Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə70/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   66   67   68   69   70   71   72   73   ...   175
1 Multikulturalizmə giriş 2019

4.1.2.3. Dini mətnlər
Tanah
Yəhudilikdə Müqəddəs Kitab ümumilikdə “Tanah” adlanır. Tanah üç 
hissədən ibarətdir: 1. İbrani dilində “təlim”, “qanun” mənasına gələn “Tora” 
(Musanın Beş Kitabı); 2. “Neviim” (Peyğəmbərlər); 3. “Ktuvim” (Yazılar).


MULTİKULTURALİZMƏ GİRİŞ
158
İyirmi dörd kitabdan ibarət olan “Tanah”ın ilk bölməsində, yəni “Tora”da 
kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən, onun övladları 
Habil və Qabildən, Nuh tufanından, Yusif peyğəmbərin həyatından, Musanın 
fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin 
Tanrı ilə əhd bağlamasından, ilahi hökmlərdən, dini ehkamlardan və digər 
məsələlərdən bəhs olunur.
“Tanah”ın ikinci bölməsi olan “Neviim” on kitabdan ibarətdir. Bu 
kitablarda Musanın vəfat etməsindən sonra yəhudilərin Tanrı tərəfindən vəd 
edilmiş torpaqlarda məskunlaşmaları, İsrail krallığının yaranması, yəhudilərin 
bütpərəst xalqlarla mübarizəsi, Süleyman Məbədinin tikintisi və məhvi, 
peyğəmbərlərin bütpərəstlərlə mübarizələri və onların bu yolda çəkdikləri 
əziyyətlər haqqında danışılır. Həmçinin “Neviim”də peyğəmbərlərin nəsihətləri 
yer almışdır. 
“Tanah”ın son bölməsi olan “Ktuvim” doqquz kitabdan ibarətdir. 
“Ktuvim” istər məzmun, istərsə də tərkib cəhətdən çox zəngin və rəngarəngdir. 
Bu bölmədə Davuda peyğəmbərə aid Məzmurlar (Tanrıya oxunan həmd və 
dualardan ibarət “Zəbur” kitabı.- Red.), Süleyman peyğəmbərin kəlamları, İsrail 
krallığının dağılmasına həsr olunmuş Yeremyanın mərsiyəsi yer almışdır. Bundan 
başqa, burada Əyyub peyğəmbərin ibrətamiz həyatı, onun Tanrının iradəsinə 
təslim olması haqda danışılır, Süleymanın Məbədinin babillilər tərəfindən 
dağıdılmasından, yəhudilərin Babilistana sürgün edilməsindən və əsarətdən 
azad olmalarından bəhs olunur. Həmçinin “Ktuvim”in Daniel kitabında insanın 
ölümdən sonra dirilməsi, Tanrı qarşısında hesab verməsi barədə danışılaraq 
axirət həyatı təsvir olunur.
Talmud
I-II əsrlərdə yəhudilər gündəlik məsələlərə cavab tapmaq üçün “tannai” 
(ibrani dilində “öyrətmək” deməkdir. –Red.) adlanan din alimlərinə müraciət 
edirdilər. Dini hökmləri, ehkamları öyrədən bu müəllimlər “Tanah”ı təfsir edərək 
sual doğuran gündəlik məsələlərlə bağlı hökm çıxarırdılar. Həmin hökmlər
qaydalar, təfsirlər əzbərlənərək nəsildən-nəsilə ötürülürdü. Bu şifahi dini ənənə 
“Şifahi Tora” adlandırıldı.
Zaman keçdikcə “Şifahi Tora”nın qorunması zərurəti yarandı. Bunu nəzərə 


159
MİLLİ DİNLƏR 
alan yəhudi din alimləri nəsildən-nəsilə ötürülən bu şifahi ənənəni qələmə aldılar 
və beləliklə “Talmud” adlanan çoxcildli təfsir külliyatı meydana gəldi. 
“Talmud” ibranicə “təlim” deməkdir. Bu təfsir külliyatının müasir variantı 
on doqquz cilddən ibarətdir. Yəhudilər “Talmud”a “Tövrat” qədər hörmət edirlər. 
“Talmud” ibrani və arami dillərində yazılmışdır. O, üç hissədən ibarətdir: 1. 
Mişna; 2. Qüds Gemarası; 3. Babilistan Gemarası.
“Mişna” ibranicə “təkrar” deməkdir və “Talmud”un əsas mətnini təşkil edir. 
“Mişna”da yəhudi dininin dini-əxlaqi qayda və qanunları izah edilir. Bizim eranın 
190-220-ci illər arasında ravvin Yəhuda ha-Nasi tərəfindən qələmə alınmışdır. 
“Mişna” altı bölmədən ibarətdir: “Zeraim” (təsərrüfatla bağlı hökmlər); 
“Moed” (bayramlarla bağlı hökmlər); “Nashim” (qadınlarla bağlı hökmlər); 
“Nezikin” (cəza və mülki hüquqla bağlı hökmlər); “Kodashim” (müqəddəs 
əşyalarla bağlı hökmlər); “Teharoth” (təmizliklə bağlı hökmlər).
“Talmud”un Gemara bölümü Mişnanın şərhi mahiyyətindədir. Gemara 
“təlim, tədqiq edilən” mənasını verir. Gemarada ravvinlərin Mişna ilə bağlı 
mübahisələri, əxlaqi, huquqi, fəlsəfi və sosioloji mövzular geniş yer almışdır. 
Burada yəhudi din alimlərinin əxlaqi təlimləri müxtəlif misallarla izah edilir.
Gemara iki müxtəlif varianta: Qüds və Babilistan Gemarasına bölünür. 
“Babilistan Gemarası”nın toplanması IV əsrə, “Qüds Gemarası”nın yazılması 
isə VII əsrə təsadüf edir. “Babilistan Gemarası” şərq arami ləhcəsində, “Qüds 
Gemarası” isə qərb arami ləhcəsindədir. Babilistan Gemarasının mətni daha 
uzun, kamil və müfəssəldir. 
Eyni zamanda, “Talmud” məzmuna görə “Qalaxa” və “Aqqada” adlı iki 
hissəyə bölünür. “Qalaxa” ibranicə “məfhum, anlayış, həyat tərzi” deməkdir. 
Burada “Tövrat”ın mətninin hüquqi təfsirinə əsaslanan və məcburi qanunlar 
şəklini alan hüquqçuların mülahizələri toplanmışdır.
“Aqqada” ibranicə “hekayə, rəvayət” deməkdir. Bu hissə müxtəlif 
ibrətamiz hekayələr, əxlaqi rəvayətlər və dini nəzəriyyələrdən ibarətdir. 
“Aqqada” “Talmud”un ən az nüfüza malik olan hissəsidir. Çünki bu bölmədə 
daha az dini bilgilərə yer verilib. Burada istənilən mövzu ilə bağlı məlumatlara 
rast gəlmək mümkündür. Tarix, folklor, tibb, biologiya, bioqrafiya, etika, 
astronomiya, məntiq, qədim müəllimlər haqda xatirələr, həmçinin xeyli sayda 
əfsanələr bu bölmənin tərkib hissəsidir.


MULTİKULTURALİZMƏ GİRİŞ
160

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin