Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə78/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   74   75   76   77   78   79   80   81   ...   175
1 Multikulturalizmə giriş 2019

4.3. Cənubi Asiya dinləri 
4.3.1.Hinduizm
 
Hinduizm dünyanın ən qədim dinlərindən hesab olunur. Ehtimala görə, 
bu dinin meydana gəlmə tarixi e.ə. II minilliyə qədər gedib çıxır. Hinduizmin 
mənsubları (hinduistlər) öz dinlərini 
“Sanatana dharma”
adlandırırlar. Bu kəlmə 
sanskrit dilində “əbədi din”, “əzəli qanun” və “əbədi yol” mənalarına gəlir.
Hindistan əhalisinin 80 faizi bu dinə sitayiş edir. Dünyanın digər region
-
larında yaşayan hinduistlərin sayı 45 milyon təşkil edir. Onların 18 milyonu 


177
MİLLİ DİNLƏR 
Hinduizmi dövlət dini elan etmiş yeganə ölkə Nepalda yaşayırlar. Bütövlükdə 
dünya əhalisinin təxminən 12 faizi bu dinə mənsubdur.
Hinduizm əsasən Brahmanizm, Buddizm, Çaynizm və Hindistanın 
digər yerli inanclarının sintezi nəticəsində meydana gəlmişdir. Tədqiqatçılar 
Hinduizmin formalaşma prosesini beş yerə bölürlər.
1.Vedalar dövrü (e.ə. II minillik);
2.Upanişadlar dövrü (e.ə. VIII-V əsrlər);
3.Klassik dövr (e.ə. V – b.e. V əsri);
4.Orta çağdakı ilahiyyat və fəlsəfənin tərəqqisi dövrü (Vedanta);
5.Müasir dövr.
Hinduizmdə tanrı anlayışı
Hinduizmin inanc sistemində üç ali tanrı mərkəzi yeri tutur. Bunlar 
Brahma, Şiva və Vişnu tanrılarıdır. Mifologiyaya əsasən, Brahma yaradıcı, Vişnu 
qoruyucu, Şiva isə məhv edən, dağıdıcı tanrıdır. Onu da qeyd edək ki, Hinduizmin 
cərəyanlarında bu tanrılara münasibət fərqlidir. Belə ki, bəzi hinduist cərəyanlar 
bu tanrıları bərabər səviyyəyə qoysalar da, bəziləri yaradıcı tanrı Brahmanı daha 
üstün sayırlar. Bununla yanaşı Hinduizmin ən böyük qollarından olan Şivaizmdə 
Şivu, Vişnuizmdə isə Vişnu yeganə ali tanrı hesab olunur.
Hinduizmdə həmçinin 
Brahma, Vişnu və Şiva tanrıları 
Brahman adlı Mütləq Varlığın 
təzahürləri hesab olunurlar. 
Bu dinin mənsubları inanırlar 
ki, bütün mövcudatın mütləq 
başlanğıcı sayılan Brahman 
sonsuzdur, 
dəyişməzdir, 
hərəkətsizdir, dünyanın ruhudur 
və hər hansı xüsusiyyətə malik 
deyildir. 
Hinduistlərin anlayışında 
Mütləq Varlıq saysız-hesabsız 
formalarda şəkillərdə təzahür edir və ona müxtəlif üsulda sitayiş etmək müm-
“Hinduizmin üç tanrısı: Brahma, Vişnu, 
Şiva”. İngilis rəssamı Endrü Tomun 
qravyurası. 1840-cı il.


MULTİKULTURALİZMƏ GİRİŞ
178
kündür. Odur ki, Hinduizmin mənsubları çoxsaylı tanrı və tanrıçalara sitayiş edərək 
bu Mütləq Varlığa yaxınlaşmağa çalışırlar. Bəzi hinduist cərəyanların ardıcılları 
Tanrıda kişi və qadın başlanğıcının (formalarının) olduğuna inanırlar. Elə hinduist 
cərəyanları var ki, onların etiqadında Tanrının qadın başlanğıcına üstünlük verilir. 
Məsələn, Hinduizmin Şaktizm adlı cərəyanının mənsubları hind əfsanələrinə görə, 
tanrı Şivanın həyat yoldaşı olan Şakti adlı tanrıçaya sitayiş edirlər.
Gördüyümüz kimi, Hinduizmdə tanrı anlayışı olduqca ziddiyyətli və 
mürəkkəb səciyyə daşıyaraq özündə müxtəlif inanc sistemlərini birləşdirir. 
Bununla yanaşı, Hinduizmdə Kaylasa, Himalay dağları, Qanq-Yamuha çayları 
müqəddəs sayılır. 
Müqəddəs kitablar
Hinduizmin müqəddəs kitabları qədim dillərdən sayılan sanskritcə tərtib 
olunub və iki əsas qrupa bölünür: “Şruti” (vəhyə əsaslananlar) və “Smriti” (dastan 
şəklində olanlar). Hinduistlər “Şruti” mətnlərinin “rişi” adlanan rahiblərə vəhy 
yolu ilə nazil olduğuna inanırlar. “Şruti” külliyyatına bunlar daxildir: 
1. “Veda”lar – “İlahi bilgi” mənasına gələn “Veda”lar Hinduizmin ən 
qədim müqəddəs mətnləridir
2. Brahmanlar – dini ayinləri izah etmək məqsədi ilə “Veda”lara yazılan 
şərhlərdir;
3. “Upanişad”lar – dini-fəlsəfi səciyyə daşıyan qədim hind mətnləridir. 
Bu kitablarda əsasən meditasiya və tanrının mahiyyəti kimi mövzular müzakirə 
olunur; 
4. “Aranyaki”lər – əsasən müxtəlif təhlükəli dini təcrübələrdən bəhs edən 
qədim dini kitablardır. 
“Şruti” külliyatından bəhs edərkən, “Veda”lar barədə ətraflı məlumat 
vermək lazımdır. Çünki hinduistlər üçün “Veda”lar böyük sakral (müdəddəs) 
mahiyyətə malikdir. Qeyd edək ki, “Veda”lar dörd dini kitabdan ibarətdir: 
“Riqveda”, “Yadjurveda”, “Samaveda” və “Atharvaveda”.
“Veda”ların ilk kitabı olan “Riqveda” dünyanın ən qədim dini mətnlərindən 
sayılır. Ehtimal olunur ki, “Riqveda” e.ə. 1700-1100-cü illərdə tərtib olunmuşdur. 
Bu dini mətn “mandala”lar adlanan on kitaba ayrılır və tanrıları mədh edən 1028 
qısa nəğmədən ibarətdir. 


179
MİLLİ DİNLƏR 
Əksər tarixçilərin fikrincə, “Veda”ların bir hissəsi olan “Yadjurveda” e.ə. 
X əsrdə təşəkkül tapmışdır. “Yadjurveda” iki hissəyə bölünür: “Şukla” (“Ağ”) 
və “Krişna” (“Qara”). Bəzi hissələri nəsr şəklində, bəziləri isə nəzm şəklində 
olan “Yadjurveda” qurban gətirmə ayinlərini təsvir edən mətnlərdən və bu 
ayinlər zamanı təkrarlanaraq oxunan nəğmələrdən - “mantra”lardan, onların 
fəlsəfi izahından ibarətdir.
“Veda”lar içində müqəddəsliyinə və əhəmiyyətinə görə “Riqveda”dan 
sonra “Samaveda” gəlir. Sanskrit dilində “dini nəğmələr” mənasını verən 
“Samaveda” kitabında əsasən mühüm qurban ayinləri vaxtı kahinlər tərəfindən 
oxunan ilahi mahnılar (“udqatar”) daxildir.
“Atharvaveda”da isə cadu və ovsun dualarından ibarətdir. Digər 
“Veda”lardan fərqli olaraq, burada təkcə tanrılar və əfsanələr haqqında deyil, 
bəşər övladından, onun fərdi və ictimai həyatından, qorxu və xəstəliklərindən, 
eləcə də insan həyatının digər tərəflərindən bəhs olunur. “Atharvaveda”da
həmçinin tibb və nücum elmi ilə bağlı məlumatlara da yer verilib.
Hinduizmin müqəddəs kitablarının ikinci qrupunu təşkil edən “Smriti” 
(sanskrit dilində “yadda saxlanılan” deməkdir) mətnlərinə gəlincə, hinduistlər 
inanırlar ki, bu külliyyat vəhy vasitəsi ilə deyil, rəvayət yolu ilə formalaşmışdır. 
“Smriti” külliyyatına bu kitablar daxildir: 
1. “Vedanqa” – özündə qrammatika, nücum kimi elmlərlə bağlı 
məlumatları ehtiva edən, həmçinin dini ayinlərin yerinə yetirilmə qaydasını 
açıqlayan kitablar toplusu
2. “Dharmaşastra”lar və ya qanunlar;
3. Puranalar və ya qədim əhvalatlar; 
4. “İtixas”lar və ya dastanlar; 
5. “Aqama”lar və ya ehkamlar.
Qeyd edək ki, “Mahabharata” və “Ramayana” kimi məşhur hind dastanları, 
eləcə də “Mahabharata”nın bir hissəsi olan “Bhaqavat-Gita” Hinduizmin 
müqəddəs kitablarının “Smriti” qrupuna daxildir. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin