MULTİKULTURALİZMƏ GİRİŞ
58
insanların nöqteyi-nəzərindən tədqiq edilir və dini fenomenlərin həqiqiliyinin
araşdırılması nəzərə alınmır. Məlum olduğu kimi, obyektiv yanaşma dini
tərəfsizlik prinsipi kontekstində öyrənməyə çalışır, dini inancın və davranışların
yalnız ona inananların subyektiv təcrübələri əsasında düzgün anlaşılacağını
fərz edir. Dinə bu baxımdan yanaşan tədqiqatçılar üçün mühüm olan inancların
həqiqətə əsaslanması deyil, onların insan psixikasına, ictimai fəaliyyətlərə və
cəmiyyətə təsirləridir.
Dinin mənşəyini izah edən pozitivist-evolyusionist (təkamülçü)
nəzəriyyələr, əsasən, aşağıdakılardır:
animizm
,
totemizm, fetişizm
və
naturizm
(və ya animatizm).
Animizm
təbiətin və onun ayrıca
elementlərinin (dağ, ağac, günəş, və s.)
canlı, yəni insan kimi ruha malik olduğuna
dair mifoloji dünyagörüşüdür.
Dinin
ibtidai forması hesab edilən animizm
insana xas qabiliyyətlərin təbiətə şamil
edilməsindən ibarətdir. İbtidai həyat
tərzi sürən qəbilələrdə (məs.:
Avstraliya
aborigenlərində) hələ də animist inanclar
yaşamaqdadır.
Totemizm
insanla müqəddəs sayılan
totem (bitki, heyvan, əşya və s.) arasında
fövqəltəbii qohumluğun mövcud olduğuna
inam bəsləmək deməkdir. Bu inanc
sistemində insanların ulu əcdadı hesab
edilən xüsusi bir bitki və ya heyvan totemi
qəbilələrin əlaməti kimi çıxış edir və qəbilə
həyatının bütün
ictimai münasibətlərini
tənzimləyir. Totem müqəddəs qəbul edildiyi
üçün həmin adı daşıyan qəbilə və fərdlər də toxunulmazlıq qazanır. E.Dürkheymə
görə, totemizm bütün dinlərin mənşəyini təşkil edən ən ibtidai inancdır.
Fetişizm
müəyyən qeyri-adi formaya malik predmetlərin
müqəddəsləşdirilməsi və onlara sitayişə əsaslanan dünyagörüşüdür. Əslində
fetişizm animist dünyagörüşünün xüsusi bir formasıdır.
Ağdam rayonunun Boyəhmədli
kəndində tapılmış və ibtidai dini
inancı əks etdirən daş heykəl.
Erkən orta əsrlər.
59
DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI
Naturizm
və ya
animatizm
təbiət qüvvələrinin şəxsiləşdirilməsi, fiziki
dünyada baş verən hadisələrin sakrallaşdırılması,
başqa sözlə desək, təbiətə
sitayiş etməkdir. Naturizm nəzəriyyəsində belə bir fikir irəli sürülür ki, ictimai
inkişafın erkən dövrlərində insanlar ildırım, fırtına, zəlzələ, vulkanlar, günəş
və ay tutulması, eləcə də digər təbiət hadisələri qarşısında
qorxu və dəhşətə
qapılmış, təbiət qarşısında aciz olduğunu başa düşmüş, bunun nəticəsində də
təbiət hadisələrini tanrılaşdırmışlar.
Məşhur alman filosofu və marksizm nəzəriyyəsinin banisi Karl Marksın
(1818-1883) kapitalist iqtisadi sistemin təhlili kontekstində dinin yeri və
roluna dair fikirləri dinin mahiyyətinin izahı baxımından əhəmiyyətlidir. Çünki
marksizm dinin mahiyyətini materialist nöqteyi-nəzərdən ən dolğun şəkildə
açıqlamışdır. Marksın din nəzəriyyəsi ictimai fikir tarixində dinin tənqidi
ənənəsini davam və inkişaf etdirmiş, həmin tənqidi keyfiyyətcə yeni mərhələyə
qaldırmışdır.
Marksizm dinə bir sosial hadisə kimi yanaşaraq onun meydana gəlməsini
və yayılmasını real ictimai-tarixi münasibətlər kontekstində izah edir. Bu
nəzəriyyəyə görə, din insanın insanı istismar etməsi
üzərində qurulan sinfi
cəmiyyətin meydana gəlməsi səbəbilə yaranmışdır. Belə ki, din şərin hökm
sürdüyü yer üzündə məzlum insanlara təskinlik hissi verir, reallıqda mövcud
olan ictimai ədalətsizliklə barışdırır, qurtuluş yolunu bu dünyada deyil, axirətdə
axtarmağa səsləyir. Beləliklə, din istismar və zülmə bəraət qazandıraraq hakim
siniflərin maraqlarına xidmət edir. K.Marks “Din - xalqın tiryəkidir” deyəndə,
dinin məhz bu sosial funksiyasını nəzərdə tutmuşdur.
Dinin meydana gəlməsini izah etməyə cəhd
göstərən materialist və
təkamülçü nəzəriyyələr bəzi tənqidlərə məruz qalmışdır. Belə ki, bu nəzəriyyələr,
ilk növbədə, dinlərin müxtəlifliyini izah edə bilmir. Çünki bu günədək dünya
dinləri və ibtidai dinlərin eyni mənşədən yarandığının obyektiv əsaslandırılması
mümkün olmamışdır. Digər tərəfdən, dinin meydana gəlməsinə dair alternativ
izahlar da verilmişdir. Məsələn, avstriyalı linqvist, antropoloq, eyni zamanda
katolik kilsəsində keşişlik etmiş Vilhelm Şmid (1868-1956) politeist (çoxtanrılı)
dinlərdə belə, digər tanrılardan üstün, yaradıcı bir səma tanrısına inamın mühüm
yer tutduğu faktından çıxış edərək, bütün dinlərin ibtidai monoteizm əsasında
yarandığını irəli sürmüşdür.