Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Müasir Azərbaycanda dövlət–din münasibətləri



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə95/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   91   92   93   94   95   96   97   98   ...   175
1 Multikulturalizmə giriş 2019

5.4.Müasir Azərbaycanda dövlət–din münasibətləri
Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin müasir inkişaf 
mərhələsi xalqımızın 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdiyi 
dövrdən başlayır. Belə ki, ateizmi dövlət ideologiyası səviyyəsinə qaldıran 
Sovet İttifaqının süqutu ilə imperiya buxovlarından yenicə qurtulmuş ölkəmizdə 
din sahəsində tətbiq edilən qadağalara son qoyuldu, vətəndaşların dini etiqad və 
vicdan azadlığı təmin olundu. 
Müstəqilliyin ilk illərində dövlət-din münasibətləri sahəsində baş verən 
müsbət dəyişikliklərlə yanaşı, qanunvericilikdə mövcud olan boşluqlardan öz 
məkrli məqsədləri üçün istifadə etməyə çalışan destruktiv qruplar da meydana 
çıxdı. Xaricdəki bəzi dairələr tərəfindən idarə olunan həmin qruplar ənənəvi 
milli-mənəvi dəyərlərimizə qarşı çıxaraq ifrat dini ideyaları və dözümsüzlüyü 
təbliğ edir, bununla da cəmiyyətdə dini zəmində ayrı-seçkilik və ədavət salmağa, 
dini şüarlar altında ictimai-siyasi sabitliyi pozmağa səy göstərirdilər. 
Bütün bu neqativ amillər isə qanunvericilikdə mövcud olan boşluqların 
aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını zəruri edirdi.
Odur ki, 20 avqust 1992-ci ildə 
“Dini etiqad azadlığı haqqında”
Azərbaycan 
Respublikasının Qanunu qəbul olunaraq dini qurumların statusu, hüquq və 
vəzifələri müəyyənləşdirildi.
Lakin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində əsl irəliləyiş 
ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə ikinci dəfə 
gəlişi ilə baş verdi. Ümummilli lider hakimiyyətə yenidən qayıtdıqdan sonra 
dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə problemlərin həlli və 
sabitliyə nail olunması, eləcə də milli-mənəvi dəyərlərimizin hifz edilməsi, 
tarixən ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrin qorunaraq 
inkişaf etdirilməsi istiqamətində coxşaxəli, mühüm tədbirlər həyata keçirdi. 
Eyni zamanda, ölkəmizi dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, 
məzhəb ayrı-seçkiliyi salmaq istəyən qüvvələrin niyyətlərini puç etdi, etnik-
dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı Azərbaycançılıq 
məfkurəsi ətrafında birləşdirdi. 
Heydər Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsində ən mühüm 
addım 1995-ci ildə atıldı. Həmin il noyabrın 12-də ümummilli liderin rəhbərliyi 
ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi 


219
MÜASİR DÖVRDƏ DİN
yolu ilə qəbul edildi. Məhz ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiyamızda 
dövlət-din münasibətlərinin əsas prinsipləri müəyyənləşdirildi. 
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət və din 
münasibətlərini şərh edən müddəalara nəzər yetirək. Konstitusiyanın 
7-ci 
maddəsində
Azərbaycan dövlətinin 
demokratik, hüquqi, dünyəvi, unitar
respublika olduğu göstərilir. Həmçinin Konstitusiyanın 
18-ci maddəsində
Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu bildirilərək 
dövlətimizin dünyəvi quruluşa malik olduğu bir daha vurğulanır. Həmin maddədə 
bütün dini etiqadların qanun qarşısında bərabər olduğu, dövlət təhsil sisteminin 
dünyəvi xarakter daşıdığı bəyan edilərək respublikamızda insan ləyaqətini 
alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini cərəyanların 
təbliğinə qadağa qoyulduğu qeyd olunur. 
Konstitusiyanın 18-ci maddəsində bütün dini etiqadların qanun 
qarşısında bərabər olması barədə yer alan müddəa açıq-aydın onu göstərir 
ki, Azərbaycanda rəsmi və ya dövlət dini mövcud deyildir. Bu baxımdan 
Azərbaycan digər bir çox dünyəvi dövlətlərdən fərqlənir. Məsələn, özlərini 
dünyəvi dövlət elan edən İngiltərədə Anglikan Kilsəsi, Danimarkada isə 
lüteran məzhəbi, yaxud daha dəqiq desək, Danimarka Xalq Kilsəsi rəsmi din 
statusundadırlar ki, bu da həmin dini institutları digər din və konfessiyalardan 
daha üstün məqama qaldırır. Eyni mənzərəni bir sıra postsovet ölkələrdə də 
müşahidə etmək mümkündür. Belə ki, Ermənistan dünyəvi dövlət quruluşuna 
malik olsa da, Erməni Qriqoryan Kilsəsinə əlavə hüquq və imtiyazlar tanınıb. 
Bu isə faktiki olaraq dövlət tərəfindən dini qurumlar arasında ayrı-seçkiliyə 
yol verildiyi mənasına gəlir. Halbuki Azərbaycanda başqa mənzərəni görürük. 
Ölkəmizdə əhalinin təqribən 96 faizi özünü İslam dininin mənsubu sayır. Buna 
baxmayaraq, ölkə qanunvericiliyində hər hansı müsəlman dini təşkilatına və 
ya islam məzhəbinə qanunla əlavə imtiyazlar verilməyib. Yəni din sahəsində 
tam bərabərlik təmin olunub. Odur ki, Azərbaycanın dünyəvi modeli bir çox 
sekulyar dövlətlərlə, o cümlədən qonşu ölkələrlə müqayisədə daha mütərəqqi 
və ədalətli səciyyə daşıyır.
Başqa sözlə, ölkəmizdə ənənəvi dini quruma əlavə imtiyazlar verilib 
ayrı-seçkilik edilmir. Bu mənada Azərbaycanın dünyəviliyi bir çox sekulyar 
dövlətlərlə, o cümlədən qonşu ölkələrlə müqayisədə daha mütərəqqi və ədalətli 
səciyyə daşıyır.


MULTİKULTURALİZMƏ GİRİŞ
220
Azərbaycan Respublikası Konstitusiyasının 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin