Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


III BÖLMƏ ETNİK MÜXTƏLİFLİK



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə99/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   95   96   97   98   99   100   101   102   ...   175
1 Multikulturalizmə giriş 2019

III BÖLMƏ
ETNİK MÜXTƏLİFLİK


229
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
VI FƏSİL
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
6.1. Etnik birliklər və onların təkamülü
Dərsliyin I fəslində biz qeyd etmişdik ki, müasir dövrdə, xüsusilə 
də qloballaşma şəraitində, bütün ölkələrdə etnik, irqi, dini və ya mədəni 
müxtəlifliklər mövcuddur. Cəmiyyətdə mövcud olan müxtəlifliklər sistemində 
etnik müxtəliflikliyin tərkib hissəsi olan xalq və millətin formalaşması prosesi 
irqi, dini və dil müxtəlifliklərinə münasibətdə tarixin sonrakı mərhələlərində 
baş vermişdir. Etnik birliyin təkamülünün yüksək forması olan millətin 
formalaşması isə Yeni Dövrə təsadüf edir. Etnik birliyin hər bir forması tarixin 
müvafiq mərhələsində mühüm rol oynamışdır. 
Etnik birlik və ya etnos - öz ərazisinə, adına, dilinə, mədəniyyətinə, 
özünüdərkə mənsub olan tayfa, xalq və millət kimi insan birlikləridir.
Ailə, 
klan və qəbilə isə protoetnos qrupuna daxildir. Onlar etnoslarla müqayisədə 
daha kiçik birlik qruplarıdır. Protoetnoslar tayfa, sonralar isə xalq, millət kimi 
etnosların tərkibinə daxil olmuşdur. Protoetnosların müstəqil mədəniyyəti 
yoxdur. Etnoslarla onları yaxınlaşdıran amillərdən ümumi ərazini, birgə iqtisadi 
fəaliyyəti, ümumi tarixi göstərmək olar.
Tarix boyu hər bir etnos müəyyən amillərin təsiri altında müvafiq
dəyişikliklərə məruz qalır. Etnosun ilkin forması 
genişlənmiş ailədir.
Tədricən 
bir neçə genişlənmiş ailə qan qohumluğuna əsaslanan 
qəbilə və tayfalarda
birləşir. Qəbilə və tayfa sinfi cəmiyyətdən əvvəl, ibtidai icma quruluşu dövründə 
mövcud olmuşdur. 
Qəbilə
ortaq dilə, adət-ənənələrə, əraziyə, mənşəyə mənsub olan qan 
qohumlarını özündə birləşdirirdi. Qəbilə üzvləri öz qan qohumluqlarını dərk 
edərək ümumi adla öz birliklərini nümayiş etdirirdilər. Hər bir qəbilə 40-50 
nəfərdən ibarət idi. Qəbilənin iqtisadi əsasını icma mülkiyyəti təşkil edirdi. İcma 
mülkiyyətinə insanların yaşadıqları və özlərinə gündəlik ərzaq topladıqları ərazi 
daxil idi. 


MULTİKULTURALİZMƏ GİRİŞ
230
Tayfa
qəbiləyə münasibətdə ibtidai icma quruluşu çərçivəsində insanların 
daha yüksək birlik forması idi. Onun əsas fərqləndirici cəhəti eyni kökdən 
çıxmış, lakin sonradan bir-birindən ayrılmış qəbilələrin birləşməsi idi. Buna 
görə də tayfa qəbilədən sayca daha böyük insan qrupunu özündə birləşdirirdi. 
Bununla belə qeyd etmək lazımdır ki, tayfanın da əsasını qan qohumluğu təşkil 
edir. Buna görə də tayfa da qəbilə kimi etnik kateqoriya olaraq qalırdı. Eyni 
zamanda tayfanın meydana gəlməsi cəmiyyətdə qərarlaşmış çoxfunksiyalılığın 
parçalanmasına gətirdi. Bu, onunla izah olunurdu ki, qəbilə hələ də cəmiyyətin 
təsərrüfat hüceyrəsi olmaqda davam edirdi. Tayfa isə ictimai funksiyaların 
yalnız bir hissəsini həyata keçirirdi. Belə olan bir şəraitdə etnik birliyin təsərrüfat 
funksiyalarından ayrılması prosesi başladı.
Xalq
insanların birlik forması kimi tarixin daha yüksək inkişaf 
mərhələsində formalaşır. O, qəbilə və tayfadan fərqli olaraq əsas birləşdirici 
amil kimi qan qohumluğunu yox, ümumi ərazi, təsərrüfat fəaliyyəti, ortaq dil, 
mədəniyyət, adət-ənənə, psixi davranış tərzini ehtiva edir. Xalqın formalaşması 
ilk dövlətlərin meydana gəlməsindən sonra baş verir. Xalqın bu xüsusiyyətləri 
onun müxtəlif insan qrupları arasında ərazi, təsərrüfat və qonşuluq əlaqələrinə 
əsaslandığını göstərir. Bu isə öz növbəsində xalqın qəbilə və tayfadan fərqli 
olaraq mahiyyətinə görə sırf etnik deyil, sosial-etnik birlik forması olduğunu 
göstərir. Əgər tayfa iki daha çox qəbilənin birləşməsindən yaranan insanların 
birlik formasıdırsa, xalqı tayfaların sırf mexaniki birliyi, cəmi kimi təqdim 
etmək düzgün deyil. Çünki xalqın meydana gəlməsi etnik birliyin inkişafındakı 
keyfiyyətcə yeni mərhələdir. Xalqın formalaşması ilə insanların birliyinin təmin 
olunmasında qan qohumluğu amilinin rolu arxa plana keçir. Xalqın formalaşması 
ilə etnik birliyin əldə olunmasında ortaq dil, mədəniyyət, birgə təsərrüfat 
fəaliyyəti, iqtisadi əlaqələrin hüceyrələrinin yaranması kimi sosial faktorların 
əhəmiyyəti artır. Beləliklə, 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin