Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə96/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   92   93   94   95   96   97   98   99   ...   175
1 Multikulturalizmə giriş 2019

48-ci maddəsində
də vicdan 
azadlığı ilə bağlı olduqca demokratik və mütərəqqi prinsiplər yer alıb. Həmin 
maddədə vicdan azadlığı aşağıdakı kimi təsbit olunub: 
I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə 
təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad 
etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ 
vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya 
ictimai əxlaqa zidd deyildirsə sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi 
istiqamətində həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də 21 iyun 2001-ci ildə 
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 
yaradılmasıdır. Belə ki, DQİDK - dini fəaliyyət sahəsində dövlət siyasətini həyata 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə birgə ənənəvi 
iftar mərasimində.


221
MÜASİR DÖVRDƏ DİN
keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu orqanın vəzifələri sırasına dini 
etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi 
və inkişafının təmin edilməsi, dini etiqad sahəsində maarifləndirmə işinin 
aparılması, dini qurumların dövlət qeydiyyatının həyata keçirilməsi, müvafiq icra 
hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi, 
öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsi, 
həmçinin qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlər daxildir.
Onu da qeyd edək ki, milli-mənəvi dəyərlərin və dini-tarixi abidələrin 
qorunması, ziyarətgah, məscid, kilsə və sinaqoqların bərpası, yaxud yeni 
ibadət yerlərinin tikilməsi, etnik-dini azlıqların dini tələbatlarının daim diqqət 
mərkəzində saxlanılması, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların 
rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi, dini bayram və əlamətdar günlər 
münasibəti ilə ölkəmizdə yaşayan müsəlman, xristian və yəhudilərə təbriklərin 
ünvanlanması Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu din siyasətinin 
tərkib hissəsini təşkil edirdi. 
Göstərilən faktlar sübut edir ki, məhz ümummilli liderin din sahəsində 
həyata keçirmiş olduğu uzaqgörən siyasət nəticəsində Azərbaycanda nümunəvi 
dövlət-din münasibətləri modeli formalaşmışdır. Bu gün həmin siyasət 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla 
davam etdirilir. Bu, ilk növbədə, milli-mənəvi dəyərlərimizin hifz edilməsi, 
ölkədə mövcud olan multikultural və tolerant ənənələrin qorunaraq dünya 
miqyasına çatdırılması, ibadətgahların əsaslı şəkildə bərpa olunması, yaxud 
yeni ibadət yerlərinin tikilərək dindarların istifadəsinə verilməsi, dini icmaların 
fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsi, dinlərarası 
münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında təzahür 
edir.
Təkcə onu qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyevin 
tapşırığı və müvafiq sərəncamları ilə xalqımız üçün çox böyük dəyər kəsb edən 
Bakıdakı Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində, Şamaxıdakı Cümə 
məscidində, Gəncə şəhərindəki İmamzadə kompleksi və Naxçıvan Muxtar 
Respublikasındakı Əshabi-Kəhf ziyarətgahında əsaslı tikinti və yenidənqurma 
işləri həyata keçirilmişdir. Həmçinin Prezident İlham Əliyevin Sərəncamına 
əsasən Bakı şəhərində Heydər məscidi inşa olunmuşdur. 26 dekabr 2014-cü ildə 
istifadəyə verilən bu məscid kompleksi Qafqazın ən böyük məscidi sayılır. 


MULTİKULTURALİZMƏ GİRİŞ
222
Azərbaycanda fəaliyyət göstərən qeyri-müsəlman dini icmaları da dövlət 
başçısının diqqət və qayğısı ilə əhatə olunmuşdur. Buna nümunə kimi Prezident 
İlham Əliyevin göstərişi əsasında Bakı şəhərində tikilmiş dağ yəhudilərinin 
sinaqoqunu və ya Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının 
Pravoslav Dini-Mədəniyyət Mərkəzini göstərmək olar. 
Ölkə ərazisində yerləşən ibadət yerlərinə - məscidlərə, kilsələrə, 
sinaqoqlara müəyyən edilmiş limit daxilində pulsuz təbii qazın verilməsi, 
müsəlman, yəhudi və xristian dini qurumlarına dövlət tərəfindən maliyyə 
yardımının ayrılması da Azərbaycan dövlətinin həyata keçirdiyi tolerant və 
multikultural siyasətin bariz nümunəsidir. Təsadüfi deyildir ki, Azərbaycan bu 
gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir.
Burada Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, UNESKO-
nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik 
etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusən qeyd edilməlidir. Bu fond dini 
tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan 
dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, 
dünyada dinlərarası və konfessiyalararası münasibətlərin inkişafına böyük töhfə 
verir. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə 
“Tolerantlığın ünvanı - 
Azərbaycan”
layihəsi çərçivəsində nəhəng işlərə imza atılmış, ölkə daxilində 
və xaricində müxtəlif dini konfessiyalara mənsub ibadət ocaqları inşa və ya 
bərpa olunmuş, xalqımızın tolerantlıq ənənələrinin beynəlxalq aləmdə təbliği 
məqsədilə foto-sərgilər təşkil edilmişdir. 
Azərbaycan dövlətinin həyata keçirdiyi din siyasəti haqqında danışarkən 
dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi və 
təkmilləşdirilməsi, habelə ölkəmizdə mövcud olan tolerant və multikultural 
durumun daha da möhkəmləndirilməsi məqsədilə təsis edilmiş müxtəlif qurumlar 
barədə də bəhs etmək lazımdır. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti 
Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər 
şöbəsinin, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması 
xüsusi qeyd edilməlidir.
Dövlət başçısı İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə 
Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da müasir Azərbaycanda 
dövlət-din münasibətlərinin inkişaf tarixində baş vermiş mühüm hadisələrdən 
sayılır. Ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin 


223
MÜASİR DÖVRDƏ DİN
qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini 
təmin etmək məqsədi ilə təsis edilən və Dini Qurumlarla İş üzrə Dövlət 
Komitəsinin tabeliyində fəaliyyət göstərən Fond mənəvi dəyərlərin qorunması və 
inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların 
dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-
kommersiya hüquqi şəxsdir. 
Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına 
əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da ölkəmizdə dövlət-
din münasibətlərinin tənzimlənməsi sahəsində baş vermiş digər mühüm 
hadisələrdən biridir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində 
fəaliyyət göstərən həmin institutun təsis edilməsində əsas məqsəd Azərbaycan 
xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi 
olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, 
dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını 
təmin etməkdir. İnstitutda təhsil iki istiqamətdə, İslamşünaslıq və Dinşünaslıq 
ixtisasları üzrə həyata keçirilir. Habelə institutda bir fakültə (İlahiyyat), üç 
kafedra (İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər) mövcuddur.
Beləliklə, yuxarıda göstərilən faktlar bir daha təsdiqləyir ki, ölkəmizdə 
özünəməxsus dövlət-din münasibətləri modeli formalaşmışdır. Bu model 
Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərinə, tarixən ölkəmizdə mövcud 
olan tolerant və multikultural ənənələrə, həmçinin mütərəqqi, ümumbəşəri, 
demokratik və dünyəvi prinsiplərə, beynəlxalq hüquq normalarına uyğun olan 
qanunvericilik bazasına əsaslanır.


MULTİKULTURALİZMƏ GİRİŞ
224

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin