83
DÜNYA DİNLƏRİ
görə, insanlar yalnız İsa Məsihin xilaskarlıq missiyasına iman gətirdikdə bu ilk
günahdan azad ola və əbədi həyat qazana bilərlər. Təsadüfi deyildir ki, İsa Məsih
“İncil”də “Tanrının Qurbanlıq quzusu” və “Xilaskar” adlandırılır.
Xristian inancına görə, İsa Məsih axır
zamanda yer üzünə ikinci
dəfə qayıdacaq, məhşərdə bütün insanları mühakimə edərək günahkarları
cəzalandıracaq, salehləri isə xoşbəxt əbədi həyatla mükafatlandıracaqdır.
Beləliklə, xristian təliminin əsasında İsa Məsihin Tanrının oğlu olması və
insanların xilası naminə özünü qurban verməsi ideyası dayanır.
Dostları ilə paylaş: