Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə92/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   88   89   90   91   92   93   94   95   ...   175
1 Multikulturalizmə giriş 2019

mantraları
təkrarlamaqla 
dini ayinlərini yerinə yetirirlər. 
Mantra
- sanskrit dilində “təfəkkür aləti” 
mənasına gəlir; meditasiya məqsədilə təkrarlanan sanskritcə səslər, hecalar, 


MULTİKULTURALİZMƏ GİRİŞ
210
sözlərdir. Hinduizmin ardıcıllarına görə, mantralar böyük psixoloji və mənəvi 
təsirə malikdir. Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin ardıcılları kollektiv 
şəkildə meditasiya edərkən daha çox “Hare Krişna” mantrasını oxuyurlar. Həmin 
mantra sanskritcə belə səslənir: 
Hare Krişna, Hare Krişna, Krişna Krişna, Hare 
Hare; Hare Rama Hare Rama, Rama Rama, Hare Hare
. Krişnaçılar bu mantranı 
təkcə ibadətgahlarda deyil, həm də ictimai yerlərdə musiqi sədaları altında 
oxuyur, beləliklə həm ianə yığır, həm də etiqadlarını təbliğ edirlər. Bununla 
yanaşı, Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin üzvləri festivallar və yoqa üzrə 
seminarlar keçirmək, dekorativ-tətbiqi sənətlərini nümayiş etdirmək, eləcə 
də ucuz qiymətə öz dini ədəbiyyatlarını satmaq yolu ilə inanclarını yaymağa 
çalışırlar.
Krişnaçı rahiblər zəfəran və ya narıncı rəngli paltarlar geyinir, qadınlarla 
ünsiyyətdən tamamilə qaçır, mal-mülkdən imtina edir, sədəqə hesabına yaşayır, 
başlarının arxasında “şikxa” adlanan bir dəstə tük saxlamaqla saçlarını təmiz 
qırxır, bir sözlə zahidanə həyat sürməyə çalışırlar. 
Qeyd etmək lazımdır ki, krişnaçılar Azərbaycanda ötən əsrin 90-cı 
illərinin əvvəllərində fəaliyyət göstərməyə başlamışlar. Təbliğatlarında uğur 
qazanmaq üçün onlar “Bhaqavat-gita olduğu kimi” və digər krişnaçı ədəbiyyatı 
Azərbaycan dilinə tərcümə etmişlər. Respublikamızda krişnaçıların əsas 
fəaliyyət dairəsi Bakı və Sumqayıt şəhərlərini əhatə edir. Eyni zamanda, Bakı 
şəhərində onların bir ibadətgahı mövcuddur. 
Yeddinci günün adventistləri
Adventizm
XIX əsrin əvvəllərində ABŞ-da yaranmışdır. Onun banisi 
Hampton şəhərinin (Nyu-York ştatı) baptist icmasının moizəçisi 
Vilyam Miller 
(1782-1849) hesab olunur. 
İki il Bibliyanı tədqiq edən V.Miller 1818-ci ildə “Əhdi-Ətiq”in Daniel 
Peyğəmbərinin Kitabına istinad edərək belə qənaətə gəldi ki, təqribən 1843-
cü ildə İsa Məsihin ikinci gəlişi baş verməlidir. Bundan sonra o, cəmiyyətdə 
tezliklə qiyamətin qopacağı ilə bağlı təbliğat aparmağa başladı. V.Miller öz 
dini ideyalarını çoxsaylı konfranslar, seminarlar vasitəsi ilə yayırdı. Onun 
təbliğatı nəticəsində 
milleritlər
, yaxud 
adventistlər
(latınca “adventus” – zühur 
etmək. –Red.) adlanan yeni protestant hərəkatın əsası qoyuldu. Zaman keçdikcə 


211
MÜASİR DÖVRDƏ DİN
bu hərəkata on minlərlə insan qoşulmağa başladı. Bunun əsas səbəbi o idi ki, 
XIX əsrin əvvəllərində ABŞ-da yaşanan sənaye inqilabına görə milyonlarla 
adam, xüsusən xırda ticarətçilər, kiçik fermer və sənətkarlar iflasa uğramışdı. 
Kasıblaşmış əhali V.Millerin axır zamanla bağlı xəbərini böyük sevinclə 
qarşılamışdı. Məzlum camaat ümid edirdi ki, İsa Məsih tezliklə zühur edəcək, 
öz İlahi Padşahlığını quracaq və beləliklə də kasıb və səfillər dünyanın əzab-
əziyyətindən xilas olacaqlar. 
Eyni zamanda, o, 
“Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-
cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən 
dəlillər”
adlı kitab yazaraq İsa Məsihin 21 mart 1843 – 21 mart 1844-cü il 
tarixləri arasında yenidən zühür edəcəyini bildirdi. 
V.Millerin axır zamanla bağlı xəbərlərinin təsiri altında on minlərlə 
ABŞ sakini 21 mart 1843-cü ildə ağ libaslara bürünərək İsa Məsihi qarşılamaq 
üçün dağlara qalxdılar. Ancaq onların gözləntiləri boşa çıxdı. Onda Millerin 
tərəfdarları İsa Məsihin ikinci gəlişinin 21 mart 1844-cü ilədək baş verəcəyinə 
ümid etdilər. Lakin yenə də verilən müjdə həyata keçmədi. Bundan sonra 
1844-cü ilin may ayında Bostonda adventistlərin illik konfransında V.Miller 
açıq-aşkar səhv etdiyini bildirərək zühur tarixini müəyyənləşdirmək cəhdindən 
əl çəkdiyini vurğuladı. Buna baxmayaraq, onun tərəfdarlarından biri – Semuel 
Snou İsa Məsihin 22 oktyabr 1844-cü ildə gələcəyini iddia etdi. 
Adventistlər bu xəbəri böyük sevinclə qarşıladılar. Onlar öz 
təsərrüfatlarını, iş-güclərini atıb gedir, evlərini, mal-mülklərini satır, səhərdən 
axşamadək tövbə və dualar edirdilər. Amma 22 oktyabr 1844-cü ildə də 
gözlənilən hadisə baş vermədi və adventistlər böyük məyusluq yaşadılar. 
Həmin gün adventizm tarixinə 
“Böyük Məyusluq Günü”
kimi düşdü. Bundan 
sonra bir çoxları adventizm hərəkatından üz döndərdi. Hərəkata sadiq qalanlar 
isə müxtəlif qruplara parçalandılar, nəticədə “
Yevangelist adventislər”, “Allah 
kilsəsi”, “İkinci günün adventisləri”
kimi kilsələr yarandı. 
Milleritlər hərəkatı daxilində Əhdi-Ətiqin şənbə günü ilə bağlı hökmünə 
riayət edən kiçik bir qrup da vardı. Digər xristianlardan fərqli olaraq, bu qrupun 
üzvləri bazar gününü deyil, şənbəni müqəddəs sayırdılar. Onlar həmin gün 
işləmir və özlərini tamamilə ibadətə həsr edirdilər. 
Şənbəyə riayət edən adventistlər digər milleritlərdən 1844-cü ildə 
ayrıldılar. Onlar 1860-cı ildə Batl-Krik şəhərində (Miçiqan ştatı) qurultay 


MULTİKULTURALİZMƏ GİRİŞ
212
keçirərək özlərini 
“Yeddinci günün adventistləri”
adlandırdılar. 20 may 
1863-cü ildə yenə Batl-Krik şəhərində onların ilk Baş konfransı keçirildi. 
Baş konfransda Yeddinci Günün Adventistləri Kilsəsinin təşkilati strukturu 
müəyyənləşdirildi və nizamnaməsi hazırlandı. 
Yeddinci Günün Adventistləri Kilsəsinin təşəkkülündə qızlıq soyadı 
Harmon olan
Ellen (Yelena) Quld Uayt
(1827–1915) adlı qadın mühüm rol 
oynamışdır. O, Tanrıdan vəhy aldığını iddia etmişdir. E.Uaytı peyğəmbər 
olaraq qəbul edən Yeddinci günün adventistləri inanırlar ki, onun çoxaylı 
əsərləri vəyhin təsiri altında qələmə alınmışdır.
E.Uayt Yeddinci Günün Adventistləri Kilsəsinin etiqadi prinsiplərini 
formalaşdırmış, “Əhdi-Ətiq”də yeyilməsi haram sayılan heyvanların ətini 
(donuz, pulcuqsuz balıq və s.) öz tərəfdarlarına qadağan etmiş, eləcə də onlara 
öz qida rasionlarından ət məhsullarını, alkoqollu və kofein tərkibli içkiləri 
(çay, qəhvə və s.), ədviyyatları çıxarmağı tövsiyyə etmişdir. Həmçinin onun 
təşəbbüsü ilə adventistlər dünyanın müxtəlif ölkələrində iri təhsil və tibb 
müəssisələri açmış, missioner fəaliyyətə başlamışlar. Nəticədə Yeddinci Günün 
Adventistləri Kilsəsi say etibarilə ən böyük adventist cərəyanına çevrilmişdir. 
Müasir dövrdə dünyada Yeddinci Günün Adventistləri Kilsəsinin 
üzvlərinin sayı 20 milyon nəfərdən yuxarıdır. 1894-cü ildən Azərbaycanda 
fəaliyyət göstərən Yeddinci günün adventistlərinin ölkəmizdəki sayı isə hazırda 
500 nəfərdən çoxdur. Respublikamızın Bakı və Gəncə şəhərində Yeddinci 
Günün Adventistləri Kilsəsinin iki rəsmi icması fəaliyyət göstərir. 



213
MÜASİR DÖVRDƏ DİN

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin