3.3. İslam
3.3.1.Tarixi
İslam ibrahimi dinlərin sonuncusu sayılır. “Təslim olmaq, boyun əymək,
itaət etmək” mənalarında işlədilən “İslam” sözü ərəb dilində “sülh” mənasına
gələn “silm” kökündən yaranıb. Bu dinə inananlar ərəb dilində “müslim”,
dilimizdə isə “müsəlman” adlanır.
Məşhur yapon islamşünası Toşihiko İzutsu “İslam” kəlməsinin müxtəlif
izahlarını təhlil edərək bildirmişdir ki, “insanın bilərəkdən və səmimiyyətlə
Allaha boyun əyməsi” tərifi həmin izahlar içərisində ən düzgünüdür. Qurani-
Kərimin bir sıra ayələrinə istinad edən müsəlman alimləri isə vurğulayırlar
ki, bütün peyğəmbərlərin təbliğ etdikləri hənif dini (“hənif” ifadəsi “Allahın
birliyinə inanmaq və bütlərə tapınmamaq” mənasını verir) İslam adlanır.
Məsələn, Quranın “Ali-İmran” surəsinin 67-ci ayəsində deyilir:
“İbrahim nə
yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif bir müsəlman idi və müşriklərdən
deyildi”.
İslam Məhəmməd peyğəmbərin (570/571-632) təbliğ etdiyi bir din olaraq
VII əsrin əvvəlində Ərəbistan yarımadasının Hicaz bölgəsində tarix səhnəsinə
çıxmışdır. Məhəmməd peyğəmbər Məkkə şəhərində məskunlaşan Qüreyş
qəbiləsinin Bəni-Haşim (Haşimoğulları) qoluna mənsub olmuşdur. Müsəlman
mənbələrinə görə, Məkkə yaxınlığındakı Hira mağarasında ona ilk vəhy
gəlmişdir. Bundan sonra o, məkkəli bütpərəstləri təkallahlılıq əqidəsinə dəvət
etmişdir.
Lakin bütpərəstlər Məhəmməd peyğəmbərin dəvətinə sərt reaksiya
göstərmiş və yeni dinin ardıcıllarını təqib etmişlər. Xüsusən Əbu Cəhl ləqəbli
Əmr ibn Hişam, peyğəmbərin öz əmisi olan Əbu Ləhəb ləqəbli Əbdülüzza
ibn Əbdülmüttəlib kimi Məkkənin nüfuzlu şəxsləri İslama böyük kin və nifrət
bəsləyərək yeni dini boğmağa çalışmışlar. Buna baxmayaraq, Məhəmməd
peyğəmbərin üç illik təbliğatı nəticəsində məkkəlilərin bir hissəsi İslam dinini
qəbul etmişdir. İlk müsəlmanlar bunlar olmuşdur: Məhəmməd peyğəmbərin
həyat yoldaşı Xədicə binti Xüveylid, əmisi oğlu Əli ibn Əbu Talib və yaxın
dostu Əbu Bəkr ibn Əbu Qühafə.
103
DÜNYA DİNLƏRİ
İslamın yayılmasından narahat olan məkkəli bütpərəstlər müsəlmanlara
qarşı sərt cəza tətbiq edirdilər. Məsələn: Süməyyə binti Xübbat adlı müsəlman
qadınla həyat yoldaşı Yasir ibn Amir 615-ci ildə qətlə yetirildi. Əmmar
ibn Yasir, Bilal Həbəşi və digər bir çox müsəlman isə işgəncələrə məruz
qaldılar. Bu işgəncələrdən xilas olmaq üçün Məhəmməd peyğəmbərin icazəsi
ilə ilk müsəlmanların bir hissəsi Həbəşistana, indiki Efiopiyaya köçmək
məcburiyyətində qaldı.
Məhəmməd peyğəmbərin təbliğatı yalnız məkkəlilərlə məhdudlaşmırdı. O,
Kəbəni ziyarət etmək, yaxud ticarət məqsədilə Məkkəyə gələn ərəb qəbilələrini də
İslama dəvət edirdi. Bunlar arasında Övs və Xəzrəc qəbilələrinin nümayəndələri
də vardı. Onlar Məkkədən sonra Hicazın (Ərəbistan yarımadasının qərbindəki
ərazinin adı – Red.) ikinci böyük şəhəri olan Yəsribdə (sonrakı adı Mədinə –
Red
.
) məskunlaşmışdılar. 620-ci ildə bu qəbilələrin bəzi nümayəndələri Məkkəyə
gələrək Məhəmməd peyğəmbərə beyət (birinin hakimiyyətini qəbul edərək ona
tabe və sadiq olma – Red.) etdilər. Daha sonra onlar doğma şəhərlərinə dönərək
İslamı yaymağa başladılar. Nəticədə Yəsrib şəhərində bir çox insan İslam dininə
keçdi.
Bu zaman Məkkədə müsəlmanlara qarşı təqib pik həddinə çatmışdı. Artıq
bu şəhər müsəlmanlar üçün təhlükəli bir yerə çevrilmişdi. Odur ki, 622-ci ildə
məkkəli müsəlmanların əksəriyyəti, həmçinin Məhəmməd peyğəmbərin özü
Yəsrib şəhərinə köçdü. Məhəmməd peyğəmbər Yəsribdə yerləşdikdən sonra bu
şəhər “Mədinətur-rəsul” (“Peyğəmbərin şəhəri”) və ya “Mədinə” adlandırıldı.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci
ildə Məkkədən Mədinəyə köçməsi müsəlman mənbələrində “hicrət” termini ilə
ifadə olunur. Həmçinin ikinci xəlifə Ömər ibn Xəttabın dövründə, daha dəqiq
desək, 638-ci ildə Əli ibn Əbu Talibin təklifi ilə hicrət ili müsəlman təqviminin
ilk ili kimi qəbul edildi
Mədinəyə köçdükdən sonra Məhəmməd peyğəmbər bu şəhərin həm
mənəvi liderinə, həm də idarəçisinə çevrildi. O, qısa zamanda əhalisi müsəlman,
yəhudi və bütpərəstlərdən ibarət olan Mədinədə sülh və əmin-amanlığı təmin etdi.
Bu məqsədlə o, müxtəlif dinlərin mənsublarının haqlarını müəyyənləşdirərək,
bununla bağlı qanunlar toplusu ortaya qoydu. Müsəlman qaynaqlarında həmin
qanunlar toplusu “səhifə” yaxud “kitab” adlandırılır. Bəzi müasir tədqiqatçılar
sözügedən qanunları Mədinə konstitusiyası kimi xarakterizə edirlər.
MULTİKULTURALİZMƏ GİRİŞ
104
Məhəmməd peyğəmbərin Mədinənin siyasi və mənəvi liderinə çevrilməsi
Məkkə bütpərəstlərinin liderlərini narahat edirdi. Buna görə də onlar digər
bütpərəst ərəb qəbilələrinin də köməyi ilə müsəlmanlara qarşı müharibə elan
etdilər. Bütpərəstlərlə müsəlmanlar arasında Bədr, Uhud, Xəndək və digər
döyüşlər baş verdi. Bu döyüşlərin bəzilərində müsəlmanlar, bəzilərində isə
məkkəli bütpərəstlər qələbə qazandı.
Lakin zaman keçdikcə İslamın nüfuz dairəsi genişlənir, bu dini qəbul
edən ərəb qəbilələrin sayı durmadan artırdı. Məhəmməd peyğəmbərin müxtəlif
ərəb tayfalarına göndərdiyi təbliğatçılar İslamın uğur qazanmasında böyük rol
oynayırdılar. Çünki həmin təbliğatçılar sayəsində İslamla tanış olan bütpərəst
ərəblər bu dinin üstün cəhətlərini görüb çoxtanrılıqdan təkallahlığa keçirdilər.
Hətta müsəlmanların qatı düşmənləri belə İslamın mütərəqqi ideyaları qarşısında
təslim olaraq, bu dini qəbul edirdilər. Həmçinin 628-ci ildə müsəlmanlarla
məkkəli bütpərəstlər arasında Hüdeybiyyə sülh müqaviləsinin bağlanması
İslamın yayılmasına öz müsbət təsirini göstərdi. Çünki bu müqavilə sayəsində
müsəlmanlar Məkkədə dinlərini təbliğ etmək fürsəti qazandılar. Beləliklə, istər
Məkkədə, istər ondan kənarda müsəlmanların sayı get-gedə çoxalırdı.
Nəticədə 630-cu ildə müsəlmanlar Məkkə şəhərini fəth etdi və Qüreyş
qəbiləsinin qalan hissəsi də İslama keçdi. Bundan sonra İslam dini Ərəbistan
yarımadasında daha sürətlə yayılaraq hakim dinə çevrildi.
Ömrünün sonuna qədər Mədinədə yaşayan Məhəmməd peyğəmbər 632-
ci ildə dünyasını dəyişdi. O, Mədinədəki Peyğəmbər məscidinin (“Məscid
ən-Nəbəvi”; “Məscidün-Nəbi” ərazisində yerləşən evində dəfn olundu. Vəfat
etməzdən əvvəl həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə
müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr “Vəda xütbəsi”
adı ilə İslam tarixinə düşdü. “Vəda xütbəsi”ndə bütün insanların bərabər olduğu
və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına
diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan
qaldırıldığı vurğulanır. Həmçinin “Vəda xütbəsi”ndə qadınlarla şəfqət və
mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub
saxlamaq tövsiyə olunur.
Məhəmməd peyğəmbərin vəfatından sonra İslam tarixində xilafət dövrü
başladı. Məşvərət yolu ilə seçilən ilk dörd xəlifə (Əbu Bəkr, Ömər ibn Xəttab,
Osman ibn Əffan və Əli ibn Əbu Talib) dövründə baş verən ərəb istilaları
105
DÜNYA DİNLƏRİ
nəticəsində İslam dini Ərəbistan yarımadasının hüdudlarını aşaraq İraq, Suriya,
İran, Şimali Afrika və yer üzünün digər regionlarında yayıldı.
Dörd xəlifədən sonra Qüreyşin Ümeyyəoğulları sülaləsi (Əməvilər)
hakimiyyətə gəldi. İlk Əməvi xəlifəsi Müaviyə ibn Əbu Süfyan özündən sonra
hakimiyyətə məşvərət yolu ilə deyil, varislik yolu ilə oğlu Yezidi təyin etdi. Bu da
İslam cəmiyyətində ciddi narazılığa səbəb oldu. Odur ki, Yezid ibn Müaviyənin
hakimiyyətinə qarşı üsyanlar baş verdi. Onlar arasında ən məşhuru Məhəmməd
peyğəmbərin nəvəsi, Əli ibn Əbu Talibin isə oğlu Hüseyn ibn Əlinin qaldırdığı
qiyamı idi. 10 oktyabr 680-ci ildə bu üsyan böyük amansızlıqla yatızdırıldı,
Hüseyn ibn Əli başda olmaqla xeyli insan qətlə yetirildi.
Qeyd edək ki, ilk üç xəlifənin hakimiyyəti illərində xilafətin paytaxtı
Mədinə şəhəri idi. Dördüncü xəlifə Əli ibn Əbu Talib dövründə paytaxt İraq
ərazisində yerləşən Kufə şəhərinə köçürüldü. Əməvilər sülaləsi hakimiyyəti ələ
keçirdikdən sonra isə xilafətin paytaxtı Suriyadakı Dəməşq şəhəri oldu.
Əməvilərin yürütdüyü ərəbçilik siyasəti məvalilərin, yəni ərəb olmayan
müsəlmanların narazılığına səbəb olurdu. Odur ki, 750-ci ildə Abbasilər sülaləsi
məvalilərin və Əli tərəfdarlarının köməyi ilə Əməviləri devirərək hakimiyyətə
gəldi. Bununla da İslam tarixinin yeni bir mərhələsi – Abbasilər dövrü başladı.
Əməvilərdən fərqli olaraq, Abbasilər sülaləsi daha çox məvalilərə
arxalanırdı. Buna baxmayaraq, xilafətə qarşı çoxlu üsyan baş verirdi. Xüsusən
816-835-ci illərdə Babəkin başçılığı ilə geniş vüsət alan Xürrəmilər hərəkatı,
eləcə də IX əsrin birinci yarısında Cənubi Mesopotomiyada baş vermiş Zəncilərin
üsyanı Abbasilərin hakimiyyətini laxlatdı.
Abbasilər dövründə ərəb işğalları demək olar ki, dayandı. Lakin bu
sülalənin hakimiyyəti vaxtı İslam mədəniyyəti inkişaf etdi. Müsəlmanlar qədim
yunan, Roma, Hindistan, İran və digər mədəniyyətlərin nailiyyətlərindən
faydalanaraq möhtəşəm sivilizasiya qurdular. Abassilərin hakimiyyəti dövründə
xilafətin paytaxtı olan Bağdad şəhəri dünyanın əsas elm, ticarət və mədəniyyət
mərkəzlərindən biri sayılırdı. IX əsrin 20-ci illərində həmin şəhərdə “Hikmət
evi”nin (“Beyt əl-Hikmə”) yaradılması İslam dünyasında elmin inkişafına güclü
təkan verdi. Bu elmi mərkəzdə çalışan alimlər yunan, latın, fars, hind, çin və
digər dillərdə olan riyaziyat, tibb, fəlsəfə, astronomiya kimi elmlərə dair əsərləri
ərəb dilinə tərcümə edirdilər. Sonradan müsəlman alimləri bu zəngin mirasdan
istifadə edərək müxtəlif elm sahələrində fundamental əsərlər ortaya qoydular.
MULTİKULTURALİZMƏ GİRİŞ
106
Müasir
İspaniya
və
Portuqaliya ərazisində mövcud
olmuş Kordova xilafəti (929-
1031) də İslam dünyasında elm
və mədəniyyətin inkişafına böyük
töhfə vermişdir. Kordova xilafəti
bir vaxtlar təkcə müsəlman
aləminin
deyil,
həmçinin
Avropanın ən mühüm elmi-
mədəni mərkəzi sayılırdı. Kordova
xilafətinin elmə verdiyi dəyər
sayəsində avropalılar yenidən
qədim yunan və romalıların irsi
ilə tanış olmuşdular. Çünki qədim
Roma imperiyasının süqutundan
sonra antik dövrün zəngin elmi
və fəlsəfi irsi qərb dünyasında
unudulmuşdu. Müsəlman alimləri
isə bu irsi üzə çıxararaq ərəb dilinə
tərcümə etmişdilər. Daha sonra
antik müəlliflərin ərəb dilinə tərcümə olunmuş əsərləri Kordova xilafəti vasitəsi
ilə Avropaya ötürülmüşdü.
Burada Şimali Afrikanın böyük bir hissəsini, Suriya və Fələstini əhatə
edən, ismailiyyə məzhəbinin (ətraflı məlumat üçün bax: dərsliyin III fəslinin
3.3. bəndinin “Məzhəb və təriqətlər” adlı altbəndi) mənsubları tərəfindən qurulan
Fatimilər xilafətinin (909-1171) müsəlman aləmində elm və mədəniyyətin
inkişafında oynadığı rolu qeyd etmək lazımdır. Məşhur misirli tarixçi Məqrizinin
(1364-1442) “əl-Xitat” adlı əsərində verdiyi məlumata görə, Fatimilər xilafətinin
paytaxtı Qahirə şəhərində fəaliyyət göstərən “Hikmət evi”nin kitabxanasında 1
milyon 600 min əsər saxlanılırdı ki, onlardan 18 mini antik müəlliflərin əsərləri
təşkil edirdi.
Abbasilər xilafətinin sonrakı taleyinə gəlincə, bu qüdrətli imperiya
IX-X əsrlərdə tənəzzül dövrünü yaşayaraq müstəqil və yarımüstəqil
dövlətlərə parçalandı. 945-ci ildə Büveyhilər (935-1055-ci illərdə İranın
Dostları ilə paylaş: |