Mühasibat uçotu A.H.Əliyeva
181
MÜHASİBAT UÇOTUNUN TƏŞKİLİ
14.1.
Uçotun təşkili prinsipləri
İstənilən ölkədə mühasibat uçotunun təşkilinə 2 qrup
amillər təsir edir:
obyektiv və subyektiv amillər.
Obyektiv amillər milli iqtisadiyyatın
inkişaf xüsu-
siyyətlərini əks etdirir və bu amillərin təsirini ölkədə qüv-
vədə olan normativ-hüquqi bazanın təhlili ilə qiymətlən-
dirmək olar.
Subyektiv amillər isə qüvvədə olan mövcud
normativ-hüquqi baza şəraitində
mühasibat uçotunun
aparılmasının daha optimal üsullarının seçilməsini müəy-
yənləşdirir. Bu amillərin təsirini müəssisənin uçot siyasə-
tinin öyrənilməsi nəticəsində qiymətləndirmək olar.
Müəssisə və təşkilatların mühasibat uçotu onlar
tərəfindən təşkil edilmiş mühasibatlıqlar
və ya mərkəzi
mühasibatlıqlar tərəfindən həyata keçirilir. Mühasibat-
lıqlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
müəyyən etdiyi qaydada illik maliyyə hesabatlarını
tərtib
və təqdim etməlidir. Bu hesabatların hazırlanması, təqdim
olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar
qanunvericiliyin pozulmasına görə təqsirkar olan şəxslər
müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Bu cür
halların qarşısını almaq üçün maliyyə hesabatlarının
elementlərinin (aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və
xərclərin),
təşkilatlararası
hesablaşmaların,
pul
vəsaitlərinin və maddi qiymətlilərin, öhdəliklərin icrasının
və digər maliyyə-təsərrüfat faktlarının
uçotda düzgün əks