Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Dini radikalizm və onunla mübarizə yolları



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə93/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   89   90   91   92   93   94   95   96   ...   175
1 Multikulturalizmə giriş 2019

5.3.Dini radikalizm və onunla mübarizə yolları
“Radikalizm” termini latın dilindəki 
“radix” (radiks
) sözündən götürülüb, 
mənası əsas, köklü deməkdir. XVIII əsrin sonlarında İngiltərədə yaranan, sonra 
isə XIX əsrdə Avropa qitəsində yayılan bu termin ictimai-siyasi, iqtisadi və 
mədəni islahatlara, eləcə də müvafiq islahat təcrübəsinə əsaslanan fəaliyyət 
mənasında işlədilmişdir. Bu gün isə daha çox siyasi münasibətlərin, eləcə də 
siyasi sistemin əsas institutlarının qətiyyətli, köklü dəyişdirilməsinə yönəldilmiş 
ifratçı siyasi ideyaları və fəaliyyəti ifadə edir.
Əvvəlcə siyasi mahiyyətdə işlədilən “radikalizm” müasir dövrdə həm də 
müxtəlif sahələrdə, o cümlədən dində köklü dəyişikliklər etməyə cəhd göstərən 
qruplara şamil olunur. Bu mənada 
“dini radikalizm” və ya “radikal dini qruplar”
tez-tez rast gəldiyimiz ifadələrdir. 
Dini radikalizm hansısa dinin üstünlüyünü, 
xüsusi imtiyaza malik olduğunu təbliğ etməklə digər etiqadların mənsublarına 
qarşı dözümsüz münasibət göstərən ifratçı sosial-dini fenomendir.
Dini radikallar 
isə bu cür ideyaların təsirinə məruz qalmış, din adı altında gizlənən fərdlər və ya 
qruplardır. Əslində, dini radikalizm termin kimi yeni olsa da, ictimai hadisə kimi 
yeni deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, 
günahsız insanların qanı axıdılıb. 
Ümumiyyətlə, tarixən istənilən dinin mənsubları arasında radikallar 
olub. Məsələn, Yəhudilikdə I əsrdə meydana çıxmış zelotları, Xristianlıqda 
tampliyerləri, İslamda həşşaşiləri və digərlərini göstərmək mümkündür. Halbuki, 
ibrahimi dinlərin prinsiplərinin təməlində sevgi, sülh, qardaşlıq və ədalət 
kimi ümumbəşəri, ülvi niyyətlər dayanır. Heç bir müqəddəs kitab başqa dinin 
nümayəndəsini öldürməyə, insanların dinini zorla dəyişdirməyə çağırmır. Həm 
“Tövrat”, həm “İncil”, həm də “Qurani-Kərim”də digər dinlərin mənsubları ilə, 
ümumiyyətlə, insanlarla xoş rəftar etmək və zorakılıqdan uzaq durmaq tövsiyə 
edilir. “Qurani-Kərim”in 
“Maidə”
surəsinin 32-ci ayəsində deyilir: 
“Hər kəs bir 
kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, 
bütün insanları öldürmüş kimi olur. Hər kimsə belə bir kimsəni diriltsə (ölümdən 
qurtarsa) o, bütün insanları diriltmiş olur”. 
Eyni mahiyyətli fikirlərə Yəhudiliyin 
müqəddəs kitabında da rast gəlmək mümkündür: 
“Bir insanı öldürənin bütün 
dünyanı öldürmüş sayılacağını sənə öyrətmək üçün tək yaradıldın; Bir insanın 
canını qurtaran, bütün dünyanı xilas etmiş sayılcaq...”
(“Mişna”, “Sanedrin” 4:5). 


MULTİKULTURALİZMƏ GİRİŞ
214
Digər ibrahimi dinlər kimi, Xristianlıqda da humanizm prinsipləri önə 
çəkilir: 
“Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; 
çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur...”
(Əhdi-Cədid, Pavelin 
romalılara məktubu, 13:8-10). 
Bütün bunlardan sonra haqlı bir sual yaranır: dinlər sülhü, rifahı və 
əmin-amanlığı təbliğ etdikləri halda, dini radikalizm necə yaranır və nədən 
qaynaqlanır?! Radikalizmə aparan yol 
fanatizmdən
başlayır. Fanatik dindarlıq 
isə cahillikdən doğur. Bu cür dindarlar Tanrını dərk etmədən Onu “razı salmağa” 
çalışır, savadlı dindar isə Tanrını razı salmağa Onu tanıyıb öyrənməklə başlayır. 
Çünki inanc təkcə qəlb işi deyil, həm də ağıl işidir. Axı Yaradanı dərk etmədən 
Onun bizdən nə istədiyini, bizi necə görmək istədiyini anlaya bilmərik. 
Fanatizm hər hansı bir inanca və ya baxışa ifrat dərəcədə bağlılıq, digər 
düşüncə tərzlərinə qarşı dözümsüzlük deməkdir. Dini fanatizm dini ideyalara 
hansısa tənqidi yanaşmanı istisna edən kor-koranə, həddindən artıq bağlılığı və 
real həyatda onlara şərtsiz riayət etməyi nəzərdə tutur. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin