Fəslə aid suallar 1.
Sekulyarlaşma nəzəriyyəsinin əsas müddəaları nədən ibarətdir?
2.
Sekulyarlaşmanın üç səviyyəsi haqqında məlumat verin.
3.
Dinin transformasiyası nəzəriyyəsini izah edin.
4.
Müasir ingilis sosioloqu Qreys Devinin “mənsubiyyətsiz iman” (“believ
-
ing without belonging”) ifadəsini açıqlayın.
5.
Xose Kazanova dünyada cərəyan edən ictimai-siyasi proseslərdə dinin
fəal rol oynadığını sübuta yetirmək üçün hansı arqumentləri gətirir?
6.
“Sekulyarlaşmanın əfsanə olması” nəzəriyyəsini irəli sürən alimlər müla
-
hizələrini hansı dəlillərlə əsaslandırırlar?
7.
Sizcə elmi-texnoloji tərəqqi, dünyada geniş vüsət alan modernləşmə və
müasirləşmə prosesləri dinin bir dünyagörüşü tərzi kimi yoxa çıxmasına
səbəb olacaqmı? Cavabınızı əsaslandırın.
8.
“Yehovanın Şahidləri” dini təşkilatı harada və nə vaxt yaranıb?
9.
Yehovaçıların dövlət atributlarına, Vətən anlayışına, hərbi xidmətə münasibəti
necədir? Onlar hansı tibbi müdaxiləyə qarşı çıxırlar?
10.
“Yehovanın Şahidləri” təşkilatının daxilində mövcud olan idarəetmə
sistemi necə adlanır? Bu idarəetmə sistemi haqqında məlumat verin.
11.
Vəhdət Kilsəsi harada yaranmışdır və bu dini təşkilatın banisi kimdir?
12.
Munçuların müqəddəs kitabı necə adlanır?
13.
Munçular kimləri “həqiqi valideyn” hesab edirlər?
14.
Bəhailik hansı dini hərəkatın zəminində təşəkkül tapmışdır? Bu haqda
qısaca məlumat verin.
15.
Bəhai dininin əsas etiqadi prinsipləri hansılardır?
16.
Bəhailiyin mərkəzi harada yerləşir?
17.
Azərbaycanda bəhailiyin tarixi kökləri hansı əsrə gedib çıxır?
18.
Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin ardıcılları necə adlanırlar?
19.
Qaudiya-vayşnavizm dini cərəyanının mənsubları nəyə inanırlar? Bu
cərəyanın əsas özəlliyi nədir?
20.
Milleritlər kimin ardıcılları olublar?
21.
Yeddinci Günün Adventistləri Kilsəsi hansı dini hərəkatın zəminində
təşəkkül tapıb?
22.
Yeddinci günün adventistləri hansı günü müqəddəs sayırlar və digər
225
MÜASİR DÖVRDƏ DİN
xristianlardan hansı cəhətlərinə görə fərqlənirlər?
23.
Radikalizmin mahiyyəti nədir?
24.
Dini radikalizmə hansı amillər əlverişli zəmin yaradır?
25.
Səmavi dinlərin dini radikalizmə və zorakılığa münasibəti necədir?
26.
Dini radikalizmlə dini ekstremizmin fərqi nədir?
27.
Dini radikalizmlə hansı metodlarla mübarizə aparmaq olar?
28.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu
hansı tarixdə qəbul olunmuşdur?
29.
Azərbaycan Respublikasında dini qurumların statusunu, hüquq və
vəzifələrini hansı Qanun müəyyənləşdirir?
30.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmizdə
dövlət və din münasibətləri sahəsində hansı irəliləyişlər və mühüm
dəyişikliklər baş verdi?
31.
Vicdan azadlığı prinsipi Azərbaycan Respublikası Konstitusiyasının hansı
maddəsində bəyan olunur?
32.
Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu Konstitusiyanın
hansı maddəsində bildirilir?
33.
Azərbaycanın dünyəviliyi bir çox sekulyar dövlətlərlə, o cümlədən qonşu
ölkələrlə müqayisədə nə üçün daha mütərəqqi və ədalətlidir?
34.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə
ölkədə hansı müsəlman və qeyri-müsəlman ibadət yerləri və mərkəzləri
tikilmiş və ya təmir olunmuşdur?