Mühasibat uçotu A.H.Əliyeva
183
14.2.Mühasibat uçotunun təşkilində
müəssisənin vəzifələri
Mühasibat uçotu idarəetmədə
mühüm vasitə olmaqla
yanaşı
planlaşdırmada,
müəssisə
təsərrüfat-maliyyə
fəaliyyətinin tənzimlənməsində, istehsalın daha yüksək
səviyyədə təşkil olunmasında əsaslı rol oynayır.
Müasir
idarəetmə sisteminin bazar iqtisadiyyatı tələblərinə uyğun
təşkili bilavasitə mühasibat uçotunun beynəlxalq uçot
sistemlərinə uyğun inkişafı və təkmilləşdirilməsi
ilə əlaqə-
dardır.
Mühasibat uçotunun təşkilində müəssisənin vəzifələri
aşağıdakılardır:
müəssisə əmlakının, öhdəliklərinin və bütün
təsərrüfat əməliyyatlarının
mühasibat uçotunun mövcud
qanunçuluğa uyğun işlənib hazırlanmış mühasibat uçotu
standartlarına, mühasibat uçotunun hesablar planına və
başqa normativ sənədlərə uyğun mühasibat uçotu hesabların-
da qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə aparılması;
hesabat
dövründəki
mövcud
əmlakın,
öhdəliklərin, kapitalın, hesablaşmaların və digər sərvətlərin
inventarlaşmasının nəticələrinin
uçotda tam və düzgün əks
etdirilməsi;
bütün təsərrüfat əməliyyatlarının ardıcıl
olaraq uçot registrlərində düzgün qeydiyyatının təmin
edilməsi;
gəlir və xərclərin hesabat dövrünə düzgün
aid edilməsi;
maliyyə, bank, vergi orqanları,
investorlar,
malsatanlar, malalanlar, kreditorlar, dövlət orqanları və digər