tini düzgün dəyərləndirmədiyini düşünürlər. Onlara görə, liberalizmin insanı
cəmiyyətdən təcrid olunmuş fərd kimi görməsi səhv fikirdir. Kanadalı məşhur
tədqiqatçı Çarlz Teylora görə, insanın kimliyi onun aid olduğu qrup daxilində
formalaşır. Teylor Jan Jak Russoya istinad edərək digər insanlar ilə olan
münasibətlərimizin dialoqa əsaslandığını və demokratik çərçivədə hər hansı bir
cəmiyyətdə fərdi kimliklərin ictimai dialoqlar nəticəsində yarandığını iddia edir.
Fərdi azadlıqlar üçün qrup təhlükəyə atıla bilməz və multikulturalizm siyasəti də
fərdlərdən daha çox kollektiv hüquqlara istiqamətlənməlidir. Bu mənada Çarlz
Teylor ortaya atdığı bu multikulturalizm modelini “tanınma siyasəti” (politics
of recognition) adlandırır. Teylor tanınma siyasəti ilə müxtəlif mədəniyyətlərin
siyasi müstəvidə tanınmasını və ədalətli bir şəkildə qəbul olunmasını vurğulayır.
Onun fikrincə, multikulturalizm siyasəti “hərkəsə mənsub spesifik olanı tanımaq
yoluyla” universal mənada hər kəsin bir kimliyi olduğu həqiqətinə hörmət etmək
deməkdir.
Bhixu Parex, Vil Kimlika və Çarlz Teylor kimi multikulturalizm
nəzəriyyəçilərinə görə, insanlar iki növ hörmət və ehtirama layiqdirlər:
1. Hər bir fərd cinsiyyəti, irqi və etnik kimliyindən asılı olmadan fərd
olaraq bərabərhüquqlu kimliyə malikdir;
47
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
2. Hər bir fərd daxilində yaşadığı qrupun
norma və dəyərlərinə qarşı hörmət və ehtiram
gözləyir.
Bu baxımdan insanlardan yalnız fərdi
azadlıqları ilə kifayətlənmələrini tələb etmək
düzgün deyil. Çünki fərdlər diskriminasiyaya
məruz qalarkən eyni zamanda etnik və ya
dini qrupa aid olduqları səbəbindən də bunu
yaşayırlar. Məhz kommunitarian baxış tərzinə
görə, fərdlər olaraq insan hüquqlarının
qorunması və fərdlərin mədəni ictimai sferalara
aid olması vacibdir. Bu səbəbdən də fərdi
etnik-mədəni mənsubiyyətindən ayrı düşünmək
mümkün deyildir. Bu mənada liberalizmin dəstəklədiyi fərdiyyətçilik və etnik
mənsubiyyətlərə skeptik yanaşma bütün qrupun yox olması ilə nəticələnə bilər.
Alasdair Makintayr “Əxlaqın ardınca” adlı əsərində etik qayda və
qanunların fərddən daha çox ictimai, toplu şüurda meydana gəldiyini vurğulayır.
Kommunitarian görüşə malik olan Makintayra görə, qrup və cəmiyyətdən
müstəqil şəkildə fərd özbaşına inkişaf edə bilməz. Bu mənada liberalizmin
səhvi onun dünyanı yanlış təsvir etməsində deyil, daha çox onun arzuolunmaz
dəyişikliklərə səbəb olmasında yatdığı iddia olunur.
Bu kontekstdə qeyd olunmalıdır ki, kollektiv hüquqularda fərdiyyətçiliyə
yer verilməklə birlikdə bu fərdlərə daha çox kollektiv və ya qrup kimliyinin və
məqsədinin daşıyıcıları olaraq baxılır. Qısaca olaraq fərd və qrup mübahisəsində
fərdiyyətçilər fərdin qrup və ya kollektivdən daha əvvəl gəldiyini iddia edirlər.
Qrup və ya kollektiv hüquqların ilkinliyinə inanlar isə hər bir fərdin bir qrup və ya
kollektiv içində dünyaya gəldiyini və “mənliklərini” orada formalaşdırdığı üçün
qrupu fərdin var olma şərti olaraq irəli sürürlər. Bu məqam birbaşa eyni zamanda
liberallar və kommunitarianlar arasında əsas müzakirə mövzusunu da təşkil edir.
Kommunitarian yanaşmasına görə, fərdlər cəmiyyət tərəfindən qəbul
olunan sərhədləri aşdıqda ictimai həyatda xaoslar yarana bilir. Digər tərəfdən isə
insanlardan sadəcə fərdi azadlıqları ilə kifayətlənmələrini istəmək ehtiyaclara
tam cavab verməz. Məhz liberal demokratik baxış tərzi müxtəlifliyə universal
insan hüquqları və azadlıqları çərçivəsində baxır.
Çarlz Teylor
MULTİKULTURALİZMƏ GİRİŞ
48
Kommunitarian baxış tərzində şəxs fərdi səviyyədən (intimate plane)
ictimai sfera (public sphere) səviyyəsinə keçir. Bu sfera kommunitarian sferadır.
Bu mənada kommunitarianlara görə, hər bir fərd qrup və icma daxilində anadan
olduğu üçün öz “mən” və kimlik anlayışlarını orada qazanır. Bu qrup anlayışına
görə, fərd ictimai formalaşmanın daxilində var olur və “yaxşı həyat” anlayışını
irs olaraq əldə edir. Parex və Teylora görə, liberalizm liberal olmayan qrupları
və həyat tərzlərini qəbul etmir. Buna görə də Teylor müxtəlifliyə qarşı onları
“fərqliliklərə kor” olaraq tənqid edir.
Məşhur alman filosofu Yurgen Habermas liberal və kommunitarian
multikulturalizmə dair dilemmanı belə ifadə edir:
“Bir tərəfdə mədəni
müxtəlifliyi əsas alan siyasət, digər tərəfdə isə fərdi hüquqların universallığına
dair siyasət...“.
Habermas demokratiya və “konstitusional vətandaşlıq” ilə
müxtəlifliklərə qarşı “fərqliliklərə kor” olmama tərzini birləşdirərək məsələnin
həlli yollarını təqdim edir. Bu mənada Habermas fərdi azadlığın yolunun eyni
zamanda qrupun bəzi hüquqlara malik olmasından keçdiyinə inanır. Nəticədə
ona görə, fərdi kimliklərimiz daxilində yaşadığımız kommunitarian anlayış
tərəfindən xarakterizə olunur.
Bu mövzuda Vil Kimlikanın görüşləri də əhəmiyyət kəsb edir. O, hesab
edir ki, kommunitarian hüquqlara inanmanın məntiqi arxa planında fərdlərin
yaşadıqları qrupun mədəniyyət anlayışından təsirləndikləri durur və fərdi razı
salmanın yolu onun sahib olduğu mədəniyyəti nəzərə almaqdır. Kimlika fikrini
belə tamamlayır: “Əgər qruplar öz daxillərində fərdlərə kifayət qədər azadlıq
verirlərsə və ya ən azından fərdə istədiyi andan etibarən o qrupun yaşam
tərzindən çıxma imkanı verirsə, bu məqsədəuyğundur“.
Müasir dövrdə qlobal dünyada fərqli multikultural anlayışlar mövcuddur.
Məsələn, multikulturalizm deyildiyində daha çox milli azlıqlar və xaricdən gələn
işçi qüvvəsi anlaşılır. Ancaq multikultural baxış tərzi demokratik dövlətlərdə
birbaşa konstitusiyadakı vətəndaşlıq maddəsinə istinad edərək tənzimlənir. Belə
ki, bir cəmiyyəti təşkil edən bütün fərdlərin və fərqli qrupların din, dil, irq və digər
mənsubiyyət fərqi olmadan dövlət nəzdində bərabərhüquqlu olduğu, ölkənin
ictimai resursları və imkanlarından bərabər şəkildə istifadə etdiyi, bu səbəblə də
vətandaşı olduğu dövlətdə konstitusional vətəndaşlıq statusunu daşıyır. Xüsusilə
bu istiqamətdə Yurgen Habermasın «konstitusional vətəndaşlıq» ideyası
əhəmiyyət kəsb edir. O, “Vətandaşlıq və milli kimlik” («Citizenship and National
49
“MULTİKULTURALİZMƏ GİRİŞ” FƏNNİNİN PREDMETİ VƏ ƏHƏMİYYƏTİ
İdentity») adlı məqaləsində mövzunu belə xarakterizə edir:
«İsveç və ABŞ-dakı
multikultural cəmiyyət nümunələri göstərir ki, konstitusional prinsiplərin içində
yer aldığı siyasi hakimiyyət daxilində qətiyyən bütün vətəndaşların eyni dili, eyni
etnik mənsubiyyəti yaxud eyni mədəniyyəti bölüşmələri məcburi deyil. Əksinə
multikultural bir cəmiyyətdə siyasi strategiya, müxtəlif həyat anlayışlarının
plüralizmini və inteqrasiyasını şüurlu şəkildə təşviq edən konstitusional
vətəndaşlığa istinad edilməlidir».
Digər tərəfdən Habermasa görə, bu arqument
kommunitarian kontekstdə həm etik relyativizmin, həm də etik doqmatizmin
əleyhinə yönəlmişdir.
Maykl Uolzer irqçi və nifrət ehtiva edən tendensiyaların multikulturalizmlə
uzlaşmayacağını, bunlara tolerant yanaşmanın qeyri mümkünlüyünü
vurğulayır. O, bu kontekstdə anti-demokratik proseslərə qarşı gəlməyi heç də
multikulturalizmə qarşı olma mənasında başa düşülməməsinin vacibliyini ifadə
edir.
Yekun olaraq qeyd olunmalıdır ki, multikulturalizm kontekstində müxtəlif
mədəniyyətlərin mövcudluğuna dair məsələlər liberal və kommunitarian
anlayışlar çərçivəsində müzakirə olunur. Bu mənada multikulturalizmə
kommunitarian yanaşma hər bir mədəniyyətin özünəməxsus dəyərlər sisteminə
mənsub olduğu prinsipinə əsaslanır. Bu yanaşmanın tərəfdarları fərdin hər hansı
bir mədəniyyət və ya kollektiv dəyərlər sisteminə sahib olmadan öz varlığını və
inkişafını həyata keçirməkdə ciddi manelərlə qarşılaşacağını iddia edirlər.
MULTİKULTURALİZMƏ GİRİŞ
50
Dostları ilə paylaş: |