173
MİLLİ DİNLƏR
edən təbii hadisələri, bitki və heyvanları, ölmüş əcdadlarını ilahiləşdirir, ruhlar
aləmi ilə vasitəçi rolunu oynayan sehrbazlara, maqlara,
şamanlara hörmətlə
yanaşırdılar.
Xalq inancı yapon dilində “kami-no-miti” söz birləşməsi ilə ifadə olunur.
Kami kultun obyekti sayılır: ümumi ibadətlərdə, o cümlədən ev ibadətlərində
ona sitayiş edilir. Bu terminin adekvat tərcüməsini tapmaq olduqca çətindir.
Tədqiqatçılar arasında sözün etimologiyasına dair vahid fikir mövcud deyil.
Avropa dillərinə əsasən “tanrı” və ya “ruh” şəklində tərcümə olunur.
Sintoizmə görə, insanlar, heyvanlar və daşlar kimi cansız obyektlər ruha
sahibdirlər, buna görə də böyüyə bilirlər (ancaq olduqca asta). Bununla yanaşı,
onlar həm də ilahi təbiətə malikdirlər, çünki dünya nizamını idarə edən və zərurət
yarandıqda tarixin gedişinə müdaxilə edən Kami ilə əlaqəlidirlər.
Kultun mənşəyi və buna müvafiq olaraq da, panteona daxil olma üsulu
baxımından bütün kamiləri dörd kateqoriyada ümumiləşdirmək mümkündür:
1.
Xalq arasında məşhur olanlar.
Bir qayda olaraq, Kami yatmış əcdadların
yerlərinin və ya ruhlarının qoruyucusudur (məs.: dağların kamisi, çayların
kamisi, təbiət hadisələrinin kamisi, ölmüş əcdadların kamisi.- Red.). Çox vaxt
onların şəxsi adları, ikonoqrafik təsvirləri, hətta daimi səcdəgahları olmur;
2.
Mənşə baxımından xarici ilahi personajlar.
Onların şəxsi adları və fərdi
şəkilləri var, çox vaxt şərəflərinə səcdəgahlar qurulur. Belə personajların klassik
nümunəsini yeddi xoşbəxtlik tanrısı (“Daykoku”, “Ebisu” və s.) təşkil edir.
3.
Tarixi personajlar, yaxud xüsusi şeylərin qoruyucusu qismində ehtiram
bəslənənlər.
Onların adı mifoloji mənbələrdə qeyd edilmir, müqəddəs təsvirləri
yoxdur, lakin çox məşhurdurlar. Bu kaminin adına ölkənin müxtəlif yerlərinə
səpələnmiş bir çox məbəd və səcdəgahlar vardır. Bunun klassik nümunəsini elm
və poeziyanın himayədarı Tendzin təşkil edir. O, real tarixi şəxsiyyət – IX əsr
şairi Suqavara-no-Mitidzanenin ilahiləşdirilmiş formasıdır.
4.
Qədim mifoloji toplularda adları çəkilən əfsanəvi tanrılar və onların
nəsilləri (imperator ailəsinin dünyasını dəyişmiş üzvləri).
Bu tanrılar
dövlət
səviyyəsində olduğundan onlara hər yerdə hörmət bəsləyirdilər. Vaxtilə onlara
dövlət hesabına çoxlu məbədlər tikilmişdi. Ancaq bu tanrılar xalq arasında
o qədər populyar deyil və tarixi kami qədər sevilmirlər. Bunlara misal kimi,
panteonun baş tanrısı Amaterası göstərmək olar. O, hökmdar ailənin və birbaşa
imperatorun özünün himayədarı sayılırdı.