Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə58/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   54   55   56   57   58   59   60   61   ...   175
1 Multikulturalizmə giriş 2019

Ən qədim müsəlman ibadətgahlarından biri - Şamaxı Cümə məscidi. 
Tikilmə tarixi: 743-cü il.


MULTİKULTURALİZMƏ GİRİŞ
126
İslamın yayılmasında müsəlman ibadət yerləri də böyük rol oynamışdır. 
Belə ki, ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Bərdə, 
Dərbənd, Naxçıvan və digər strateji cəhətdən əhəmiyyəti olan şəhərlərində 
hərbi dəstələr saxlayırdılar. Bu hərbi dəstələrin yerləşdiyi ərazilərdə isə mütləq 
məscid inşa edilirdi. Tarixi mənbələrə görə, Azərbaycanda ilk məscid Ərdəbildə 
ucaldılmışdır. Artıq X-XI əsrlərdə ölkəmizin bütün yaşayış məntəqələrində 
müsəlman ibadətgahları mövcud idi. Məsələn, ərəb səyyahı və coğrafiyaçısı 
Şəmsəddin Əbu Abdullah əl-Məqdisi (946/947-təxm.1000) “İqlimlərin 
öyrənilməsi üçün mükəmməl təsnifat” adlı kitabında Təbriz, Ərdəbil, Mərənd, 
Urmiya, Şamaxı, Qəbələ, Şəki və Azərbaycanın digər şəhərlərində mövcud olan 
böyük məscidlər haqqında ətraflı məlumat verir. 
Məscidlərin yanında fəaliyyət göstərən mədrəsələr (müsəlman dini təhsil 
müəssisəsi. Burada dini elmlərlə yanaşı, müxtəlif dünyəvi fənlər də tədris 
olunur – Red.) fəth olunmuş ərazilərdə islamın möhkəmlənməsinə töhfə verirdi. 
Mənbələrdə qüdrətli Azərbaycan Atabəylər dövlətində (1136-1225) mədrəsələrin
inşasına xüsusi diqqətin yetirildiyi qeyd olunur. Atabəylər dövləti dövründə Xoy 
şəhərində “əl-Fərəc əl-Xuveyyə”, Marağada “Atabəkiyyə” və “əl-Qazı” adlı 
mədrəsələr məşhur idi. Naxçıvanda Möminə Xatun türbəsi kompleksinə daxil 
olan mədrəsə də dövrün məşhur təhsil ocaqları sırasında yer alırdı.
Beləliklə, müxtəlif amillər səbəbilə, o cümlədən özündə mütərəqqi 
ideyalar ehtiva etdiyi üçün islam dini Azərbaycanda yayıldı, tarix səhnəsindən 
əvvəlki inancları sıxışdırıb çıxararaq xalqımızın qəlbində xüsusi yer tutdu. 
Bununla da Azərbaycan xalqı islam sivilizasiyasına daxil oldu. Bu isə xalqımızın 
taleyində müsbət rol oynadı. Çünki İspaniyadan tutmuş Hindistanaqək uzanan 
Ərəb xilafətinin tərkibində müxtəlif xalqların birləşməsi zəngin ümumislam 
mədəniyyətinin meydana gəlməsinə gətirib çıxardı. Hətta VIII-XIV əsrlər 
“İslamın qızıl çağı” və ya “müsəlman intibahı” kimi tarixə düşdü. O vaxtlar 
dünyada ən böyük tədris ocaqları, tibb müəssisələri, elm mərkəzləri məhz islam 
aləmində fəaliyyət göstərir, müsəlman alimləri böyük kəşflərə imza atırdı. 
Həmin dövrlərdə islam dünyasında yaşanan tərəqqi Azərbaycanın 
qədim mədəniyyətinin inkişafına və daha da zənginləşməsinə səbəb olmuşdur. 
Azərbaycan xalqının özü də bu mədəniyyətin inkişafına böyük töhfələr vermiş, 
nəinki müsəlman aləminə, ümumən, bəşəriyyətə görkəmli alimlər, mədəniyyət 
və incəsənət xadimləri, mütəfəkkirlər bəxş etmişdir. 


127
DÜNYA DİNLƏRİ 
Azərbaycan, sözün əsl mənasında, XI-XII əsrlərdə özünün intibah dövrünü 
yaşayırdı. O vaxtlar yaşayıb-yaratmış görkəmli azərbaycanlılar arasında bunların 
adlarını çəkmək mümkündür: filosoflar Əbülhəsən Bəhmənyar (993-1066) və Xətib 
Təbrizi (1030-1108), dövrün məşhur astronomu Fazil Fəridəddin Şirvani (XII əsr), 
şairlər Qətran Təbrizi (1010-1080), Fələki Şirvani (1108-1146), Əfzələddin Xaqani 
(1120-1199), nəhayət dahi söz ustası Nizami Gəncəvi (1141-1209).
Azərbaycan xalqı sonrakı dövr-
lərdə də islam dünyasına görkəmli 
şəxsiyyətlər bəxş etmişdir. XIII əsrdə 
ensiklopedik biliyə malik olan, 1259-
cu ildə Azərbaycanın Marağa şəhərində 
dövrün ən böyük rəsədxanasını yaradan 
görkəmli alim Nəsirəddin Tusi (1201-
1274) bunun bariz nümunəsidir. 
Orta əsrlərdə azərbaycanlı alimlər 
dünyəvi elmlərlə yanaşı, islami elmlər 
sahəsində də şöhrət tapmışdılar. Аbdullаh 
ibn əl-Hüsеyn əl-Bərdəi Əbu Səid əl-
Hənəfi (vəfatı 929), Əbu Bəkr Əhməd ibn 
Hаrun ibn Ruh əl-Bərdəci (v.914), Məkki 
ibn Əhməd Sədəvеyh əl-Bərdəi (v.914), 
Əbülulа ibn Аbdullаh Əli əl-Хəlili əl-
Qəzvini (v.1054), Büdeyl əl-Bərzəndi 
(v.1082), Əbülfəzl əl-Urməvi (v.1152), 
İsmayıl Gəncəvi (v.1192), Əbülvəfa Xəlil 
ibn Həsən ibn Məhəmməd əl-Mərəndi 
(v.1012), Əbülqasım əz-Zəncani (v.1066), Əbu Bəkr Məhəmməd əl-Hüseyni 
(v.476/1083), Məhəmməd ibn Abdullah əl-Bərdəi (v.VI/XII) kimi azərbaycanlı 
din alimləri məşhur idilər.
Azərbaycan həmçinin bir sıra sufi təriqətinin vətəni sayılır. Zahidliyə, 
mənəvi saflığa səsləyən sufilik (və ya təsəvvüf) dini-mistik və fəlsəfi-əxlaqi bir 
cərəyan kimi Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində böyük rol oynamışdır.
Sufiliyin Azərbaycandakı tarixi X əsrdən başlayır. Hələ təsəvvüfün 
inkişafının ilk mərhələlərində İbn Bakuyyə Baba Kuhi (v.1050-51) və onun 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin