Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə71/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   67   68   69   70   71   72   73   74   ...   175
1 Multikulturalizmə giriş 2019

4.1.2.4. Dini ayin və mərasimlər 
İudaizmdə dini ayinlər olduqca sadədir. İbadət zamanı yəhudilər “Tövrat” 
oxuyur və dua edirlər. Yəhudilər kollektiv ibadətləri sinaqoqda yerinə yetirirlər. 
Kollektiv ibadətin keçərli olması üçün ən azı on nəfərin iştirak etməsi şərtdir. 
Bu dini tələb yəhudilikdə “minyan” (ibrani dilində “say, hesablama, hesab” 
deməkdir. –Red.) adlanır. Yəhudi dinin mənsubları ibadət edərkən kişilər 
başlarına “kipa” yaxud “yarmolke” adlanan baş geyimi qoyurlar. Ənənəvi 
yəhudiliyin hökmlərinə görə, qadınların kollektiv dini ayinlərdə iştirak etmək 
ixtiyarı yoxdur. Onlar yalnız sinaqoqda ibadəti izləyə bilərlər.
Yəhudilikdə dini ayinlər əksər hallarda ibrani dilində, bəzən isə arami 
dilində yerinə yetirilir. Həftəlik şənbə günü ibadəti iudaizmdə ən əsas dini 
ayinlərdən sayılır. Belə ki, şabat (ibrani dilində “şənbə” deməkdir. –Red.) 
yəhudilikdə müqəddəs gün sayılır. Yəhudilər inanırlar ki, Tanrı yeri, göyü və 
bütün məxluqatı yaratdıqdan sonra yeddinci gün, yəni şənbə günü istirahət 
etmişdir. Odur ki, yəhudilikdə şənbə günü hər hansı dünya işi görmək qadağandır. 
Şabat vaxtı yalnız dua edib ibadətlə məşğul olurlar. Bu dini ayinlər həm evdə, 
həm də sinaqoqda həyata keçirilir. 
İudaizmin dini ayinləri haqqında bəhs edərkən, mütləq yəhudi 
bayramlarına da toxunmaq lazımdır. Çünki həmin bayramlar xüsusi dini 
ayinlərin yerinə yetirilməsi ilə qeyd edilir. Yəhudilikdə aşağıdakı bayramlar 
mövcuddur: 
1. 
Roş ha-Şana.
Yəhudilərin yeni il bayramıdır. Bu bayram tişrey 
ayının (yəhudi təqviminin yeddinci ayı. –Red.) ilk günündə qeyd olunur. 
İudaizmə görə, Roş ha-Şana – mənəvi yenilənmə vaxtıdır. Bu bayram vaxtı 
sinaqoqlarda səhər ibadəti vaxtı Şofar (qoç buynuzundan düzəldilmiş nəfəs 
musiqi aləti. –Red.) çalınır. Bunun məqsədi insanları tövbəyə çağırmaq və 
məhşər gününü xatırlatmaqdır;
2. 
Yom-Kippur. 
İudaizmin ən mühüm bayramlarından biridir. Tişrey 
ayının (yəhudi təqvimində ayın adı. –Red.) 10-cu günündə qeyd olunan 
Yom-Kippur günahların Tanrı tərəfindən bağışlanmasını və tövbəni təcəssüm 
etdirir. Bu gün yəhudilər özlərini ibadətə həsr edir, oruc tutur, günahlarının 
bağışlanmasını Tanrıdan diləyirlər;
3. 
Sukkot.
Yəhudilərin qədim Misirdən çıxdıqdan sonra Sina çölündə 


161
MİLLİ DİNLƏR 
qırx il dolaşmalarına həsr olunub.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin