Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


 Azərbaycanda Zərdüştilik



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə66/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   62   63   64   65   66   67   68   69   ...   175
1 Multikulturalizmə giriş 2019

4.1.1.5. Azərbaycanda Zərdüştilik 
Bir sıra müasir alimlər Zərdüşt peyğəmbərin Cənubi Azərbaycanda 
dünyaya gəldiyini bildirirlər. Qədim mənbələrə istinad edən orta əsr müsəlman 
müəllifləri də bunu öz əsərlərində qeyd etmişlər. Məsələn, ibn Xordadbeh (820-
912), əl-Bələzuri (806-892), İbn əl-Fəqih əl-Həmədani (IX əsr), əl-Məsudi (896-
956), Yaqut əl-Həməvi kimi bir çox görkəmli müsəlman alimi Zərdüştün Cənubi 
Azərbaycanın Urmiya ərazisində doğulduğunu vurğulamışlar. 
Həmçinin tarixi reallıq ondan ibarətdir ki, Azərbaycan ərazisi zərdüştiliyin ilk 
yayıldığı yerlərdən biri olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, Atropatenada
Zərdüştilik hakim mövqeyə yüksəlmişdir. Həmçinin bu dövlətin paytaxtı Qazaka 
şəhərində zərdüştilərin üç ən müqəddəs ziyarətgahından biri – Adurquşnasp 
yerləşirdi. 
Tarixi mənbələr sübuta yetirir ki, Zərdüştilik təkcə Cənubi Azərbaycanda 
deyil, həm də Şimali Azərbaycan ərazisində geniş yayılmışdı. Qafqaz 
Albaniyasında 313-cü ildə xristianlığı dövlət dini səviyyəsinə qaldıran Alban 
hökmdarı Urnayrın Zərdüştiliklə apardığı mübarizə ondan xəbər verir ki, 
erkən orta əsrlərdə Şimali Azərbaycan ərazisində Zərdüştün təliminə etiqad 
bəsləyənlərin sayı az deyildi. Zərdüştilik əleyhinə siyasət digər Alban hökmdarları 
tərəfindən davam etdirilsə də, Qafqaz Albaniyası ərazisində zərdüştilərin dini 
icmaları varlığını qoruya bilmişdir. 
VII əsrdə İslamın gəlişindən sonra Azərbaycanda xristianlıq kimi, 
zərdüştiliyin də nüfuzu get-gedə zəiflədi və Zərdüştün dini tədricən əhəmiyyətini 
itirərək aradan qalxdı. İslamın hakim mövqeyə yüksəldiyi dövrlərdə belə Şimali 
Azərbaycanda zərdüşti icmalar mövcud idi. Məsələn, ərəb coğrafiyaçısı və 
səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl-İstəxri (850-934) “Məmləkətlərin 
yolları kitabı”nda yazmışdır ki, Bakı yaxınlığında zərdüştilərin yaşadığı kəndlər 
mövcuddur. Məşhur coğrafiyaçı və tarixçi Əbül-Fida İsmail Həməvi (1273-
1331) Muğan vilayətində atəşpərəstlərin yaşadığı kəndlərdən bəhs edir. 
Qeyd edək ki, Abşeron yarımadasında təbii yanar qazların çıxdığı yerlər 
hər zaman zərdüştiləri cəlb etmişdir. Şimali Azərbaycanın bir sıra yerlərində 
olmuş alman səyyahı Engelbert Kempfer (1651-1716) bu haqda maraqlı 
məlumatlar verir. O, Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda 
Suraxanı kəndi yaxınlığında vaxtilə yeddi müqəddəs alovun yandığını qeyd 


149
MİLLİ DİNLƏR 
etmişdir: 
“...qədim fars tayfası nəslindən olan iki gəlmə atəşpərəst hindlilər 
tikdikləri divarın ətrafında hərəkətsiz halda oturaraq, əbədi tanrıya dua oxuyur, 
yerdən çıxan alova baxaraq ona səcdə edirdilər... əvvəllər buradan beş yüz 
metr kənarda aralarında bir vaxtlar bu alovun yandığı yan-yana yeddi oyuq 
görünürdü. Həmin alov sönəndən sonra od mənim təsvir etdiyim yerdən üzə 
çıxmışdır”.
Suraxanı atəşgahı.
Gördüyümüz kimi, alman səyyahı öz xatirələrində hələ XVII əsrdə 
Suraxanı ərazisində od məbədinin mövcud olduğunu bildirir. Əslində, onun 
tarixi daha qədim dövrlərə gedib çıxır. Tarixi mənbələrdən məlum olur ki
Suraxanıdakı od məbədindən hinduizm, siqhizm və Zərdüştilik dinlərinin 
mənsubları ortaq şəkildə istifadə edirdilər. O da məlumdur ki, XVII-XVIII 
əsrlərdə bu “Atəşgah”da (fars dilində “alov yeri” mənasına gəlir – Red.) gebrlər
, XIX əsrin əvvəllərində isə parsilər ibadət etmişlər. 
Zaman keçdikcə Suraxanıdakı “Atəşgah” böyük bir dini kompleksə 
çevrildi. Kompleksin inşa tarixi 1713-cü ilə aid edilir. Hazırda bu kompleks 


MULTİKULTURALİZMƏ GİRİŞ
150
“Atəşgah məbədi” tarix-memarlıq abidəsi kimi Azərbaycan dövləti tərəfindən 
qorunur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci 
ildə Suraxanıdakı Atəşgah ərazisinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq 
Qoruğu elan edilməsi ilə bağlı imzaladığı Sərəncam böyük əhəmiyyət kəsb edir. 
Sərəncama əsasən, kompleks ətrafında açıq səma altında muzey yaradılmışdır. 
Eyni zamanda, dövlətimizin səyi nəticəsində “Atəşgah məbədi”nə 30 sentyabr 
1998-ci ildən mədəni irs nümunəsi kimi “gücləndirilmiş mühafizə” statusu 
verilmiş və abidə UNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni 
İrsin İlkin siyahısına daxil edilmişdir.
Beləliklə, göstərilən faktlar bir daha təsdiqləyir ki, Zərdüştilik Azərbaycanın 
tarixində özünəməxsus rol oynamışdır. Zərdüştilik dini Azərbaycanda tamamilə 
əhəmiyyətini itirib ortadan qalxsa da, xalqımızın mədəniyyəti və adət-
ənənələrində öz varlığını qoruyur. Hər il ölkəmizdə təntənəli şəkildə qeyd 
olunan Novruz bayramı bunun bariz nümunəsidir. Novruz bayramı ərəfəsində 
tonqalların qalanması, şamların yandırılması, həmçinin ölkəmizin bir sıra 
bölgələrində ocağa su tökməyin günah sayılması və digər bu kimi adət-ənənələr 
göstərir ki, min illər keçməsinə baxmayaraq, zərdüştiliyin əlamətləri bu gün də 
xalqımızın həyat tərzində özünü büruzə verməkdədir. 


151
MİLLİ DİNLƏR 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin