Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə81/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   77   78   79   80   81   82   83   84   ...   175
1 Multikulturalizmə giriş 2019

(“triratna”)
adlanan bu etik prinsiplərə riayət etmək lazımdır: 
1. Mahaviraya inam; 
2. Təlimin mahiyyətini dərk etmək; 
3. Doğru davranış, saleh əməl. 
Üçüncü etik prinsip Caynizmin ardıcıllarının rahiblərə və dünyəvilərə 
bölünməsinə səbəb olmuşdur. Belə ki, dünyəvilər yalnız əxlaqi normalara riayət 
etmək öhdəliyi daşıdıqları halda, rahiblər sərt zahid həyat tərzi sürürlər. Qeyd 
etmək lazımdır ki, Caynizmdə rahiblər olduqca ağır qaydalara riayət edirlər. 
Məsələn, rahiblər saç saxlamamalı, onları kökündən qoparmalıdırlar.
Bu dində canlılara zərər vermək 
(“ximsa”)
olduqca böyük günah sayılır. 
Günaha batmamağa görə rahiblər suda ola biləcək canlı varlıqlara zərər 
verməmək üçün onu süzgəcdən keçirir, həşəratları əzməmək üçün qabaqlarını 
xüsusi süpürgə ilə süpürür, canlı orqanizmləri udmamaq üçün ağızlarını parça 
ilə bağlayırlar. Caynizmin mənsublarına gecə vaxtı hərəkət etmək və hər hansı 
iş görmək qəti qadağandır. Çünki qaranlıqda özündən asılı olmadan canlı varlığa 
zərər yetirmək mümkündür.
Caynizmin tələblərinə görə, rahib eyni yerdə uzun müddət yaşaya bilməz.
Bu dinin 
“diqambara”
lar (sanskrit dilində “səma geyinən”.- Red.) adlı əsas 
dini cərəyanına görə, rahiblər paltar geyinməkdən belə imtina etməlidirlər. 


MULTİKULTURALİZMƏ GİRİŞ
184
Adıçəkilən çərəyanın bəzi rahibləri sansaradan xilas olmaq üçün könüllü şəkildə 
ac qalaraq ölməyə üstünlük verirlər. 
“Şvetambara”
lar (sanskritcə “ağ paltarlara 
bürünənlər” deməkdir.- Red.) adlı Caynizmin digər qolunun tələblərinə əsasən, 
rahiblər yalnız ağ paltar geyinməlidirlər. 
Qatı vegetarian olan caynlar həyatlarında beş əsas əxlaqi qaydaya riayət 
etməyə çalışırlar: 
1. 
Ahimsa
- canlılara zərər verməmək; 
2. 
Satya
– səmimi və düz danışan olmaq; 
3. 
Asteya
- oğurluq etməmək; 
4. 
Brahmaçarya
– zina etməmək; 
5. 
Apariqraha
– var-dövlət, dünya malı dalınca qaçmamaq.
Dini mətnlər
Caynizmin dini mətnlər toplusu uzun əsrlər boyu şifahi şəkildə nəsildən-
nəsilə ötürülmüş, e.ə. III əsrdə onların sistemə salınması istiqamətində təşəbbüs 
göstərilmişdir. Belə ki, həmin dövrdə Pataliputre şəhərində Caynizmin ardıcılları 
dini təlimlərinin sistemləşdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi 
məqsədilə ilk dini məclislərini keçirmişlər. Məclisdə şifahi surətdə ötürülən 
Caynizm təliminin yazıya alınması və qaydaya salınması məqsədilə addımlar 
atılmış, Mahaviraya aid edilən 
“Purva”
(“Erkən təlim”) adlı dini mətnlər 
toplusunun məzmunu müəyyənləşdirilməyə çalışılmışdır.
Bizim eranın I-II əsrlərində Caynizmin görkəmli xadimlərindən olan 
Umasvati
“Tattvarthadhiqama-sutra”
(sanskritcə “kateqoriyaların mənasını 
anlamaq sutrası”. –Red.) adlı əsərdə Caynizmin dini-fəlsəfi irsini bir yerə 
toplayaraq sistemləşdirmişdir. Bizim eranın V əsrində Valabhi şəhərində 
şvetambaralar, yəni ağ paltara bürünən rahib-caynlar dini məclis çağıraraq 
Caynizmin dini mətnlərini sonuncu dəfə nəzərdən keçirib sistemləşdirdilər. Bu 
məclisdə 45-dən 50-dək dini mətn Mahavira və onun şagirdlərinin təlimlərini 
ehtiva edən nüfuzlu qaynaq kimi qəbul olundu. Caynizmin digər cərəyanının 
mənsubları, yəni paltar geyinməkdən imtina edən diqambaralar isə Valabhidə 
keçirilmiş şvetambaraların məclisinin qərarını və dini mətnlərini tanımayaraq, 
özlərinə məxsus dini kitablar tərtib etdilər.
Qeyd edək ki, şvetambaraların dini mətnlər toplusu 
“aqama”
və ya 


185
MİLLİ DİNLƏR 
“siddhanta”
adlandırılır. Prakrit dilində yazılmış həmin külliyyat aşağıdakı dini 
əsərlərdən ibarətdir: 
1.”
Purv”lar.
On dörd hissədən ibarət olan “Purv”lara Mahaviranın 
məktubları daxildir; 
2.
“Anq”lar (“Üzvlər”).
Caynizmin ən qədim dini mətnləri hesab 
olunur. On iki hissədən ibarət olan “Anq”larda Mahaviranın həyatı təsvir edilir, 
Caynizmin etiqad prinsipləri və təlimin əsasları yer alır. Bu mətndə həmçinin 
rahib və rahibələr üçün qaydalar göstərilir, müqəddəslər haqqında danışılır və 
başqa dini inancların əsassızlığı sübuta yetirilməyə çalışılır; 
3.
“Upanq”lar (“Kiçik üzvlər”).
On iki dini əsərdən ibarət olan 
“Upanq”larda kainatın, o cümlədən yerin və göy cisimlərinin quruluşu, habelə 
müqəddəslərin həyatları haqqında bəhs olunur; 
4.
“Prakirn”lar (“Qarışıq dini kitablar”).
On hissədən ibarət olan 
“Prakirn”larda müxtəlif mövzulara dair nəsihətlər yer alıb; 
5. “Çxeda-sutra”lar (“Natamam sutralar”). Yeddi hissədən ibarət olan 
“Çxeda-sutra”larda rahib və rahibələr üçün qaydalardan bəhs olunur; 
6.
 “Mula-sutra”lar (“Başlıca sutralar”).
Dörd dini əsərdən ibarət olan 
“Mula-sutra”lar zahidlər üçün masaüstü kitab mahiyyətindədir; 
7. 
“Nandi-sutra” (“Kömək edən sutralar”)
- rahiblər üçün yazılmış 
ensiklopedik dini bilikləri və şərhləri ehtiva edir; 
8. 
“Anuyoqa-dvara-sutra” (“Axtarışçı sutranın darvazası”)
– bu dini 
mətndə biliyin mahiyyəti müzakirə olunur. 
Caynizmin digər qolunun ardıcıllarının, yəni diqambaraçılararın dini 
əsərlərinə gəlincə, ilk növbədə qeyd etmək lazımdır ki, onların kitabları prakrit 
və sanskrit dillərində qələmə alınmışdır. Diqambaraçılar bu dörd dini kitabı 
qəbul edirlər: 
1. 
“Pratxama - anuyoqa”
– bu dini əsərlər toplusuna “dünya tarixi” barədə 
bəhs edən mətnlər daxildir; 
2.
“Karana-anuyoqa”
- burada kainatın quruluşu haqda bəhs edən dini 
əsərlər toplanılıb; 
3.
“Dravya-anuyoqa”
– dini-fəlsəfi əsərlərdən ibarətdir; 
4. 
“Çarana-anuyoqa”
– etika və dini ayinlər üzrə mətnlərdən ibarətdir.


MULTİKULTURALİZMƏ GİRİŞ
186

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin